Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Mövzu :Nitq mədəniyyəti və mədəni nitq anlayışları



Yüklə 1,16 Mb.
səhifə12/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   8   9   10   11   12   13   14   15   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

Mövzu :Nitq mədəniyyəti və mədəni nitq anlayışları
1. Azərbaycanda nitq mədəniyyətinin tarixi
2. Ulu öndər Heydər Əliyev və nitq mədəniyyəti
3 Nitq mədəniyyəti anlayışı.
4 Mədəni nitqin əsas xüsusiyyətləri
5.Mədəni nitqə verilən başlıca tələblər
6.Ünsiyyət mədəniyyəti

1.Azərbaycanda nitq mədəniyyətinin tarixi
Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədimdir. Bu sənət xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta əsrlərdə yazıçı və şairlərin şərh, risalə, təzkirə, bədii əsərlərində yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə sözün qüdrəti ilə bağlı dəyərli fikirlər söylənilmişdir. Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmiş, xilqətin əzəlinin söz olduğu təlqin edilmişdir. Ulu əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək dəyərləndirmişlər. Babalarımız bəşər tarixini obyektiv təhlil edərək belə bir nəticəyə gəlmişlər ki, insan cismən yox olsa da, onu tarixdə yaşadan sözdür. Bizim çağdaş tariximiz sözün tarixidir. Hər hansı bir tarixi dövrü mənəvi aləmimiz, söz tariximizlə ölçür, qiymətləndiririk. Məsələn: Nizaminin dövrü, Füzulinin dövrü və s. Nizami dövründə yaşamış sərkərdələr, hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Söz müqəddəs, sözü cilalayan ustad isə müqəddəslərin müqəddəsidir. Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid verir, ümid qırır. Söz var dağa çıxarar, söz var dağdan endirər. Söz bir olsa dağ yerindən oynayar. Söz həm məlhəmdir, həm də yara. Söz var gələr keçər, söz var dələr keçər. Antik dövrün böyük mütəfəkkiri, qüdrətli loğmanı Hippokrat demişdir ki, təbabət üç nəhəngin çiynində dayanır: bitki, bıçaq, söz. Min il bundan əvvəl böyük Firdovsi yazırdı: “Sözün qədrini bilin, həyatda ancaq söz yadigar qalır”. Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri”, “Abad-ül-mütəllimin” və digər əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiymət vermişdir. O, gözəl nitqi millətin mədəniyyət göstəricilərindən biri sayırdı. N.Tusi göstərirdi ki, gözəl nitq üçün birinci növbədə dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyindən faydalanmaq vərdişlərinin inkişaf etməsi, yəni həmin dildən istifadə edənlərin hazırlığı tələb olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsini zəruri saymışdır. Tusiyə görə, insan bu dünyanın əşrəfi, o böyük Allahın zərrəsi, təbiətin tərkib hissəsidir; onun dünyaya gəlməsində Ana və Təbiət Allahın buyruğu ilə əsas rol oynamışdır. Odur ki, Allahı, haqqı, həqiqəti dərk etməkdən ötrü bütün bilik mənbələrindən baş çıxarmağı və onlara sahib olmağı mütəfəkkir 19 alim fəzilət sayır. Bu fəzilətin insanda nitfədən (insan yarandığı gündən) malik olduğu isə ünsiyyətdir. İnsan öz-özü ilə də, Allahı ilə də, insanla da ünsiyyətdən çox böyük fərəh duyur, çünki o bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, Allaha qovuşmuş olur. Məhz bu mənada insan dünyasında, o cümlədən, Tusi nəzəriyyəsində natiqlik müqəddəs sənət, söz söyləmək, danışmaq möcüzəvi qabiliyyət sayılır (49). Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə yüksək qiymət verənlər çox olmuşdur. Ədəbi-tarixi mənbələrə görə, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Həsənoğlu, Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Sahib Təbrizi, Molla Pənah Vaqif, Qətran Təbrizi, Şah İsmayıl Xətai, Marağalı Ədhəvi və b. böyük natiqlər olmuşlar. Onların yazdıqları bədii əsərlərdə natiqlik məharəti, nitq kamilliyi mədəniyyəti, nitqin təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi və s. haqqında janrın verdiyi imkan ölçüsündə elmi-nəzəri fikir və mülahizələr söylənilmiş, söz sənətinə yüksək qiymət verilmişdir.
Top of Form


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə