Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Ritorikanın tarixi + 5.Yunanıstanda ritorika



Yüklə 129,04 Kb.
səhifə3/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Ritorikanın tarixi + 5.Yunanıstanda ritorika


Ritorikanın tarixi e.a. V-IV əsrlərdən başlanır. Ritorikanı həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, taziyalar, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır sistemləşdirilirdi. Bu əsərlərdə ritorika naliqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi. Bu əsərlər sırasında ritorikanın elmi əsaslarını sistemləşdirən Koraksın şagirdi Siciliyalı Gorqi idi. Amma əslində Yunanıstanda ritorika VI-III əsrdə çiçəklənmə dövrü keçirən yunan ədəbiyyatı fonunda və onun təsiri ilə yaranırdı.
Ellin ononasi ritorikanı söz ustalığı ilə inandırmaq elmi hesab edirdi. Ellin ənənəsinə görə ritorikanın 3 əsası vardır: Əxlaqlılıq, müdriklik və artistlik. Bundan sonra savadlılıq ritorun əsas əlaməti hesab edilirdi.
Qədim ritorikanı 5 əsas hissəyə, mərhələyə bölürdülər. (15. Bəlağətli nitqin mərhələləri)

  1. invensiya fikirlərin ixtirası, başqa sözlə nitqin movzusu və ya nitq məzmununu düşünüb tapmaq.

  2. Dispozisiya və ya kompozisiya - çıxışın mətnindən və xarakterindən, nitq janrından asılı olaraq əsas müddəaları yerləşdirə bilməkdir. Onların hansını öncə, hansını sonra deyə düzə bilmək nitqin uğurlu alınmasının əsas şərtlərindəndir.

  3. Elokusayya - nitqi bəzəmək deməkdir. Buraya dil vasitələrinin seçilməsi, poetik fikirlərin pafosla çatdırılması nəzərdə tutulur.

  4. Memoria-ritor çıxışdan əvvəl həmin mətni bir neçə dəfə xatırlamalıdır.

  5. Aksiya və ya icra. Çıxışın özü, danışdığın dili yuksək səviyyədə bilməklə, şifahi nitqin ustalıqla ifadəsi, özünə nəzarət. Yunan alimləri belə hesab edirdilər ki, nitq üç mühüm ayrılmaz tərkib hissədən ibarət olmalıdır: etos, pafos, logos. Onlar çox vaxt - məhkəmə prosesini etos hesab edirdilər ki, Afinada təşkil edilən bu açıq prosesdə açıq dialoji olmalı, həqiqət qalib gəlməli idi. Pafos - həqiqəti üzə çıxarma, tərəflərin münasibətini aydınlaşdırma idi. Kim dolu pafosla danışsa, o haqlı ola bilər. Logos hər şeyi dillə dəqiq şəkildə ifadə etməkdir, kimin dili zengin olsa, o dövlət qalib gələ bilər. Demosten ritorikanın bəzi incəliklərini kəşf etməklə öz adını yunan mədəniyyəti və ritorikası tanxina əbədi həkk edə bilmişdi. Demosfenin düzgün tələffüz və lazımsız əl-qol hərəkətini aradan qaldırmaq üçün kəşf etdiyi xüsusi usullar indi də əhəmiyyətini itirməmişdir.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə