SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə14/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
S RB st i T l b

İctimai-məişət natiqliyi: Adamlar həyatda müxtəlif münasibətlərdə (yubileylərdə, toylarda, bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və.s) başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Ekran nitqi: Buna telenitq də deyilir. Ekran nitqi kütləvi informasiya vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi nitqin xüsusiyyətlərini özündə birləşdirir. Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitqdə ədəbi dilin normalarına ciddi bir şəkildə riayət olunur.
Dialoq iki və daha çox şəxs arasında gedən qarşılıqlı söhbətdir. Dialoji nitq, əvvəla, birbaşa reaksiya tələb edir, ikincisi, dialoq danışan şəxslərin emosional-ekspressiv, rabitəli nitq şəraitində baş verir, üçüncüsü, dialoq müəyyən şarait və obyektlə bağlı olur.
Dialoq replikalardan təşkil olunur. Replika dialoqun iptidai, ilkin ünsürüdür. O xüsusi tərzdə təşkil olunmuş replikalar sistemidir. Replika nitqin ümumi situasiyası və mətni ilə sıx əlaqədardır. Replika özünü ikitərəfli ünsiyyət prosesində göstərir. Replika həm reaksiya (əvvəlki replika ilə əlaqədar). Həm də stimul (sonrakı replika ilə əlaqədar) kimi təzahür edir.
Dialoq ifadələrin yığcamlığı və onların sintaktik quruluşunun nisbi sadəliyi ilə səciyyələnir. Dialoq nitqinin əsas xüsusiyyətləri qısa söyləmələrdən (xüsusilə sual-cavab formalı), nitqin xarici (dilxarici) vasitələrindən, mimika və jestlərdən geniş istifadədən ibarətdir.
Dialoji nitqin beş forması var: 1) monoloji dialoq 2) söhbət və danışıq dialoqu 3) sual-cavab dialoqu 4) müsahibə dialoqu 5) müzakirə dialoqu
Dialoji nitqin sual-cavab forması əsas rol oynayır. Nitqin bu tipində cümlələrin əksəriyyəti yarımçıq, bitməmiş ifadələrdir. Dialoq üçün xarakterik əlamətlərdən biri replika, emosionallıq, yığcamlıqdır. Dialoqda sual-cavabın tərəflərini replika təşkil edir.
Dialoq mikrodialoq və makrodialoq formasında olur. Mikrodioloq bir neçə nəfərin qısa mükaliməsindən ibarətdir. Bu dialoq hekayə, roman, povestdəişlədilir. Mikrodialoq bütövlükdə bədii əsərlərin quruluşunu əhatə edir.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə