SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə9/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
S RB st i T l b

Nitqin düzgünlüyü: Nitqin bu keyfiyyətindən bəhs olunarkən göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü nitq – dil əlaqəsi əsasında anlaşılır. Onun komponentlərinə təkrarlanma, yerləşdirilmə, birləşdirilmə və ya dəyişdirilmə daxildir
Düzgünlük cəhətdən nitq iki formadadır: düzgün nitq və qeyri-düzgün nitq. Düzgün nitq gerçəklik haqqında məlumatın daha düzgün formasıdır. Düzgün olmayan nitq mətni anlamaq işini çətinləşdirə və ya strukturda ciddi pozulma yarada bilər, onun kerçəklik haqqında verdiyi məlumat dəqiq olmayacaq. Yanlışlıq qeyri-dəqiqlik törədir.
Nitqin dəqiqliyi: Antiq ritorikada dəqiqlik nitqin ilk və əsas şərti sayılır. Nitq aydın deyilsə, danışan öz məqsədinə çatmayacaq. Fikrin aydın izahı və aydın dəqiq düşünməyin, danışmağın və yazmağın əsas şərtidir. Bununla əlaqədar “kim yaxşı fikirləşirsə, o, aydın izah edə bilər” aforizimi yaranmışdır. Belinski yazır: Söz fikri əks etdirir: fikir anlaşılmazdırsa, söz də dərkedilməzdir. N.Q.Çernışevski deyir: Nəyi aydın təsəvvür etmirsənsə, onu aydın deyə bilməzsən
Nitqin dəqiqliyi nitq – gerçəklik və nitq – təvəkkür menasibəti əsasında müəyyən edilir.
Nitqin dəqiqliyi üçün ölçü danışanın və yazanın fikirlərinə uyğunluqdu, anlamanın məzmunu, deyilmiş fikrin adekvat ifadəsi üçün dil vasitələrinin düzgün seçilməsidir. Nitq üçün bir əşyavi dəqiqlik kifayət deyildir. Onun bütün yaranmalarında dəqiqlik lazımdır.
Bədii nitqin dəqiqliyi üç şərtlə bağlıdır: 1) Sözün predmetə aktivliyi 2) sözün predmetin ideya-estetik qiymətinə uyğunluğu 3) sözün ədibin konkret üslubu, təsviri ilə reallaşması.
Nitqin zənginliyi: Burada işlənən dil ünsürlərinin müxtəlifliyi, çoxluğu, nitq prosesində leksik, semantik, frazeoloji, qrammatik vahidlərin rəngarəng formada işlədilməsi nəzərdə tutulur.
Nitqin zənginliyini təmin edən ikinci nəzəri məsələ struktur dil şərtidir. Nitqin zənginliyi aktiv söz ehtiyatının kəmiyyət və keyfiyyəti ilə müəyyən edilir. Puşkin lüğətinə görə Puşkinin söz ehtiyatı 21000000 vahiddən artıqdır
Kommunikativ keyfiyyət kimi nitqin zənginliyi nitq-dil və nitq şüur münasibəti əsasında qurulur.
Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və publisistik üslublarda nitq zəngin , elmi üslubda isə zəifdir.
Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya verlişlərini dinləmək və mütaliəni genişləndirməkdir.
Nitqin zənginliyini və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən düzgün istifadə etməyi bacarsın. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və.s. sintaktik quruluşların özünəmüvafik formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə