Verbal və Qeyri-verbal Ünsiyyət



Yüklə 9,77 Mb.
səhifə1/2
tarix12.06.2023
ölçüsü9,77 Mb.
#116708
  1   2
Verbal və Qeyri-verbal Ünsiyyət

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba Filialı

Fakültə: Pedeqoji

İxtisas: Təhsildə sosial-psixoloji xidmət

Kurs: 4

Metodist: Tağıyeva Firəngiz

Tələbə: Məmmədova Şəhla


Həyatımızda ünsiyyətin rolu
Plan:
  • Ünsiyyət nədir?
  • «Nə qədər ünsiyyətcilsən?» testi
  • Ünsiyyətin növləri
  • Verbal ünsiyyət
  • Qeyri-verbal ünsiyyət
  • Dünya ölkələrində qeyri-verbal ünsiyyət
  • Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözləinsanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.

Ünsiyyət nədir?
Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə: 
  • ünsiyyət iki və daha çox şəxs arasında baş verir; 
  • həmin proses az-çox dərk edilmiş olur; 
  • ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir
  • ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır
  • Ünsiyyət insan münasibətlərinin daxili gözəlliyində öz ifadəsini tapır. Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə şərik olmaq – bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır.

Ünsiyyət qurmaq qabiliyyətinizi yoxlayın – PSİXOLOJİ TEST
1. Biri ilə danışanda sözünü kəsirsinizmi?
a) Heç vaxt.
b) Bəzən.
c) Bəli.
2. Biri ilə danışanda üzünə baxırsınızmı?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.
3. Biri sizinlə danışanda qulaq asdığınızı ona hiss etdirirsinizmi?
4. Yeni tanış olduğunuz insanların adını öyrənməyə çalışırsınızmı?
5. Yeni tanış olduğunuz insanlarla rahat danışa bilirsinizmi?
6. Biri ilə danışanda sözlərdən düzgün istifadə edib-etmədiyinizə diqqət yetirirsinizmi?
7. Biri sizinlə danışanda dediklərini dinləyirsinizmi?
8. Biri ilə danışanda təbəssüm edirsinizmi?
9. Biri ilə danışanda bədən dilindən istifadə edirsinizmi?
10. “Sabahınız xeyir”, “Axşamınız xeyir”, “Salam”, “Sağ ol” və s… kimi sözlərdən istifadə edirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.
Nəticə:
- "a” bəndi çoxluq təşkil edənlər:Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız.
- “b” bəndi çoxluq təşkil edənlər:İnsanlarla ünsiyyət qurarkən nəyə (və ya nələrə) diqqət yetirməli olduğunuzu bilir, ancaq diqqət yetirməkdə çətinlik çəkirsiniz. Ancaq geridə qaldığınız sahələrdə daha çox səy göstərə və bu “çətinliyi” aradan qaldıra bilərsiniz.
- “c” bəndi çoxluq təşkil edənlər:İnsanlarla düzgün ünsiyyət qurmaq təkcə bizim qarşı tərəfə sözümüzü (yəni fikrimizi) düzgün ifadə etməyə imkan vermir, həm də özümüzü düzgün ifadə etməyə imkan verir. Əgər başqaları tərəfindən diqqət görmək istəyiriksə, insanlarla ünsiyyətimizə diqqət yetirməliyik. Yerində danışmaq, yerində susmaq, danışarkən özümüzü düzgün ifadə etmək, qısa danışmaq, konkret danışmaq və s… bütün bunlar ünsiyyətin əsas xüsusiyyətləridir. Özümüzü ifadə edərkən “çətinliyə” düşməmək üçün isə ünsiyyət qabiliyyətimizi inkişaf etdirməliyik.
Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, psixoloji ədəbiyyatda məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlə­rini göstərə bilərik: maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik mübadiləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).

Yüklə 9,77 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə