MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Adi qırğın vasitələrindən mühafizə tədbirləri aşağıdakı­lar­dır



Yüklə 4,5 Mb.
səhifə41/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   37   38   39   40   41   42   43   44   ...   78
mülki müdafiə

Adi qırğın vasitələrindən mühafizə tədbirləri aşağıdakı­lar­dır:
- mühafizə qurğularında daldalanmaq;
- fərdi mühafizə vasitələrindən istifadə etmək;
- iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdən­kə­­nar təhlükəsiz zonaya köçürmək və s.
Azərbaycanda istehsal edilən adi qırğın silahları
Azərbaycan Silahlı Qüvvələri — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat- Azərbaycan Silahlı Qüvvələri - Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. Azərbaycan Ordusu dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Azərbaycan Ordusu regionun güclü ordularındandır. Hazırda ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuzu təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə də başlayıb. Bununla yanaşı Azərbaycan bir çox xarıcı ölkələrdən ən müasir silah və texnika alır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmilər, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – vardır. Ordumuzun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir. İlk öncə 2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən 14,5 mm çaplı "İstiqlal" snayper tüfəngindən başlayaq. Müdafiə Sənayesi Nazirliyinin (MSN)"Telemexanika" zavodunun yerli mütəxəssisləri tərəfindən hazırlanan “İstiqlal” snayper tüfəngi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını bir çox göstəricilərinə görə geridə qoyur.




Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə