SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə11/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
S RB st i T l b

7.Nitqin Növləri
Nitq dilin mövcudluq formasıdır. Nitqin yazılı və şifahi, ümumi və fərdi, aktiv və passiv, monoloji və dioloji, zahiri və daxili növləri daha çox diqqəti cəlb edir.
Şifahi və yazılı nitq. Nitqin şifahi və yazılı növləri arasında əlaqə və bağlılıq var. Şifahi və yazılı nitqin formalaşmasında və kommunikativ funksiya daşımasında fizioloji amillərlə yanaşı, görmə, eşitmə kimi hiss üzvləri iştirak edir. Şifahi və yazılı nitq arasında qarşılıqlı əlaqə ilə ilə yanaşı, fərqlər də mövcuddur. Belə ki, şifahi nitqin törəmə prosesi öz-özünə əmələ gələn axından, danışan söhbət zamanı danışıq üzvlərinin fəaliyyətindən xəbərsizdir. Yazılı nitqdə isə danışan öz hərəkətinə, fəaliyyətinə tam nəzarət edir. Şifahi nitqdə dil, yazılı nitqdə əl və göz fəaldır. Göz əlin hərəkətini düzgün istiqamətləndirir.
Şifahi nitqin əsas xüsusiyyətləri aşağıdakılardır: 1) Şifahi nitq danışılır və eşidilir. 2) Şifahi nitq leksikasında hamıya aydın, ümumişlək sözlərə daha çox yer verilir. 3) Şifahi nitqdə cümlələr, əsasən, qısa və sadə olur. 4) şifahi nitqdə danışıq dilinin xüsusiyyətləri mühafizə olunur. Burada yarımçıq cümlələrdən, qısa replikalardan istifadə edilir. 5) şifahi nitqdə intonasiya, fasilə, vurğu və.s vasitələrdən istifadə olunur. 6) mimika, jest və başqa hərəkətlər özünü göstərir. 7) şifahi nitqin axını sürətli olur. Adi halda insan bir dəqiqədə 80-100 söz tələffüz edir. Lakin bəziləri isə bir dəqiqədə 120-dən artıq söz tələffüz edir.
Yazılı nitqdə orfoqrafiya və qrammatika normalarına düzgün əməl edilməsinə, durğu işarələrinin düzgün işlədilməsinə xüsusi diqqət yetirilir. Yazılı nitqin dərk edilməsində durğu işarələri mühüm rol oynayır. “Durğu işarələri yazılanı oxumaq üçün musiqi notları təsiri bağışlayır”
Yazılı nitqin xüsusiyyətləri bunlardır: 1) Bu nitq yazılır və oxunur 2) yazılı nitqdə elmi, texniki, siyasi və başqa terminlər çox işlədilir 3) yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir 4) yazılı nitqdə intonasiya, fasilə, vurğu və.s şifahi nitq ünsürlərini əks etdirən durğu işarələrindən istifadə edilir. 5) yazılı nitqdə mimika və jestlər əsas rol oynamır 6) Yazılı nitq hər hansı məlumatın, fikirlərin nəsildən-nəslə keçməsində əsas rol oynayır.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə