Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Nitq prosesinin başlıca ünsürləri



Yüklə 1,16 Mb.
səhifə10/109
tarix27.12.2023
ölçüsü1,16 Mb.
#162117
1   ...   6   7   8   9   10   11   12   13   ...   109
M vzu “Az rbaycan dilind i g zar v akade

5.Nitq prosesinin başlıca ünsürləri
Nitq prosesi mürəkkəb psixoloji və fizioloji aktların sistemidir.Nitq ünsiyyət prosesidir.Nitq bu və ya digər məlumatın-informasiyanın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır. Dil kimi nitqə də bir sistem kimi baxılmalıdır.İnsanlar arasında başlıca ünsiyyət vasitəsi olan dilin yaranması və tərəqqi etməsində eşitmə orqanı və danışıq üzvlərinin xüsusi rolu olmuşdur.Hər şeydən əvvəl, bunların vəhdəti,birgə fəaliyyətləri əsas şərtdir.Nitq prosesinin başlıca ünsürləri bunlardır:danışmaq,eşitmək,dərk etmək(anlamaq)İnsan lap ana bətnində ikən müxtəlif səslər əhatəsində formalaşır.Doğulduqdan sonra bu proses daha da güclənir.O,səsi eşitmə üzvü-qulağı vasitəsilə dərk edir.Danışmazdan çox əvvəl insan eşitmək kimi mühüm bacarığa malik olur.Əgər insanlar ətraf mühitin səslərini və eləcə də öz çığırtılarını eşitməsəydilər, gələcəkdə danışa bilməzdilər.İnsanın qulağı ilə eşidilən hər bir səs ani halda qruplaşdırılır;bunun quş,heyvan və ya təbiət səsi olduğu müəyyənləşdirilir.Lakin ilk insanlarla müasir insanın səseşitmə,səsseçmə və fərqləndirmə qabiliyyətləri,şübhəsiz ki,eyni olmamışdır.İnsanın bu sahədəki bacarığı get-gedə təkmilləşmiş,insandakı eşitmə üzvü o dərəcədə inkişaf etmişdir ki,indi o yalnız infra və ultra səsləri qəbul edə bilmir.Məlum olduğu kimi,səs mühitin dalğaşəkilli rəqsləridir.Bu səs rəqsləri saniyə ilə ölçülür.Bir saniyədə 16-dan aşağı səs infra, 20 000-dən artıq isə ultra səs hesab edilir. İnsan qulağı bir saniyədə 16-dan 20 000-ə qədər olan səsləri normal eşidə bilir.İnsanın eşitmə üzvü tələffüz edilən danışıq səslərinin hər birinə aid xüsusiyyət və əlamətləri digərindən fərqləndirməyə imkan verir.Elə buna əsasən də dildə müxtəlif səslər əmələ gətirilmişdir ki,bunlar da dilin fonetik quruluşunda xüsusi sistemlər təşkil edir.
Dil eşidilən və danışılan hadisə olduğu üçün onun əmələ gəlməsi və formalaşmasında bu eşitmə orqanının rolu heç də digər danışıq üzvlərininkindən az deyildir.
Əmək nəticəsində təşəkkül tapan insanın danışıq orqanları da tədricən uzun inkişaf mərhələləri keçmişdir.Kolletiv əmək insanların birgə iş görmələri zamanı dil –nitq vahidlərinin yaranmasını zəruri etmişdir.Tədricən canlı səslər sözləri,sözlər cümlələri yaratmışdır.Bəzi alimlər ilk dəfə insanların ancaq dil və dodaqlar vasitəsilə danışdıqlarını qeyd edirlər.Əlbəttə, nitqdə bu orqanlar çox fəaldır,lakin səs telləri olmadan digərlərinin fəaliyyəti çox məhdud olardı .Ağ ciyərlərin nəfəs borusunun,qırtlağın,udlağın,damaq və dişlərin də rolunu diqqətə almamaq olmaz.
Danışıq nitq tənəffüsü ilə başlanır.Adi tənəffüsdə hava ağız boşluğunda maneəyə rast gəlmir.Nitq tənəffüsü zamanı beyindən gələn siqnallar vasitəsilə hava axını tənzimlənmiş formada idarə olunaraq ağız boşluğunda yerinə görə maneəyə rast gəlir.Nitqdə danışıq əsas şərtdir.Nitq iki tipdə özünü göstərir:daxili və xarici.Belə ki,nitq eşidilə də,eşidilməyə də bilər(öz-özünə danışma).
Nitq prosesində dərketmə son nəticədir.Nitqin davamlılığında dərketmə nizamlayıcı ,istiqamətləndirici funksiya daşıyır.Nitqdə ardıcıllığın ,anlaşıqlılığın və məntiqiliyin olması əsas amillərdəndir.
Bu üç məsələ bir-biri ilə üzvi surətdə bağlıdır.Birini digərindən təcrid etmək mümkün deyildir.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə