Mövzu Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə Plan



Yüklə 26,02 Kb.
səhifə1/4
tarix28.03.2023
ölçüsü26,02 Kb.
#103406
  1   2   3   4
Mövzu .4. Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə


Mövzu 4. Müasir dövrdə tərbiyə işinin məzmunu. Əqli tərbiyə


Plan:



  1. Ağıl tərbiyəsinin əhəmiyyəti

  2. Zehni tərbiyənin metod və vasitələri

  3. Ağıl tərbiyəsinin məzmunu

  4. Ağıl tərbiyəsinin vəzifələri

  5. Ağıl tərbiyəsinin yolları



Ağıl tərbiyəsinin əhəmiyyəti.Müstəqil respublikamız bazar iqtisadiyyatına keçmişdir. Belə bir mühitdə ağıllı hərəkət etməyə, ağıllı durub-oturmağa, ağıl tərbiyəsini gücləndirməyə böyük ehtiyac vardır. Alverçi də, alverə rişxəndlə baxanda, xain də, satqın da, dostluğa xəyanət edən də, bəzi siyasi cərəyanların başında duranlar da özünü ağıllı hesab edir. Səbəbi? Başlıca səbəblərdən biri budur ki, ağıl, ağıllılıq məvhumlarının mahiyyəti hələ hamı üçün tam aydın deyildir. Odur ki, ağlın və ağıl tərbiyəsinin mahiyyətini aydınlaşdırmaq lazımdır.
Peyğəmbər kəlamıdır, deyir ki, insanın böyüklüyü, ululuğu ağıllı olmasındadır. Qocaman şərq dünyasının əzəmətli abidəsi kimi məşhur olan “Kəlilə və Dimnə” ağlı “Qələbələr aynası, zəfərlər güzgüsü, dünyanın bəzəyi” hesab edir.
Atalar sözlərində deyilir: “Ağıl qızıldan qiymətlidir”, “Ağıllı baş hər şeydən mənfəət götürər”, “Ağıl yaşda deyil, başdadır”, “Ağıllı düşmən nadan dostdan yaxşıdır”, “Ağıllı kamal axtarar, cahil mal”, “Ağlınla gör, qəlbinlə eşit” və s. Azərbaycan xalq pedaqogikasında deyildiyi kimi, baş bədənin tacıdır. Ağıllı, düşüncəli, kamallı insan olmaq üçün başı biliklərlə zinətləndirmək lazımdır. Başı zinətləndirməkdən ötrü təhsillənmənin bütün növlərindən, o cümlədən pedaqoji prosesin bütün vəzifə (təhsilləndirmə, tərbiyələndirmə, psixoloji inkişafa nail olma) və mərhələlərindən (qavrama, anlama, möhkəmlətmə, hesaba alma) metodik ustalıqla və bir-birilə vəhdətdə istifadə etmək lazımdır.
Müdrik ata-babalarımız ağılın və onun əks qütbü olan ağılsızlığın mahiyyət və məzmun dəyərini aşağıdakı kimi vurğulayır:
Bu dünyada maldan – puldan,
Bir ağıllı baş yaxşıdır.
Anlamayan bir kəllədən,
Bircə qara daş yaxşıdır.
Təlim prosesində sağlam düşüncənin faydası, dəyəri xeyli böyükdür. Şagirdlərin mənəvi dünyasında sağlam düşüncənin faydasını, dəyərini Nizami Gəncəvi yığcam şəkildə aşağıdakı misra ilə çox gözəl açıqlayır:
Düşüncəsi, ağlı sağlam olan kəs,
Lazımsız sözləri danışa bilməz.
Bu mənada, şagirdlərin əqli inkişafının düzgün, məqsədyönlü formalaşdırılmasında müəllimlərin üzərinə məsul və şərəfli vəzifələr düşür. Müasir dövrümüz elmi-texniki inkişaf dövrüdür. Bu dövrdə müəllim texniki təlim vasitələrindən, kompyuter texnikasından, yeni interaktiv təlim metodlarından metodik ustalıqla istifadə etmək səriştəliliyinə sahib olmalıdır.
Əqli tərbiyə dedikdə, insanın elmi biliklərə, zehni qabiliyyətlərə yiyələnməsi, yaradıcı düşünmə bacarığının inkişafına yönələn təlim-tərbiyə prosesi və onun nəticəsi başa düşülür.Hazırda cəmiyyətdə elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi, əməkdə zehni işin rolunun xeyli artdığı bir dövrdə gənc nəslin əqli təhsil və tərbiyəsinə böyük tələblər verilir. Müasir istehsalatda, elm və mədəniyyətin müxtəlif sahələrində yüksək səviyyədə işləmək, yeni texnika və texnologiyalardan baş açmaq üçün dərin bilik, müstəqil düşünmə bacarığı, yaradıcı təfəkkür tələb olunur. Bu isə, öz növbəsində, böyüyən nəslin ümumtəhsil və intellektual səviyyəsini yüksəltməyi nəzərdə tutur.

Yüklə 26,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə