SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə4/21
tarix23.06.2023
ölçüsü291,5 Kb.
#118638
1   2   3   4   5   6   7   8   9   ...   21
S RB st i T l b

İncəsənət bədii yaradıcılıq sahələrindən biri olub obyektiv varlığın bədii surətlərdə yaradıcı şəkildə əks etdirilməsi, bədii yaradıcılıq fəaliyyəti, gözəl, nəfis sənətlər anlamındadır. Natiqlik və incəsənət ümumxalq mədəniyyətinin tərkib hissələridir. Həm natiqlik, həm də incəsənət estetik ləzzət mənbəyidir. İncəsənət növləri tamaşaçıya, dinləyiciyə, oxucuya mənəvi qida verir, gözəllik aləmini nümayiş etdirir, zövqləri oxşayır. Gözəl nitq də musiqi, rəsm əsərləri, şeir kimi dinləyicilərin qəlbini fəth edir, onları düşündürür, həyəcanlandırır. Natiqlik və incəsənət növləri dərin ağlın, istedadın bəhrəsidir, xüsusi yaradıcı- 87 lıq sahələridir, xalqın bədii təfəkkürü ilə, həyat və məişət tərzi, ictimai-siyasi quruluşla bağlıdır (Kamil Əliyev. Natiqlik sənəti. Azərnəşr, Bakı, 1994, səh. 8). Deməli, incəsənət gerçəkliyin, obyektiv varlığın insan şüurunda bədii obrazlar şəklində əks olunma formasıdır. Özünü incəsənətdə əks etdirən nitq mədəniyyəti insanın bədii inkişaf səviyyəsini, onun fəaliyyətinin keyfiyyət dərəcəsinin göstəricisidir. Bədii obraz, tipiklik, bədii metod və ustalıq incəsənətlə bağlıdır, nitq mədəniyyəti də gözəlliyə, ülviliyə, estetik ölçüyə meyllidir, onlar insanların gözəlliyi dərk etməsinə yardımçı olur. İncəsənət gerçəkliyin insan şüurunda bədii obrazlar şəklində təzahür forması kimi bədii yaradıcılıqda məzmun və forma vəhdətini əsas götürür. İncəsənətdə məzmun və forma vəhdəti eyni dərəcədə nitq mədəniyyətinə də aiddir. Məzmun və formanın uyğunluğu yaradıcılıq prosesində və onun nəticəsi kimi hər hansı bir nitqdə - mühazirə, məruzə və ya çıxışda gözlənilməlidir. Forma və məzmun arasında yüksək ifadəlilik, düzgünlük və dəqiqlik olanda fikir dinləyiciyə tez, asan və deyənin istədiyi kimi təsirli çatır.
2.Qədim Şərqdə sözə verilən qiymət
VII əsrdə İslam dininin meydana gəlməsi ərəb mədəniyyətinin inkişafında xüsusi mərhələ olmuşdur. Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş dərəcədə inkişaf etməyə başladı. Bu dövrdə Məhəmməd Peygəmbər ALLAHdan gələn vəhyləri məscidlərdə oxuduğu xütbələrlə adamlara çatdırır, onları qan qohumluğu ilə deyil, dini inanc əsasında birləşməyə, bir olan ALLAHA ibadət etməyə, möminliyə çağırırdı. Məhəmməd Peyğəmbər 616-cı ildə İslam dinini yaradaraq güclü bir natiq kimi müsəlmanları ALLAHın kəlamlarına, Qurani-Kərimin hökmlərinə, şəriət qanunlarına tapınmağa dəvət edirdi
VII əsrin axırlarında Əl Fərabinin ərəb poeziyası üçün tərtib etdiyi ritmik-melodik modellərlə “Qurani-Kərim” ayələrinin xüsusi avazla oxunması hesabına ərəb natiqlik sənəti inkişaf etməyə başladı. İslamın böyük ideoloqu, Peyğəmbərin əmisi oğlu və kürəkəni Həzrət İmam Əli şəriət haqqında xütbələri ilə özünü mahir bir natiq kimi tanıtmış, 656-661-ci illərdə müsəlman dövlətinin başçısı olduğu dövrdə İslam dininə böyük şöhrət gətirmişdir. Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur olan “Nəhcül Bəlağə” adlı kitabda toplanmışdır. Həzrət Əlinin zəngin irsində təlim-tərbiyə məsələləri ilə yanaşı, danışıq, onun etik qaydaları barədə ibrətamiz fikirlər söylənmişdir: Əqli çox olan adamın sözü az olar, hər bir adam öz dilinin altında gizlənir, danışanın özünə yox, sözünə daha çox diqqət et, ölç biç sonra kəs, düşün, daşın, sonra danış, anla, bil sonra et və.s.
Şərq ölkələrində - Assuriya, Babilistan, Çin, Ərəbistan, Hindistan və Misirdə natiqlik sənəti çox inkişaf etmiş, istedadlı natiqlər xalqın hörmət və məhəbbətini qazanmışlar. Dövrün şair və filosoflarının əsərlərində ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi yüksək qiymət verilmişdir. Firdovsi (934-1024), Əbu Əli İbn Sina (980-1037), Sədi Şirazi (XII-XIII) və.b öz əsərlərində sözə yüksək qiymət vermiş, danışıq qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi bağlı olduğunu həkimanə sözlərlə oxucularına çatdırmışlar. Bu baxımdan Sədi Şirazinin fikirləri daha səciyyəvidir.
Nədir dil ağızda ey ağlı olan?
Hünər xəzinəsinə açardır inan!

Düşünüb sonra de sözü , müxtəsər,


O qədər danışma bəsdir desinlər.

Nitqlə üstündür heyvandan insan


Heyvandan əskiksən boş-boş danışsan

Ya dil aç, söz söylə kamil insan tək,


Ya da sus danışma, dilsiz heyvan tək

Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədimdir. Ulu əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək dəyərləndirmişlər. Babalarımız bəşər tarixini obyektiv təhlil edərək belə bir nəticəyə gəlmişlər ki, insan cismən yox olsa da, onu tarixdə yaşadan sözdür. Cünki söz müqəddəs, sözü cilalayan ustad isə müqəddəslərin müqəddəsidir. Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid verir, ümid qırır.Min il bundan əvvəl böyük Firdovsi yazırdı: “Sözün qədrini bilin, həyatda ancaq söz yadigar qalır”


Ulu babalarımız sözə, onun mənasına müxtəlif cəhətdən yanaşmış, xeyli sözü şəxsləndirərək nümunələr yaratmışlar: Dil gətirəni el gətirə bilməz, Doğru söz qılıncdan itidir, Kişinin sözü bir olar, Söz söylədiyin adamı tap, sonra söz de, Söz böyüyün su kiçiyindir, Söz ilanı yuvasından çıxarar, Doğru danışanın atı yüyrək olar, Söz çeynəyən çox, söz deyən az olar, Doğru söz acı olur, Təmiz danış, az danış və.s.
Nizami söz sənətinə yüksək qiymət vermişdir. O sözün insan həyatında ecazkar qüvvəyə malik olduğunu, dünyanın gözünün ilk dəfə sözlə açilması ideyasını, fikirlərini qüdrətli poetik bir dillə tərənnüm etmişdir. “Sirlər xəzinəsi” əsərində şair sözlə bağlı “Sözün qüdrəti” adlı ayrıca fəsil vermiş, sözün şəninə ən ləyaqətli sözlər işlətmişdir. Sordu: “Köhnə qızılmı, təzə sözmü yaxşıdır?” Söz sərrafı söylədi: “Söz dünyanın naxışıdır” Nizamiyə görə dünyada ən çətin işləri “hikmət adamları”, söz ustaları, natiqlər yerinə yetirə bilər.
Ona rast gələndə bir qatı düşmən,
Vuruşda işləri bərkə düşərkən,
Əvvəlcə, qızılı işə salardı,
Qızıl tək işləri həll olardı.
Qızıl iş görməsə, iş olsa mahal,
Qılınca atardı əlini dərhal.
İşi tapşırardı ovsunçulara.
Bir iş görməsəydi onlarda əgər,
Köməyə gələrdi onda natiqlər
Nizami “İskəndarnamə” əsərində natiq sürətini yaratmış, onu mütəfəkkir, uzaqgörən, dərin hikmət sahibi kimi səciyyələndirmişdir.
Azərbaycanın böyük şairi “məndə sığar iki cahan, mən bu cahana sığmaram” deyən İmaməddin Nəsimi sözün zirvəsində dayanırdı. Onun söz sənəti, natiqlik sənəti, onun qüdrəti ilə bağlı olduqca dəyərli fikirləri vardır. Nəsimi özü çəxsən məharətli bir natiq olmuşdur. Hurifilik təriqəti ideyasını təbliğ etmək məqsədilə xalq qarşısında etdiyi çıxışlarında insanlardan, onların azadlıq və sərbəstliklərindən etirasla danışar, zülmü, əsarəti, ədalətsizliyi tənqid və ifşa edərdi. İ.Nəsimi sözün qüdrətindən danışarkən onun məkanının göyün yuxarı qatları olduğunu deyərək sözə ilahi don geyindirmişdir.
Dinləgil bu sözü ki, candır söz
Aliyü asimanməkandır söz
Füzuliyə görə, söz müqəddəs bir ilahi varlıqdır, ruhdur. Söz canlı varlıq kimi yaşayır, daim fəaliyyət göstərir. Söz olmadan real varlıq, cism mövcud deyil.
Can sözdür, əgər bilirsə insan
Sözdür ki deyirlər özgədir can.
Sahib Təbrizinin iki misrası qədimdən nitqə, onun gözəlliyinə əhəmiyyət və qiymət verildiyini göstərir. “Varlığında danışıq gözəlliyi olmayan adam bu dünyada su və gil palçıq ilə suvanmış divar sürətinə bənzəyir”
Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda görürdü. O, belə bir qənaətə gəlirdi ki, dil səni-sən, məni-mən, səni-biz, bizi-hamımız kimi formalaşdırmaqla millət, xalq anlayışını tamamlayır. O, elmlik, aydın diksiya və musiqiliyi nitq üçün vacib şərtlərdən sayırdı.
Nəfsi əhli-dilin cövhəri-candır bilənə,
Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə

Söz vardır kəsdirər başı,


Söz vardır kəsər savaşı.
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.
XIX əsrdə Azərbaycanda M.Ş.Vazeh, M.F.Axundov, A.A.Bakıxanov, Q.Zakir kimi praktik natiqlər, bu sahənin nəzəriyyəçiləri yetişmişdir. M.F.Axundov özünün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik məharəti, nitqin müxtəsərliyi və aydınlığı, səhnə dili, Orfoqrafiya və orfoepiya normaları və.s haqqında elmi-nəzəri fikirlər, mülahizələr söyləmişdir. Onun “Tənqid risaləsi” məqaləsində söylədiyi fikirlər bu gün də öz əhəmiyyətini itirməmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən qabaqcıl maarifçilər, müəllimlər dilimizin saflığı, yad təsirlərdən qorunması, təlimin Azərbaycan dilində aparılmasının vacibliyi və sair məsələlərlə bağlı çox faydalı fikirlər söyləmişlər. Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli və.başqalarının yazdıqları məqalələr, dərslik və dərs vəsaitləri ilə məktəblərimizə, maarif və mədəniyyətimizə xeyli kömək etmişlər. Məsələn Hafiz Məmmədəmin Şeyxzadə adlı müəllimin 1908-ci ildə çpdan çıxana “Fəsahət və bəlağət, fənni inşa və üsuli-kitabət” əsərinin ikinci fəsli fəsahət və bəlağət məsələlərinə həsr olunmuşdur.

Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə