Azərbaycan Respublikası Prezidentinin



Yüklə 1,17 Mb.

səhifə1/40
tarix22.07.2018
ölçüsü1,17 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   40
58400

MÜBARİZ  YUSİFOV

M il

____________



Azərbaycan  Respublikası  Prezidentinin 

işlər İdarəsi’

PREZİDENT KİTABXANASI

“Elm və təhsil”

Bakı -2 0 1 2


Elmi redaktor: 

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının  həqiqi üzvü

Rəyçi: 

Nizami Cəfərov

Azərbaycan Milli Elmlər Akademiyasının  müxbir üzvü

Mübariz  Yusifov. Nizamidə  azərbaycançılıq. 

Bakı,  «Elm və təhsil», 2012,  168 səh.

Nizamiyə  aid  tədqiqatlarda  A zərbaycançılıqla  bağlı  m əsələlər  əlbəttə 

ki,  diqqətdən  kənarda  qalmamışdır.  Lakin  N izam inin  əsərlərində  Azərbaycan- 

çılıq  xüsusi  bir tədqiqat  mövzusu  olmamışdır.  N izam inin  əsərlərində  Azərbay- 

cançılıq,  bir  növ,  batini  nizam da  verilir.  Çünki  N izam i  dövrü  elə  bir  zaman 

m ərhələsi  deyildi  ki,  onun  milli  düşüncələri  cəm iyyətdə  açıq və  aydın  şəkildə 

bildirilə  idi.  Əks  halda,  bu  əsə rlər  zamanın  ixtiyar  sahibləri  tərəfindən  qəbul 

edilm əyə  bilərdi.  O dur  ki,  Nizami  öz  əsərlərinin  zahirini  bədiiliklə  bəzədiyi 

halda,  daxildə,  batində  bütün  diqqətini  milli  A zərbaycançılıq  ideyalarının  can- 

landınlm asına yönəltmişdir.

Ə sərdən  Nizami  həvəskarları  və  m araqlıları,  Nizam i  tədqiqatçıları,  eyni 

zamanda,  m üəllim lər və tələb ələr istifadə  edə  bilərlər.  Əsərin hazırlanm asında 

m üəllifə  öz  tövsiyələrini  verən  Gəncə  şəhəri  İcra  Hakim iyyətinin  başçısı  cə­

nab Elm ar Vəliyevə təşəkkürüm ü və m innətdarlığım ı bildirirəm .

4702000000 

Y -----------------

qrifli nəşr

N098-  2012



©   «Elm   və təhsil»,  2012

Nizamidə  azərbaycançılıq

SÖZ ÖNÜ

İnsan  cəmiyyətinin  bütün  mənəvi  keyfiyyətləri  zaman- 

zaman cəmiyyəti təşkil  edən təbəqələrin məişət həyatı,  sosial 

mühiti  və  ictimai  psixologiyası  bazasında  formalaşır.  Mənəvi 

keyfiyyət  hər bir xalqın,  millətin,  eləcə  də  etnik  qatların  şəx­

siyyət  aləmini  müəyyən  edir.  Bu  o  deməkdir  ki,  mənəvi 

keyfiyyət  bütün  insan  cəmiyyətlərinə  xas  olan  təyincdici  bir 

əlamətdir.  Yəni  ki,  mənəvi  aləm  öz  xarakterinə  görə  hamı 

üçün  vacib  olan  universal  bir  keyfiyyətdir.  Ancaq  bu 

universallığın  içərisində  təqəbələrarası  bir  sərhəd  də  vardır. 

Bu 

sərhəd 


vasitəsi 

ilə 


təbəqələrin 

biri 


digərindən 

fərqləndirilir.  Hər  təbəqənin  özünə  məxsus  olan  mənəvi 

keyfiyyətlər  aydınlıqla  müşahidə  edilir.  Məhz  təbəqələrarası 

sərhədlərə  görə  insan  cəmiyyətinə  bütövlükdə  xas  olan  mə­

nəvi  keyfiyyətlərin  fərqiləndirici  əlamətləri  meydana  çıxır. 

Məsələn,  Avropa  ölkələrinin  mənəvi  keyfiyyəti  haqqında 

düşündükdə 

onların 


hamısının 

bazasında 

«Avropa 

mədəniyyətinin»  dayandığına  şübhə  edilmir.  Ona  görə  də 

təsəvvürlərdə bir «Avropa mədəniyyətinin» mövcudluğu  artıq 

çoxdan  bəri  formalaşmışdır.  Ancaq  bu  o  demək  deyildir  ki, 

bütün Avropa ölkələrində yaşayan xalqların hamısında ümumi 

bir  «Avropa  mədəniyyəti»  hökm  sürür.  Aydın  məsələdir  ki, 

bu belə  deyildir.  Çünki  ingilislər,  almanlar,  fransızlar,  italyan­

lar,  çexlər,  slovaklar  və  s.  xalqlar  ümumi  «Avropa  mədəniy­

yətinə» məxsus əhali olsa da onların hər birinin  özünəməxsus 

milli  (etnik)  mənəvi  keyfiyyətləri  vardır.  Məsələn,  ingilis 

mənəviyyatı  alman,  fransız,  italiyan,  çex və  s.  digər etnosların 

mənəviyyatı  ilə  eyni  sayıla  bilməz.  Digər  regionlarda 

məskunlaşmış  əhali  haqqında  da  eyni  fikirləri  söyləmək 

mümkündür.  Məsələn,  Azərbaycan,  ərəb,  İran  etnosu  ta  qə­

dimdən  Şərq  mədəniyyətinin  müştərək  daşıyıcıları  kimi  öz 

mədəni  ənənələrini  davam  və  inkişaf etdirirlər.  Ancaq  bu  o 

demək  deyildir  ki,  Azərbaycan  və  İran,  eləcə  də  ərəb



Mübariz  Yusifov

mənəviyyatı  bir-biri  ilə  müştərəkdir.  Azərbaycanlı  Azərbay­

can,  iranlı İran, ərəb isə  Ərəb mənəviyyatını özündə bütövləş- 

dirən bir etnik vahid kimi formalaşmışdır.

Milli  şüur  milli  vətənpərvərliyin,  milli  qürurun,  milli- 

mənəvi  dəyərlərin,  milli  adət-ənənələrin,  milli  əxlaqi  keyfiy­

yətlərin,  ümumbəşəri  dəyərlərə  inteqrasiyasının  məhsuludur. 

Milli  şüurun  formalaşması  müstəqil  dövlətçilik  ideologiyası­

nın təməlini  yaradır.  Dövlətçiliyə  xidmət  edən  milli  ideologi­

ya  isə  onun  dayaqlarının  möhkəmlənməsinə,  yaşamasına  və 

inkişaf edib zənginləşməsinə  zəmin  yaradır.  Ümummilli  lider 

Heydər Əliyev göstərir ki,  milli-mənəvi  keyfiyyətlər öz tarixi 

kökləri  üzərində  bərqərar  olunduqda  onun  dövlətçilik  ideolo­

giyasına çevrilmək imkanları reallaşır.1

Hər  bir  etnik  mənəviyyatın  arxasında  etnik  psixologiya 

və  etnik  şüur  dayanır.  Etnik  mənəviyyat  öz  ictimai  mühitini 

genişləndirib  xalqın  mənəviyyatına  və  onun  ictimai  şüuruna 

çevrilir.  İctimai  şüur isə hər bir xalqın milli  ideologiyasının tə­

məlini,  onun  aparıcı  mənəvi  qüvvəsini  təşkil  edir.  Məsələn, 

ingilis ictimai şüuru ingilis ideologiyasını  formalaşdırıb;  alman 

ictimai  şüuru  alman  ideologiyasını  formalaşdırıb;  fransız  icti­

mai şüuru fransız ideologiyasını  formalaşdırıb.

Azərbaycan  ideologiyasının  formalaşmasında  da  Azər­

baycan  ictimai  şüuru  dayanır.  İctimai  şüur  o  zaman  milli 

ideologiyaya  çevrilir  ki,  cəmiyyət  öz  müstəqil  dövlətçiliyini 

yaratmış olsun.

Dövlətçiliyin  mövcud  olmadığı  mühitdə  mənəvi  keyfiy­

yətlər  ancaq  etnik  tanınma  vasitəsi  hüdudunda  qalır.  Dövlət­

çilik  mühitində  isə  mənəvi  keyfiyyətlərin  ictimailəşdirilməsi 

hüdudlan  genişlənir  və  o  artıq  ictimai  şüura,  ictimai  şüurdan 

isə  milli  şüura  doğru  inkişaf  edir.  Dövlətçiliyin  olmadığı 

mühitdə  etnik-mənəvi  keyfiyyətlərin  inkişaf  etməsi  və 

ictimailəşdirilə  bilməsi  cəmiyyətin  arzusuna  və  idealına  çev­

rilir.  Bu  arzu  və  ideal  böyük  bəşəri  düşüncələr  sahibi  olan

1 Bax: Heydər Əliyev. Yeni Azərbaycan Partiyası yaradılmasının altıncı ildönümünə

həsr olunmuş təntənəli yağmcaqda nitqi «Xalq qəzeti», 24 noyabr,  1988.

Nizamidə  azərbaycançılıq

dahilər  vasitəsi  ilə  yaradılır,  canlandırılır,  ictimai  və  bəşəri 

əhəmiyyət  kəsb  edir.  Liderlər  vasitəsi  ilə  bu  ideyalar  həyata 

keçirilir, 

insan 

arzulan 


reallığa  çevrilir. 

Bu 


reallıq

dövlətçiliyin  bərqərar  olunması  kimi  möhtəşəm  bir  sonluqla 

başa  çatdmlır.  Dövlətçilik  mərhələsində  formalaşan  və  milli 

ideologiyaya  çevrilən  milli  şüur  özündə  aşağıdakı  atributlan 

əhatə edir:

1.  Milli mədəniyyət

2.  Milli etnik-əxlaqi normalar

3.  İctimai birlik və həmrəylik

4.  Dövlətçiliyin atributlarına ehtiram

5.  Vətənpərvərlik

6.  Milli-mənəvi 

dəyərlərin 

bəşəri 

dəyərlərə 



qovuşdurulması.

Bu  atributlara yiyələnmək və  onu qorumaq ənənəyə  çev­

rilib  yaşadıqca  dövdətçiliyin  təməli  bərkiyir,  olmadıqda 

boşluq yaranır.  Böyük  Nizami  elə bir mərhələdə  yaşayırdı  ki, 

onun  dövründə  öz  xalqı  ancaq  mənəvi  keyfiyyətlərlə  etnik  ta­

nınma  mühitində  qapanıb  qalmışdı.  Nizami  isə  bu  mühitdən 

çıxış  yollarını  axtanrdı.  Nizami  cəmiyyət,  şəxsiyyət,  fikir  və 

düşüncə  azadlığına məxsus bütün bəşəri  ideyaları  Azərbaycan 

mühitinə  gətirib  Azərbaycan  ictimai  şüurunu  canlandırırdı, 

inkişaf etdirirdi.  Cəmiyyətin  ictimai təfəkkürünə nüfuz edirdi. 

Onu  tərpədirdi,  oyadırdı,  hərəkətə  gətirirdi.  Ona  layiq  olanı 

əldə  etməyə  istiqamətləndirirdi.  Nizami  dövründə  Azərbay­

can  mühitində  oyadılan  ictimai  şüur  Füzuli  dövründə 

zənginləşdirilərək  gələcəyə  -   onu  həyata  keçirməyə  qadir 

olan Liderə-Heydər Əliyevə çatdırıldı.

Heydər  Əliyev  Azərbaycançılıq  barədə  bəhs  edərkən 

göstərir ki,  Azərbaycançılıq Azərbaycan dövlətinin milli  ideo­

logiyasının  əsasını  təşkil  edir.  Dövdətçilik,  milli-mənəvi  də­

yərlər,  ümumbəşəri  dəyərlər-bunlar  hamısı  Azərbaycançılıq 

anlayışının tərkib hissələridir.1

1 Bax: Heydər Əliyev.  Yeni Azərbaycan Partiyası yaradılmasının altıncı ildönümünə

həsr olunmuş təntənəli yağmcaqda nitqi «Xalq qəzeti», 24 noyabr,  1988.

5





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə