|
Mövzu: “Azərbaycan dilində işgüzar və akade
|
səhifə | 2/109 | tarix | 27.12.2023 | ölçüsü | 1,16 Mb. | | #162117 |
| M vzu “Az rbaycan dilind i g zar v akadeŞifahi kommunikasiya
Şifahi kommunikasiyada informasiyanı ötürmək üçün danışıqdan istifadə olunur. Bu daha çox təqdimatlarda, video konfranslarda, telefon danışıqlarında, görüşlərdə və ya söhbətdə istifadə olunan kommunikasiya növüdür.
Şifahi kommunikasiyadan istifadə edərkən:
Sözsüz kommunikasiya
Sözsüz kommunikasiyada bədən dili, jestlər və mimika istifadə olunur. Sözsüz kommuinkasiyada qarşındakı insanlara fikirlərini və hisslərini ifadə etməkdə yararlıdır. Məsələn, sən xoş bir söz eşitdikdə istəmədən olsa da gülümsəyirsən yaxud əllərini qoynunda düyünləmisənsə, narahatsan, özünə qapanmısan, əllərin sərbəst, açıqdırsa, deməli pozitivsən, yaxşısan.
Sözsüz kommunikasiyadan istifadə edərkən:
Jestlərinin necə göründüyünə əvvəlcədən fikir ver
Düşünülmüş formada sözsüz kommunikasiya qur
Özün üçün effektiv hesab etdiyin jest və mimikalardan istifadə et
Yazılı Kommunikasiya
Yazılı kommunikasiya yazı, çap, nəşr kimi fəaliyyətləri əhatə edir. Yazılı kommunikasiya daha sonra sənədləşdirilə bildiyinə görə daha etibarlıdır. Hazırki dövrdə press-relizlər, rəsmi-işgüzar e-maillər və ya elektron söhbətlər yazılı kommunikasiya olaraq istifadə olunur.
Yazılı kommunikasiyadan istifadə edərkən:
Dilin sadəliyi üçün çalış
Mətni göndərməzdən əvvəl yenidən gözdən keçirmək üçün özünə vaxt ayır
Özün üçün effektiv olan yazı üslubunu yadda saxla və tətbiq et
Vizual Kommunikasiya
Vizual kommunikasiya fotoqrafların, rəssamların, qrafik dizaynerlərin əsas kommunikasiya vasitəsidir. Vizuallar digər sahələrdə təqdimatlar zamanı yazılı və ya şifahi kommunikasiyaya dəstək məqsədilə istifadə olunur. İnsanlar məlumatları müxtəlif formalarda yadda saxlaya bilirlər – göz yaddaşı güclü olanlara informasiya ötürmək üçün vizual kommunikasiya önəmlidir.
Vizual kommunikasiyadan istifadə edərkən:
Təqdimatdan öncə ətrafındakı şəxslərə vizuallarını göstər və anlaşılan olduğuna əmin ol
Vizuallar seçərkən auditoriyanı nəzərə al
Dostları ilə paylaş: |
|
|