MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə33/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   29   30   31   32   33   34   35   36   ...   78
mülki müdafiə

Observasiya  – epidemiya ocağında yoluxucu xəstəliklə­rin qar­­şısını almaq məqsədilə həyata keçirilən təcridetmə-məhdud­la­ş­dır­­ma və müalicə-profilaktik tədbirlər sisteminə deyilir.
Observasi­ya zamanı aşağıdakı işlər görülür:
- giriş-çıxış məhdudlaşdırılır;
- infeksion xəstələrin müəyyən edilməsi, təcrid edilməsi və qospitalizasiyası;
- əhalinin sanitar təmizlənməsi;
- təcili profilaktik tədbirlərin görülməsi;
- sanitar-gigiyenik və epidemiya əleyhinə tədbirlərin güc­lən­­diril­məsi.
Observasiya zamanı bütün müalicəvi-profilaktik tədbirlər ka­rantində olduğu kimi aparılir, yalnız təcridetmə tədbirləri yün­gülləşdirilir. İnfeksion zədələnmə ocağında əhali tibb xidmə­ti­nin qoyduğu bütün tədbirlərə ciddi riayət etməlidir, profilaktik peyvəndlərin keçirilməsindən və dərman qəbulun­dan heç kim im­ti­na etməməlidir. Observasiya müddəti xəstəliyin inkubasiya döv­rü­nə uyğun təyin olunur və son xəstə təcrid olunduqdan, de­z­in­fek­si­ya işləri başa çatdıqdan sonra aradan qaldırılır. Müşahidə olunan şəx­slər bu məqsədlə yaradılmış observasiya məntəqələrində yer­ləş­dirilir, daimi həkim nəzarəti altında saxlanılır. Bəzən müşahidə za­manı profilaktik peyvəndlər aparılır. Müşahidə olunan şəxslər arasın­da xəstələr aşkar edilərsə onlar təcrid olunur, digərləri ye­ni­dən sanitariya təmizlənməsindən keçirilir, otaqlar dezinfeksi­ya edi­lir, observasiya müddəti uzadılır. Observasiya müddəti başa çat­dıqdan sonra müşahidə olunan şəxslər karantin zonasını tərk edir və onlara əmək qabiliyyətini itirmə vərəqəsi verilir, observa­si­ya məntəqələrində son dezinfeksiya işləri aparılır.
Karantin və observasiya zonalarında əhali profilaktik olaraq antibiotik və digər preparatlar qəbul edir. Karantin və observasiya təyin olunduqdan sonra həmin ərazidə dezinfek­siya, dezinseksiya və deratizasiya həyata keçirilir (şəkil).



Şəkil Bakterioloji silahların fəsadlarına qarşı görülən tədbirlər
Dezinfeksiya – xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsidir. Dezinfeksiyanı həm infek­si­ya ocağında, həm də profilaktika məqsədilə aparır­lar. Nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksi­ya ocağında aparılan dezinfeksiya – cari və son dezin­fek­si­­yaya bölünür.
Cari dezinfeksiyanı infeksiyalı xəstənin, yaxud infeksiya gəz­dirənin olduğu bütün müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında aparırlar. Cari dezinfeksiyada məqsəd infek­si­ya­nı yayılmağa qoymamaqdır. Yoluxucu bağır­saq xəstəliklərində ca­ri dezinfeksiyanın daha böyük əhəmiyyəti vardır. Xəstənin iş­lət­di­yi əşyaları, onun paltarlarını zərərsizləş­di­rir­lər. Otağı müntəzəm surətdə dezinfeksiya məhlulları ilə, sabunla yuyub təmizləyir, oyun­caqları, qab-qacağı qaynadırlar. Bəzən xəstənin yatdığı otağa ultrabənövşəyi şüalar verirlər.
Son dezinfeksiyanı infeksion xəstəlik ocağında xəstəni xəs­təxanaya qoyduqdan, xəstə sağaldıqdan, yaxud öldükdən sonra aparırlar.
Profilaktika məqsədilə dezinfeksiya infeksion xəstəliyin olub-olmamasından asılı olmayaraq, onun qarşısını almaq üçün aparılır. Profilaktik dezinfeksiyaya otaqların havasını hər gün dəyişmək, müalicə-profilaktika və uşaq müəssisələrinin otaqla­rı­nı 0,5 %-li xlorlu əhəng məhlulu ilə yuyub təmizləmək, əlləri tez-tez sabunla yumaq, suyu xlorlaşdırmaq, xəstəliktörə­di­cilərlə daimi mü­barizə aparmaq aiddir. Dezinfeksiya üsulları mexaniki, fiziki və kimyəvi olur. Mexaniki üsullara yumaq, silmək, dəyişmək, sü­pür­mək və s. aiddir. Çirklə birlikdə xəstəliktörədicilərin bir qismi də kənar edilir. Mexaniki üsullar­dan ən çox qaynatma, həmçinin kim­yəvi məhlullarla (2%-li natrium-bikarbonat və ya sabun, sa­bun­lu-sodalı məhlul, 1%-li kalsiumlaşdırılmış soda məhlulu və s.) qaynatma tətbiq edilir. Dezinfeksiya üçün su buxarından da is­ti­fa­də olunur. Su buxarından xüsusi dezinfeksiya kameralarında və avtoklavlarda istifadə edirlər.
Kimyəvi dezinfeksiya üsulları daha çox yayılmışdır. Bunun üçün müxtəlif kimyəvi maddələrdən: xlorlu məhlullar­dan (xlorlu əhəng, xloramin və s.), fenol, kreol, lizol, spirt, qələvi və tur­şu­lar­dan istifadə edilir. Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur. Zi­bil qutuları və quyuları bununla dezinfeksiya edilir. Xlorlu əhən­gin məhlulunu ifrazat, həmçinin otaqları dezinfeksiya etmək üçün işlədirlər. Təsir müddəti 5-6 gün çəkir. Xloraminin tərkib­in­də 24-28% fəal xlor vardır. 0,2%-dən 5%-dək xloramin məhlul­la­rından profilaktika məqsə­dilə və infeksiya ocağının dezinfek­si­ya­sı üçün geniş istifadə edirlər. Bu məhlullar öz fəallığını 15 gün saxlayır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə