Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 1,16 Mb.
səhifə1/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
  1   2   3   4   5   6   7   8   9   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade



Mövzu: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri.
 

Plan:
1.Fənnin məqsəd və vəzifələri
2. Kommunikativlik dilin əsas funksiyası kimi
3. Kommunikasiyanın növləri və vasitələri
4. Kommunikativ strategiyalar
5. Kommunikasiyanın prinsipləri
 6. Kommunikasiyanın mərhələləri

1.“Azərbaycan dilində akademik və işgüzar kommunikasiya” fənninin məqsədi bu fənnin bütün anlayışların, mahiyyətini və məzmununu tələbələrə açmaq, işgüzar yazışma və akademik kommunikasiya bacarıqlarını formalaşdırmaq, praktik nitq bacarıqlarını təkmilləşdirmək və s. məsələlərdir.

Kommunikasiya (latınca “əlaqə) insanlar arasında məlumatmübadiləsi prosesi olub məqsədi təqdim edilən və qəbul ediləninformasiyanın anlaşılmasının təmin olunmasıdır. Dilin əsas vəzifəsi kommunikativlikdir. İnsan kommunikasiya (ünsiyyət)prosesində dil vasitəsilə yalnız informasiya mübadiləsi etmir, eynizamanda fikirləşir, onu əhatə edən təbiətin, varlığın sirlərini dərk edir. Bu, dilin kommunikativ vəzifə
sidir. Həmin vəzifə başlıca olub, dilin varlığınıtəyin edir. Kommunikativ vəzifənin rolu o dərəcədə böyükdür ki, dilinyaranması və inkişafı bu vəzifə ilə müəyyənləşdirilir. Alimlərin müəyyənetdiklərinə görə, insanın bütün vaxtının 70 faizini ünsiyyət təşkil edir. Kommunikativ proses sadəcə olaraq «məlumatların ötürülməsi» olmayıb, həmin məlumatların fəal mübadiləsidir.









2.Kommunikasiyanın növləri

Başqasına informasiya ötürməyin bir neçə yolu var. Məsələn, sən təqdimatını qrupla bölüşmək istədikdə şifahi kommunikasiya qurursan. İşə qəbul üçün müraciət formunu doldurduqda yazılı kommunikasiyadan istifadə edirsən.


Kommunikasiya mütəxəssisləri kommunikasiyanı əsas 4 Növə ayırır – Şifahi, Sözsüz, Yazılı və Vizual (eng. verbal, nonverbal, written, visual).

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə