Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə1/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   65
Öz Az dili və nitq mədəniyyəti

  1. Azərbaycan dili və nitq mədəniyyəti fənninin məqsəd və vəzifələri


Nitq mədəniyyəti Azərbaycan dilinin qayda-qanunlarını, incəliklərini, özünəməxsus xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradır. Nitq mədəniyyəti mədəni davranmağı nitq vərdişlərini öyrədir. Ona görə də hər bir şəxs nitqini qurarkən səslərin düzgün tələffüzünü, vurğunun, intonasiyanın işlənmə qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri aşılayır, məlumatları rəvan bir dildə çatdırmaq bacarığına yiyələnməyə imkan verir. Bu fənnin ali məktəblərdə tədris olunmasında əsas məqsəd tələbələrin nitqinin inkişaf etdirilməsindən ibarətdir. Nitq mədəniyyətinin əsas vəzifəsi tələbələri onun elmi əsasları ilə tanış etmək, onlara ədəbi dil normalarını öyrətmək, nitqini inkişaf etdirməkdir.
Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Cəmiyyətin nitq mədəniyyəti milli dilə münasibət ilə müəyyən olunur. Milli dilin vəziyyəti millətin inkişaf səviyyəsini əks etdirir.
Hər bir insan kiçik yaşlarından başlamış dili söz tutana kimi danışır, yazır, nitq söyləyir, çıxış edir. Danışıq vərdişləri formalaşıb təkmilləşdikcə, insanın söz ehtiyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaş və peşə sahibləri ilə ünsiyyət saxladıqca, özü üçün daha rəvan, səlis, düzgün, dəqiq danışanları nümunə götürərək qəzetlərdən, jurnallardan, kitablardan oxuduğu və ya eşitdiyi nitq nümunələri ilə tanış olduqca, radio-televiziya verilişlərinə diqqətlə və maraqla qulaq asdıqca, dilimizin daxili quruluşuna, onun incəliklərinə bələd olduqca, o da öz fikirlərini daha gözəl ifadə etməli olur.
Hər bir insan elə danışmalı, nitqini elə qurmalıdır ki, dinləyicilər onu nəinki başa düşməli, həm də onun danışığına həvəslə qulaq asmalı. Böyüklə böyük, kiçiklə kiçik dilində danışmaq, nə barədə, nə məqsədlə, harada, hansı şəraitdə, kiminlə və ya kimlərlə danışdığını bilmək və bunları mütləq nəzərə almaq vacibdir. Bu, nitq mədəniyyətinin əsas şərtidir. Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələd olmaq, onun fonetik, leksik-semantik, frazeoloji və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə