MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə17/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   13   14   15   16   17   18   19   20   ...   78
mülki müdafiə

Nüfuzedici radiasiya – qamma şualanması və neytronlar selindən ibarətdir. Nüfuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10-15 saniyə ərzində mühafizə olunmamış canlı orqanizm­lə­rə təsir edir. O, gözə qörünmür, hiss edilmir, lakin məlum olan bü­tün materiallardan keçir və uzaq məsafələrə yayılaraq insanların zə­dələnməsinə səbəb olur. Qamma şüalar elektromaqnit dalğası axınıdır və öz təbiətinə görə rentgen şüaları ilə eynidir. Qamma şüaları insan orqanizmini şüalan­dırarkən canlı hüceyrələrin mo­le­kul­ları ionlaşır, onların həyat fəaliyyəti pozulur və nəticədə insan şüa xəstəliyinə tutulur. Qamma şüaların insana təsiri udulan doza ilə xarak­te­rizə olunur. Havada və yerdə nüvə partlayışları zamanı qamma şüalanmanın dozası partlayış mərkəzindən bərabər məsa­fə­də eyni olur, lakin havanın sıxlığından asılıdır. Havanın sıxlığı yay­da qış movsümünə nisbətən azdır, bu səbəbdən partlayış mər­kə­zindən eyni məsafədə şüalanma dozasının səviyyəsi qış mov­sümünə nisbətdə daha cox olur.
Havadan sıxlığı daha da cox olan materiallarda qamma şüa­ları və neytronlar seli daha da zəifləyir. Bu o səbəbdən baş verir ki, sıxlığı daha da cox olan materiallarda eyni həcmdə atomların sa­yı da cox olur, qamma şüaları və neytronlar onlarla daha cox tə­sir­də olur.
Udulan dozadan şüa xəstəliyi yaranarsa – xəstəliyin əla­mət­lə­ri hərarətin artması, ürək bulanması, mədənin pozulması, selikli qişalarda qanaxmanın baş verməsidir. Radiasiya doza­sın­dan asılı ola­raq şüa xəstəliyinin gizli inkişaf dövrü bir neçə saatdan bir ne­çə həftəyədək davam edə bilər. Şüa xəstəliyinin üç dərəcəsi möv­cud­dur. Bu dərəcələr alınan şüalanma dozasın­dan və şüalanmaya mə­ruzqalma vaxtından asılı olur:
– birinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 100–200 R olar­kən baş verir və xəstəliyin gizli inkişaf dövrü üç həftəyədək davam edir;
– ikinci dərəcəli şüa xəstəliyi – şüalanma dozası 200–400 R olar­kən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir həftəyədək davam edir;
– üçüncü dərəcəli şüa xəstəliyi – şüalanma dozası 400–600 R olar­kən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir necə saat təş­kil edır.
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiy­mətləndiri­lir və rentgen, qrey, rad ölçü vahidləri ilə ölçülür. Bir rentgen – qam­ma şüalanmanın elə dozasıdır ki, bunun nəticə­sin­də 0°C tem­pe­raturda və 760 mm civə sütunu təzyiqi şəraitində quru havanın 1sm³-də təxminən 2 milyard cüt ion əmələ qəlir. Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasianın təsiri zəif­lə­yir. Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. Məsələn, poladın – 3 sm, betonun – 10 sm, torpağın – 14 sm, su­yun – 23 sm, ağacın – 30 sm qalınlığı nüfuzedici radiasiyanı iki də­fə azaldır. Nüfuzedici radiasiyadan mühafizə, məhz material­la­rın bu xüsusiyyətinə əsaslanır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə