SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə13/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
S RB st i T l b

Təşkil olunmuş nitq. Adından da məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir.
Spontan nitq, yəni xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqdir.
Mühazirə: Mühazirə ən cox ali məktəblərdə müəyyən fənn üzrə materialın şifahi yolla şərhidir. Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və.s yerlərdə istifadə olunur. Mühazirənin məruzədən fərqi ondadır ki, birincidə dialoqa yol verilə bilər.
Məruzə: Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər. Görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik konfransla bağlı məruzə və.s
Məruzə giriş, əsas hissə və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində isə görülən işin məzmunu göstərilir, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Çıxış: Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərd, konfranslarda və.s yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikirini, münasibətini bildirməsidir. Çıxış sözü hazırda bir qədər də geniş darədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təbrik, matəm, təşviqat xarakterli çıxışlar. Lakin çıxış deyəndə daha çox adamların qarşısında söylənilən nitq forması başa düşülür.
İctimai-siyasi nitq: İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlardır.
Məhkəmə natiqliyi: Bura prokuror, vəkil, müttəhim və xalq hakiminin nitqi daxildir. Həmin nitq formalarından bir qismi ittihamedici, digəri isə müdafiəedici olur.
Akademik natiqlik: Akademiya və elmi müəssələr sistemində, beynəlxalq konfrans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxışlar, verilən elmi məlumatlar və.s akademik natiqliyə aid edilir.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə