Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   2   3   4   5   6   7   8   9   ...   40

Mübariz  Yusifov

bilməsin.  Vahid dövlətçilik şəraitində  ictimai  həmrəylik yara­

nar,  onlar  güclənər  və  hegemon  dövlətlərin  varlığına  təhlükə 

törənə  bilərdi.  Buna  görə  ilk  növbədə  hegemon  dövlətlər 

ideoloji  siyasətə  böyük  üstünlük  verirdilər.  İdeoloji  siyasətin 

məqsədi  xalqlann  parçalanmasının  sürətlənməsinə  xidmət 

edirdi.  Bunun  üzərində  ауп-ауп  etnik  təqəbələr  arasında 

münaqişələrin  törədilməsi,  onların  milli  dildən  məhmm  edil­

məsi,  milli-mənəvi  və  əxlaqi  dəyərlərin  dəyişdirilməsi,  etnik 

qatlan  təmsil  edən  intellektlərin  hegemon  dövlətə  xidmət 

göstərməsi  və  digər  assimilyativ  təsirlər  də  var  idi.  İdeoloji 

siyasətə  daxil  olan  bütün  forma  və  variantlan  bir  kənara 

qoyub  təkcə  dil  məsələsinin  siyasiləşdirilməsinə  diqqət 

yetirsək  ayn-ayn  etnik  quruplann,  o  cümlədən,  Azərbaycan 

cəmiyyətinin  həmin  siyasətdən  irəli  gələn  ictimai,  mənəvi, 

psixoloji  deqradasiyasının  necə  sosial  fəlakətlərə  səbəb 

olduğunu  aydın  təsəvvür  etmək  çətin  deyildir.  Misal  üçün, 

Azərbaycanlı  mütəfəkkirlərin,  söz  ustalarının  öz  ana  dilində 

yaza  bilməməsi,  öz  intellektual  potensialını  başqa  xalqlann 

mənəvi  zənginləşməsinə  yönəltmək  məcburiyyəti  xalqı  öz 

intellektual  qüvvəsindən  aymrdı,  milli  və  mənəvi  sərvətlərin 

inkişafını  zərbə  altında  qoyurdu.  Dil  olmadığı  təqdirdə  xalqın 

mənəviyyatı,  özünün  keçmişdən  davam  edən  mənəvi 

sərvətləri  sağalmaz yara alırdı.  Dilin başlıca vəzifəsi,  məlum­

dur ki,  informasiya fünksiyasmdan ibarətdir.  İnformasiya o za­

man  gələcəyə  maneəsiz  ötürülə  bilir  ki,  yazı  və  şifahi  nitq 

arasında  yaxınlaşma  baş  versin.  Dildə  norma  sabitliyi 

yaradılsın.  Əgər  hər  hansı  dildə  yazılı  dil  ənənələri  davam 

etmirsə  şifahi  dil  üstün  yer  tutur.  Şifahi  nitq  isə  dilin  daxili 

strukturunu  daim  dəyişdirməyə  meyllidir. 

Şifahi  dilin 

üstünlüyü  ən  kiçik  arealda  belə  müxtəlif  nitq  variantlarının 

yaranmasına  səbəb  olur.  İnformasiyaların  gələcəyə  çatdırıl­

masında isə  ciddi maneələr baş verir.  Belə  ki,  məsələn,  ta qə­

dimlərdən  Azərbaycan  dilində  yazı  ənənəsi  daimi  və  ardıcıl 

davam  edə  bilmədiyinə  görə  tarixən  yaranmış ədəbi-bədii  nü­

munələrimizin dili müasirlik üçün ağzı bağlı  olan bir xəzinəyə 

çevrilmişdir.  Azərbaycanlı  intellektlər  öz  elmi  əsərlərini  ərəb



Nizamido  azərbaycançıltq

dilində  yazmaqla ərəb  elminin zənginləşməsinə xidmət  etdik­

ləri kimi,  fars  dilində yazılan ədəbi-bədii  əsərlər də  fars bədii 

dilinin  və  yazı  normasının  zənginləşməsinə,  bu  normaların 

stabilləşməsinə  xidmət  etmişdir.  Bu  gün  Azərbaycan  mənşəli 

Bəhmənyar,  (XI əsr),  Sıracəddin Urməvi  (X1I-XIII əsr), Nəsi- 

rəddin  Tusi  (XIII  əsr),  Eynəlqüzzat  Miyanəçi  (XII  əsr),  Mah­

mud  Şəbüstəri  (XIV  əsr)  kimi  böyük  filosofların,  Əbül  Üla 

Gəncəvi,  Məhsəti,  Xaqani,  Fələki  Şirvani, Mücirəddin Beylə- 

qani  və  bir  çox  yaradıcıların  ədəbi-bədii,  elmi,  maarifçilik 

ideyaları  onlann  öz  yazılarını  qələmə  aldıqları  dillərin  inkişa­

fına  və  zənginləşməsinə  xidmət  etmişdir.  Böyük  intellektual 

potensiala  malik  olan  Azərbaycanlı  yaradıcılar  ərəblər 

dövründə  ərəblərin,  farslar  dövründə  farsların  maraqlarına 

xidmət  etməyə  yönəldilmişlər.  Ərəb  xilafəti,  xüsusən,  VIII 

əsrin əvvəllərində  daha  çox  güclənərək  regionda  və  yayıldığı 

ərazilərdə,  o cümlədən,  Azərbaycan  məkanında  ciddi  bir təsir 

qüvvəsinə  çevrilmişdi.  İnsanlara  qılıncdan,  oxdan,  nizədən 

daha  artıq  təsir  göstərən  islam  ideologiyasının  yayılmasında 

maneələr  öz  qüvvəsini  itirirdi.  Ona  görə  də  ərəblər  bir  əldə 

qılınc,  bir  əldə  müqəddəs  «Quran»  olmaqla  irəliləyir  və  öz 

maraqlarını  həyata  keçirməkdə,  demək  olar  ki,  elə  bir 

çətinliklə qarşılaşmırdılar.  İslamı qəbul etməyənlər ya qılıncla 

susdurulur,  ya  da  böyük  miqdarda  vergi  verməklə  canlarını 

xilas  edə  bilirdilər.  Ərəblərin  Qafqaz  siyasətində  Azərbaycan 

çox  əlverişli  strateji  mövqeyə  malik  bir  region  sayılırdı.  Bura 

həm  də  yeraltı  və  yerüstü  sərvətlərlə  zəngin  bir  ölkə  idi  ki, 

ərəblərin  buraya  marağı  daha  artıq  olmuşdu.  Bir  məsələni  də 

nəzərə  almaq  lazımdır  ki,  ərəblərin  təşkil  etdiyi  əsas  hərbi 

əməliyyatlar  Azərbaycan  torpaqlarının  üstündən  keçməklə 

aparılırdı.  Ona görə də bu əməliyyatlarda Azərbaycanın fiziki, 

maddi  və  mənəvi  itkiləri  daha  geniş  miqyas  alırdı.  Tarixçilə­

rin  yazdığına  görə  VIII  əsrin  əvvəllərində  Ərəb  xilafəti 

özünün ən qüdrətli dövrünü keçirirdi.  Onun əsas rəqiblərindən 

olan  Bizans 

mövcud  hərbi-siyasi  vəziyyətlə  əlaqədar 

Qafqazdakı  mövqelərini  əldən  vermişdi.  Yeni  şəraitdə  Azər­

baycan  kimi  mühüm  strateji  bazada  möhkəmlənmək  üçün

11



Mübariz  Yusifov

ərəblərə  yalnız  onları  dəfələrlə  ağır vəziyyətə  salan  xəzərlər 

üzərində  qələbə  lazım  idi.  Bu  işdə  xəlifə  Əbdülməlikinin 

639-cü  ildən  Azərbaycan,  Ərminiyə  və  əl-Cəzirənin  canişini 

təyin  etdiyi  qardaşı  Məhəmməd  ibn  Mərvan  xüsusi  fəaliyyət 

göstərdi.  Onun  VIII  əsrin  əvvəllərində  tabeliyində  olan 

Cənubi  Qafqaz  ərazisində  apardığı  zor  siyasəti  ərəblərin  bu 

ərazidə  mövqeyini  daha  da  möhkəmlətdi,  xəzərlərə  qarşı 

yürüşə çıxmaq imkanı yaratdı.

721-722-ci  illərdə  Xəlifə  II  Yəzidin  hakimiyyəti 

zamanı  (720-724)  qıpçaq  və  başqa  türk  tayfaları  ilə  birləşmiş 

30  minlik  xəzər  ordusu  yeni  həmlə  ilə  Azərbaycanın  şimal 

hissəsinə hücum etdi,  bütün Arran torpaqlarını keçərək Ermə­

nistan  ərazisinə  daxil  oldu,  orada  olan  ərəb  hərbi  hissələrini 

məğlub  etdi.  Azərbaycan  və  Ərminiyənin  yeni  canişini  əl- 

Cərrah  ibn  Abdullah  əl-Həkəmi  xəlifənin  əmrinə  əsasən  25 

minlik  qoşunla  xəzərlərə  qarşı  çıxış  etdi.  Azərbaycana  qayı­

dan  əl-Cərrah  qışı  Şəki  vilayətində  keçirtdi.  726-727-ci  illər­

də  Xaqan  oğlunun  başçılığı  altında  yenidən  Arranı  keçərək 

Azərbaycana soxulan xəzərlər Xəzərin  cənub sahili vilayətlə­

rində  ağalıq  etməyə  başladılar.  Lakin  çox  keçmədən  əks- 

hücumla  irəli  atılan  ərəblər  rəqiblərini  Araz  çayının  o  tayına 

qovaraq onları geri çəkilməyə məcbur etdilər.1

Aydın 


məsələdir 

ki, 


zamankı 


Azərbaycan 

torpaqlarında  müdaxilələrin  nəticəsi  olaraq  daimi  ərazi 

bölgüsü  mövcud  deyildi.  Çünki  sərhəd  prinsipi  tez-tez 

pozulurdu.  Odur  ki,  o  zaman  hər  hansı  bir  əraziyə  və  ya 

etnosa  verilən  ad  çox  zaman  indi  mövcud  olan  ərazi  bölgüsü 

və  etnik  adla  uyğun  gəlmir.  Bu  mənada  Ermənistan,  Ənnən, 

Ərməniyə,  Arran,  Alban ərazilərinin və  adlarının indiki  adlar­

la və  etnik təbəqə  ilə uyğun gəlmədiyi  istisna sayılmamalıdır. 

Yenə  də  tarixi  məlumatlarda  göstərildiyinə  görə  baş  vermiş 

ərəb  işğalı  bu  ölkələrin  tarixi-coğrafi  ərazi  bütövlüyünü 

saxlasa  da  onların  inzibati  adını  dəyişdirdi.  İlk  çağlar

Azərbaycan tarixi.  Ш-ХШ əsrin I rübi.  II cild, Bakı, «Elm», 2007, s.  186-188.

12

Nizamidə  azərbaycançılıq

Azərbaycanın  cənub  hissəsi  olan  Abdurbadaqan  Albaniya, 

Ermənistan,  Şərqi  Gürcüstan  və əl-Cəzirə vilayəti  ilə  birlikdə 

yeni  yaranmış  gənc  ərəb  dövlətinin beş  vilayətindən birini  tə­

şkil  edirdi.  Nizaminin  əsərlərində  Ərmən,  Abxaz,  Gürcüstan 

kimi  yer  adlan  işlənir  ki,  indi  həmin  yerlərin  coğrafiyası 

Nizami  dövründən  əvvəlki  vaxtlarda  və  Nizami  dövründə 

indiki  yerlərin  coğrafiyası  ilə  uyğun  gəlmir.  Konkret  misal 

olaraq  onu  demək  lazımdır ki,  «İskəndəmamə»də  adı  çəkilən 

Də val i  bir yerdə  Abxaz  hökmdarı  kimi,  başqa  yerdə  Ərmənin 

sərkərdəsi kimi verilir.  Yaxud Ərmən haqqında bəhs ediləndə 

onun  coğrafi  ərazisinin  Arran  deyilən  yeri  və  hətta  Bərdəni 

əhatə  etdiyi  göstərilir.  Bəzən  tədqiqatçılann  özləri  də  ciddi 

araşdırma  aparmadan  Məhinbanu  və  Şirin  obrazlarını  erməni 

kimi təqdim  edirlər.  Əlbəttə ki,  bu belə  deyildir.  Nə  o zaman- 

kı  ərmən  indiki  «ermənidir»,  nə  «Ərməniyyə»  Ermənistandır. 

Bəzən  tədqiqatçılar Nizamini  yaxşı  dərk  etmədiyindən,  tarixi 

məqamları  nəzərə  almadan  Nizami  obrazlarına  müxtəlif  don 

geydirməkdən 

çəkinmirlər. 

Məsələn, 

Y.V.Levkiyevski 

A.Y.Knmskiyə  əsaslanaraq  Şirini  və  Məhinbanunu  erməni 

kimi təqdim edir.  Bu fikir isə başqa səriştəsiz adamları düzgün 

istiqamətlə  aparmadığından  bəziləri  Nizamini  «Xəmsə»dən, 

«Xəmsə»ni  isə  ədəbiyyat  aləmindən  uzaqlaşdırmaq  məqsədi 

güdür.1  Ona  görə  də  tarixçilərin,  xüsusən,  Ərmən  haqqındakı 

məlumatlarını  buraya  daxil  etməkdən  məqsəd  müasir 

oxucularda  yarana  bilən  yanlışlığın  aradan  qaldırılmasına 

diqqəti  cəlb  etməkdən  ibarətdir. 

Tarixi  məlumatlarda 

göstərilir  ki,  VIII  əsrin  başlanğıcında  Qafqazın  işğal  olunmuş 

torpaqlarında  ərəblərin  tam  hakimiyyətinin  bərqərar  olması 

ilə  vassallığını  da  itirən  və  bir  dövlət  kimi  ləğv  edilən 

Albaniya  ərəb  vilayəti  Arrana  (ar-Ran,  Aran)  çevrildikdə 

«Ərməniyyə»  adlı  yeni  ərəb  inzibati  adı  yarandı.  Bu  adı  daşı­

yan  ərəb  vilayəti  öz  tərkibində  təkcə  cənubi  Qafqazın  qalan 

hissəsinin  fəthindən bir neçə  il əvvəl  işğal  olunmuş  bilavasitə

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s. 

196-197.


13


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə