Neft emalinin əsas prosesləRİ VƏ aparatlari



Yüklə 34,5 Kb.
tarix10.06.2022
ölçüsü34,5 Kb.
#89251
texnoloji avadanliqlar


NEFT EMALININ ƏSAS PROSESLƏRİ VƏ APARATLARI
Neft emalı qurğularında xammalın ilk qızdırılması istidəyişdiricilərdə, tələb edilən dərəcəyə qədər qızdırılması və buxarlandırılması borulu sobalarda, fraksiyalara ayrılması rektifikasiya kalonlarında, kondensləşdirmə və distillatların soyudulması isə kondensator və soyuducularda aparılır.
Borulu soba
Borulu soba neft emalı qurğularında əsas qızdırıcı aparatdır. Neft emalı sənayesində borulu sobalardan çox istifadə olunur. Neftin adi distilləsi üçün tətbiq edilən qurğularda borulu sobanın vəzifəsi istilikdəyişdiricilərdə ilk qızdırılmış xammalı tələb edilən temperatura (330-3400C) qədər qızdırmaqdan və onu birdəfəlik buxarlandırmaqdan ibarətdir. Keçmiş Sovetlət İttifaqında ilk borulu soba 1925-ci ildə Bakıda qurulmuşdur.
Borulu soba radiant (1) və konveksiya (2) kameralarından ibarətdir. Radiant kamerasını konveksiya kamerasından ayıran divara aşma divarı (5) deyilir. Sobanın, aşma divarı ilə üzbəüz duran divarına forsunkalar (6) düzülmüşdür. Hazırda iki kameralı sobalardan sənayedə geniş istifadə olunur. Bu sobaların iki radiant kamerası və onların arasında yerləşən bir konveksiya kamerası vardır.
Borulu sobaların nisbətən sadə avadanlığı vardır. Borulu sobaların qızdırıcı spiralları yalnız şıyrımsız borulardan hazırlanır. Emal edilən neft məhsulu korroziya törətmirsə, borularda temperatur 4500C, təzyiq isə 60 atm-dən yuxarı deyilsə, bu borular adi karbonlu poladdan hazırlanır. Temperatur və təzyiq artıq olduqda xrommolibden və ya xromsilisiummolibden poladlarından hazırlanmış borular tətbiq olunur. Kükürdlü neftlərin adi emalında (temperatur 4500C-dək, təzyiq 50 atm-dək) tərkibində 4 – 6% xrom, 0.5% manqan, 0.5% silisium, 0.35% fosfor və 0.03% kükürd olan poladdan hazırlanmış borular işlənir. Borulu sobaların bütün avadanlığı beton özüldə qurulmuş metal karkas üzərində yığılır. Karkas şaquli qoşatavrlı polad dirəklərdən və üfiqi tavan tirlərdən ibarətdir. Sobanın divarları daxilən odadavamlı kərpic və asbesement təbəqəsindən ibarətdir. Divarın qalınlığı 250-500 mm olur. Sobanın döşəməsi odadavamlı kərpic və istilik təcrid edən kərpic ilə örtülür. Sobanın tavanı isə karkasdan asılmış xüsusi biçimli odadavlı kərpiclərlə örtülür. Boruları təmizləmək və məhsulu oradan çıxarmaqdan ötrü borulu sobaya buxar xətti çəkilir. Buxar xətti yanğını söndürmək işinədə xidmət edir. Sobada sorma yaratmaq, yəni tüstü qazlarını çıxarmaq üçün tüstü borusu vardır. 250-3000C temperaturlu tüstü qazları bayırdakı havadan yüngül olur. Ona görə tüstü borusu ilə sürətlə yuxarıya qalxaraq yanma kamerasından alçaq təzyiq yaradır. Bu isə yanma kamerasında havanın sorulmasına kömək edir. Borulu sobalarda yanacaq kimi neft qalığından (qudrondan) və ya əsas hissəsini metan təşkil edən yanacaq qazından istifadə edilir.


İstilikdəyişdirici aparatlar, kondensatorlar və soyuducular
İstilikdəyişdirici aparatların vəzifəsi – rektifikasiya kalonundan çıxan maye və buxar fraksiyalarının istiliyindən emala verilən neftin və ya neft məhsullarının qızdırılması üçün istifadə etməkdən ibarətdir. Bu yolla bir tərəfdən xammalı qızdırmaq üçün sərf edilən yanacağa, digər tərəfdən alınan distillatları soyutmaq üçün sərf edilən suya qənaət etmək mümkün olur. Adətən istilikdəyişdiricilərdə emala veilən xammal 180-2000C-dək qızıdırılır. Bundan sonra, qızdırma prosesi borulu sobalarda aparılır.fraksiyalar istidəyişdiricilərdə müəyyən dərəcəyə qədər soyuduqdan sonra soyuduculara daxil olaraq su vasitəsilə 35-450C-yə qədər soyudulur. Buxarın soyudulması və kondensləşməsi ya istidəyişdiricilərdə, ya da xüsusi kondensatorlarda həyata keçirilir.


Distillə
Qaynayan mayenin buxarlarını başqa bir tutma keçirib soyutduqda onlar yenidən mayeyə çevrilirlər. Mayenin buxarlanması və buxarların kondensləşməsi prosesi distillə adlanır. Alınan distillə məhsuluna isə kondensat və ya distillat deyilir. Neftin distilləsi zamanı fiziki xassələri bir-birinə yaxın olan karbohidrogen qrupları (distillatlar) ayrılır. Benzin, kerosin, dizel yanacağı və sürtgü yağları kimi distillatlar neftdən alınan əsas məhsullardır. Neftdən müəyyən temperatur intervalında ayrılan distillatlar fraksiyalar adlanır. Neftdən ayrılan fraksiyalar qaynama temperaturunun intervalı, xüsusi çəkisi, özlülük, alışma temperaturu və başqa kəmiyyətlərlə xarakterizə olunur.
Rektifikasiya
Yüklə 34,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə