Mövzu: “Azərbaycan dilində işgüzar və akade


NİTQİN MƏDƏNİ VƏ QEYRİ-MƏDƏNİ FORMAIARI



Yüklə 1,16 Mb.
səhifə15/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   11   12   13   14   15   16   17   18   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

4.NİTQİN MƏDƏNİ VƏ QEYRİ-MƏDƏNİ FORMAIARI
Mədəni nitq ədəbi dilə yaxşı yiyələnmiş şəxslərin işlətdiyi nitqdir. Deməli, ədəbi dilə mükəmməl yiyələnmədən mədəni nitqdən danışmaq olmaz. Nitqin mədəniliyi ədəbi dilin qayda-qanunlarını yüksək səviyyədə mənimsəməklə, dilimizin fonetik normalanm gözləmək, zəngin söz ehtiyatına sahiblənmək, bədii dil vasitələrinə yiyələnməklə təmin əlunur. Mədəni nitq aydın, səlis, zəngin, ifadəli, yerli-yerində, qulaqlarda rəvan səslənən, oxuyarkən göz əxşayan, məntiqi cəhətdən əbyektiv gerçəkliyə uyğun nitqdir. Bu nitqdə söz birləşmələri və cümlələr, sintaktik konstruksiyalar qrammatik cəhətdən düzgün qurulur, natiqsə əxlaq qaydala- n çərçivəsində təmkinli, səyuqqanh, özünə və sözünə arxayın şəkildə, lakin insanlara, hadisələrə, görülən işlərə isti münasibəti ilə seçilir. Təbii ki, insanlarda nitq mədəniyyətinə yiyələnmə eyni dərəcədə deyildir. Bu, insanın savadından, mütaliəsindən və qavrayışından, danışdığı dilə yaxşı bələdliyindən, yazılı və şifahi dilin nərmalanna mükəmməl yiyələnməsindən asılıdır. Nitq mədəni və qeyri-mədəni formalara bölünür. Burada da orta və yüksək səviyyəli mədəni nitqi fərqləndirmək əlar. Dilimizin fonetika, leksika, frazeologiya, qrammatika və üslubiyyat bölmələrini orta məktəb həcmində öyrənmiş məzunlar müstəqil həyata başlayarkən orta səviyyəli mədəni nitqlə öz fikirlərini ifadə edə bilirlər. Onlar müəyyən məqamlarda çıxış edirlər, bəziləri hətta şeir, məqalə, hekayə də yazmağı bacarırlar, öz dinləyicilərinə bəzi məsələlərlə əlaqədar məlumat çatdırırlar. Orta səviyyədə olmasına baxmayaraq bu nitqdə fikir aydın, məntiqi cəhətdən düzgün qurulur. Orta səviyyəli mədəni nitqdə diksiya, tələffüz norma daxilində olur, yəni dialekt-şivə danışığı səviyyəsindən yüksəkdə dayanır. Yüksək səviyyəli mədəni nitqin orta səviyyəli dən fərqi təkcə dil normalarını gözləməklə bitmir, bu nitq həm də ifadəlidir, obrazlı və emosionaldır. Belə nitq sahibləri gələcəyin şairi, yazıçısı, alimi, siyasətçisi, diplomatıdır, ən "pis" halda natiqdir, masabəyi, söz ustasıdır. Qeyri-mədəni nitqdə gözə tez çarpan məddahlıq, yaltaqlıq (bu da insandan başqa cür istedad tələb edir) ruhu, əzbərçilik xasiyyəti, tamahkarlıq, simasızhq kimi qeyri-mədəni məziyyət lərdir. Burada şöhrət, layiqsiz ad-san xatirinə fikir şüurlu surətdə pozulur, qəbul əlumnuş prinsiplər, nitq əlaqələri təhrifə məruz qalır. Belə nitqdə aldatma, böhtan, xəbərçilik, ləvğalıq kimi qeyri-etik nərmalara rast gəlirik. Əlbəttə, bu zaman danışanın mədəni və ya qeyri-mədəni, savadlı və ya savadsız nitqini onun düzgünlüyü, səlisliyi və məntiqiliyi ilə müəyyənləşdirmək də mümkündür. Savadlı adamlann nitqini fərma və məzmununa görə iki qrupa bölürlər; 1) gözəl fərması və məzmununa görə adamlara müsbət təsir göstərən nitq. Bu nitq forma və mündəricəsinə görə yüksək səviyyədə əlub, fikrin aydın və səlis ifadəsi ilə seçilir: 2) forma və məzmun cəhətdən zəif, təsir dərəcəsi aşağı əlan nitq. Bu nitqdə ardıcıllıq, rəvanhq axarhq dinləyiciləri qane etmir. Bu, çox vaxt savadsızlıqdan deyil, insanın daxili aləmi ilə bağlı natiqlik bacarığı ilə şərtləşir. Natiq nitqini ümumxalq danışıq dili əsasında qurarkən məntiqli danışır, buna görə də dinləyicilərin rəğbətini qazanır, alqışlarla qarşılanır, xoş sözlərlə də yola salınır. İ.Nəsiminin, Aşıq Qurbaninin, M.P.Vaqifin (Hər əxuyan Məlla Pənah əlmaz), A.Ələsgərin, C.Məmmədquluzadənin, Ü.Hacıbəyəvun, S.Vur- ğunun, Əlağa Vahidin, müasir dövrümüzdə Xəlil Rza Ulutür- kün. Zəlimxan Yaqubun, zəmanəmizin böyük siyasətçisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, prezident İlham Əliyevin çıxışları səlis, elmi, qrammatik və məntiqi baxımdan savadlı, təsirli olduğuna görə örnək kimi nəsildən-nəslə ötürülür. Xalq hər bir şəxsə öz əməli işinə və nitq qabiliyyətinə görə qiymət verir. Yaxşı, gözəl söz, kəlam, dil nitq şəklində insanın qiymətini yüksəklərə qaldmr. Mədəni nitq qeyri-mədəni nitqdən istifadə əlunan zəngin söz ehtiyatı, dilin daxili qrammatik quruluşunun bütün incəliklərinə qədər gözlənilməsi ilə, intənasiyaya, xəş avaza, ritmə uyğun fərması ilə seçilir. Belə nitq bir növ, yaradıcılıq işidir, gözəl bədii əsər səviyyəsində yazılışdır, muğamlanmız kimi hamının ürəyincədir. Dil normaları üçün ölçü olan yüksək mədəni nitq böyük istedad və mütəmadi vərdiş hesabına yaranır, məntiqli, səlis, aydın danışığa istiqamət verir. Mədəni nitqin əsası ailədə, bağçada, daha sonra məktəbdə qoyulur. Uşaqlann mədəni nitqi anadan, bağça tərbiyəçisi-müəllimdən, məktəb illərində oxu kitablann- dan, ədəbiyyat dərsliklərindən, əlavə bədii əxu vəsaitlərindən, hər məktəbin dil-ədəbiyyat müəllimlərinin verdikləri biliklərdən, zəngin dil nümunələri ilə dəlu radiə-televiziya verilişlərindən qaynaqlanır, onların gərgin zəhməti hesabına formalaşıb yaranır. Məhz bütün bunlann sayəsində uşaqlann söz ehtiyatı artır, düzgün dil vərdişləri, mədəni danışıq adəti fərmalaşır. Şəxsi ünsiyyət, təfəkkür tərzi, dünyagörüş, elmi təsəvvürlər də bu işdə əvəzsiz rol oynayır. Orfoqrafik və ərfəepik normalara yiyələnməklə sinifdə müəllim və yəldaşlan qarşısında ifadəli oxu, ayrı-ayrı fənn mövzulanm səliqəli və rəvan danışma uşaqların mədəni nitqinin inkişafını gündən-günə, aydan-aya, ildən-ilə stimullaşdırır, müəllimlərinin və sinif yoldaşlarının gözəl danışığını yamsılamaq hesabına onların düzgün tələffüz vərdişləri də, mədəni danışığı da, yazı mədəniyyəti də (inşa yazılarda) təfəkkürlə bağlı olaraq yüksək səviyyəyə çatır.
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etməkimkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacibsayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarındannümunə götürməlidirlər.
Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitqmədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifi başqa bir şəkildə ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadəqaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda -qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçiri-lir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədə-niyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.“Nitq mədəniyyəti”nin konkret predmetini müəyyənləşdirmək (Məsələn:fonetikanı, leksikanı yaxud, qrammatika predmeti kimi) çox çətindir. Nitq mədəniyyətində bu və ya digər dil faktı hadisəsi yox, üsullar qayda-qanunlar sistemi öyrənilir. Nitq mədəniyyəti filologiya elminin praktik sahəsidir. Yəni nitq mədəniyyəti dedikdə hər şeydən əvvəl filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını, elmin əsasında öyrənilən sahəsi nəzərdə tutulur. Eyni zamanda həmin anlayışdan bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.
Bildiyimiz kimi, dil lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imka-nının olması.
2.Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Hər hansı dilin fonetik, leksik (yaxud leksik-semantik), qrammatik, eləcə də orfoq-rafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar müəyyən tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət edir.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dilözünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunə-ləri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütöv-lükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmuşdur.
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğunolaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadəedə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündəehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcudvariantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən dahauyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika iləüslubiyyatın vəhdətidir.
Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izaholunur: “Nitq mə-dəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadəvasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadəetmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sistemininformalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinininkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitqmədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şü-urlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınlarınnitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitqdüzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bunəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun içdünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaqüçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrünböyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əlibuyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və yaağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onungözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət ve-rilmişdir.“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həmsöz an-layan olasan, həm də söz anladasan”.
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması iləçox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaqözü bir elmdir və onun xüsusi qanunları var”.A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiqola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir.Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isətədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnməkhəyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmışbir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.
Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun fo-netik, leksik-semantik və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə edə bilmək qabiliyyətində olur.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlarmədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmintələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik,təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyətiprobleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir.Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bunitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdəböyük uğurlar qazanırlar.To



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə