Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 1,16 Mb.
səhifə7/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   2   3   4   5   6   7   8   9   10   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

2. Dil və nitq anlayışları
Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi yaddaşıdır. O cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən mühüm şərtdir. XV – XVI əsrlərdə yaşamış alim, mütəfəkkir və yazıçı Makiavellinin sözləri ilə desək, dil insana öz fikrini bildirmək üçün verilmişdir. Həqiqətən dil sehrli bir aləmdir. Dili yaradan yaşadan dəyişdirən, inkişaf etdirən xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Dil olmasaydı,şifahi və yazılı ədəb xəzinəsi olmazdı. Dil olmasaydı, Homer Esxil, Nizami, Şekspir, Puşkin olmazdı, onların sehrli söz sərvəti olmazdı. Dil millətin ən mühüm nailiyyəti göstəricisi kimi onu daşıyan hər bir şəxsdən ona qarşı qayğılı və diqqətli olmağı tələb edir. Dil insanı hər yerdə və həmişə müşahidə edir, onun işində, düşüncəsində, həyəcanlananda, sevinən də və s. Məhz bu mənada dil təbiətinə görə bəşəri, xidmətinə görə millidir. Əmək prosesi birgə yaşayan insanlarda bir – biri ilə ünsiyyət yaratmaq, fikirlərini bir – birinə çatdırmaq, bir – birindən kömək almaq ehtiyacı oyatmışdır. Belə ünsiyyət ehtiyacı nitq fəaliyyətinə təkan vermiş, nitq fəaliyyəti nitqi, nitq isə nitq vahidlərini sabitləşdirmişdir, onun qaydaları dilin lüğət tərkibi, dilin qanunları yaranmışdır. Dil şüuru, biliyi, təfəkkürü əks etdirir. Dil və nitq bir – biri ilə əlaqədardır və bir – birinə təsir göstərir. Dil ünsiyyətin işarələr mexanizmidir. Dil dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. Ü. Hacıbəyov: bir millətin varlığının isbati – vücud etməsinə səbəb onun dilidir. Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Nitq fikirlə yanaşı, insanın iradəsini və estetik vəziyyətini də bildirir. Bir fikir müxtəlif formalarda ifadə edilə bilər. Nitqdə işlənən sözlər dəyişir, bir qismi köhnəlir, digəri yeniləşir.
Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki, dil varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa, nitq prosesi təzahür edə bilməz. Nitq dilin dinamik hissəsidir. Danışıq şəxs dilin daxili qanunları əsasında yaranan bu və ya digər formadan məqsədəuyğun şəkildə istifadə edir.. Dil və nitqin fərqləri aşağıdakılardır:

  1. Dil həcmcə nitqdən genişdir.

  2. Dil ümumxalq nitq fərdi səciyyə daşıyır.

  3. Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.

  4. Nitq fikrin ifadəçisidir, təfəkkürün formasıdır.

  5. Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır. Nitqin əsas cəhəti

məzmunluluq, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir
6.Dil nitqin silahıdır, məhsuludur, nitq dilin hər dəfə ünsiyyət vasitəsi kimi işlədilməsidir.
7.Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə