MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Dərideşici təsirli ZM. İprit



Yüklə 4,5 Mb.
səhifə25/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   21   22   23   24   25   26   27   28   ...   78
mülki müdafiə

Dərideşici təsirli ZM. İprit dəri örtüklərinin zədələn­məsi üçün nəzərdə tutulub. Ölümcül təsirli ZM-dir. Kimyəvi təmiz (dis­til­lə edilmiş) iprit zəif iyli şəffaf, texniki iprit tünd rəngli, xar­dal və ya sarımsaq iyi verən məhluldur. İprit üzvi həl­l­edi­cilərdə yax­şı, suda isə pis həll olur, müxtəlif laklı-bo­ya­lı örtüklərə və mə­saməli materiallara yaxşı hopur. Əsasən, ma­ye-damcı və aerozol halında döyüş məqsədilə tətbiq olunur. Qa­pa­lı sahələri 2-3 aya və daha uzun müddətə zəhərləyir. Soyuq ha­va­larda iprit digər üzvi həlledici qatışıqları və ya bəzi ZM ilə bir­lik­də tətbiq edilə bilər. Zədələnmiş səthlərdən ləng buxarlanır; yay­da – ərazidə davamlığı 7-14 gün, qışda bir ay və daha artıqdır. Tok­si­ki və davamlı təsiri ilə xarakterizə olunur, orqan və toxu­ma­la­rı zədələyir, onlarda il­ti­ha­bi-nekrotik proseslər törədir. Or­qaniz­mə hərtərəfli təsir edir: ma­ye-damcı və buxar halında dərini və göz­ləri zədələyir, buxar ha­lında tənəffüs yollarını və ağciyərləri, qida və su ilə daxil ol­duq­da həzm sistemi üzvlərini zədələyir. İpritin təsiri dərhal deyil, bir müddətdən, yəni gizli dövrdən sonra başlayır. Dəri zədələn­mələri I, II və III dərəcəli olur. Yüngül zədələnmə halları zamanı zə­də­lənmiş dəri sahələrində şəffaf maye ilə dolu yayılmış kiçik su­luq­lar əmələ gəlir, lakin sonra onlar birləşərək böyük suluğa çevrilir. Bu cür zədələnmə ZM zədə səthindən tez kənarlaşdırdıqda (3-4 dəqiqə ərzində) rast gəlinir. Yaraya in­fek­siya düşərsə irinləyir və sağal­ma­sı 5-6 aya qədər uzanır. Mü­a­li­cə etdikdə dərin eybəcər formalı çapıqlar qalır və sağalma sta­di­ya­sı başlayır. Ən təhlükəli ağır­laş­ma­lar ipritin gözə düşməsi zamanı baş verir, bu bəzən göz al­ma­sı­nın atrofiyası ilə nəticələnir. İpritin havada ən az kon­sen­trasiyalarında və 10 dəqiqə müddətinə təsir etdikdə görmə üzvünü zədələyir. Gizli dövr 2-6 saat davam edir, sonra zədələnmə əla­mət­ləri üzə çıxır: gözə qum düşməsi hissi, işıqdan qorxma, göz ya­şı axması halları izlənir. Həzm sistemi üz­v­lə­rinin zədələnməsi ip­ritlə zəhərlənmiş qida və su orqaniz­mə da­xil olarsa baş verir. Ağır hallarda gizli dövrdən sonra (30-60 dəqi­qə) ağır zədələnmə əlamətləri müşahidə olunur: xəncərəbənzər çı­xın­tının altında ağrı, mədə bulanması, qusma; sonra ümumi zəif­lik, baş ağrısı, ref­leks­lə­rin zəifləməsi; ağızdan və burundan pis qo­xu gəlməsi. Proses inkişaf etdikcə iflic müşahidə olunur, kəskin zə­iflik, üzülmə mey­dana gəlir. Proqnoz yaxşı olmadıqda 3-12 gün sonra kəskin zəif­lik­dən ölüm baş verir.
Buxar halında olan ipritlə zədələndikdə 3-6 saat sonra gözdə xoşagəlməz hissiyyat, gözə qum, yad cisim düşməsi hissiyyatı, mə­­də nahiyəsində təzyiq, mədə bulanması, sonra qusma baş verir. Ey­ni zamanda kəskin konyuktivit, blefaro­spazm, səsin xırıltılı ol­ma­sı, hətta tamamilə itməsi, quru, əzabverici, hürmə səsini xa­tır­la­dan öskürək müşahidə olunur.
Zədələnmənin olmaması və zədələnmə dərəcəsini azalt­maq üçün əleyhqaz və mühafizə geyimindən başqa, vaxtında hissəvi sanitar təmizləmə də böyük rol oynayır.
Yuxarıda sadalananları nəzərə alaraq demək olar ki, ipritlə zə­dələnmə ocağında sanitar proseslər uzun müddət davam edəcək. Tibbi xidmət dəstələrinin şəxsi heyəti tibbi yardımı əleyhqazda və mühafizə geyimində aparmalıdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə