MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Yandırıcı maddələri tətbiq edən vasitələr



Yüklə 4,5 Mb.
səhifə40/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   36   37   38   39   40   41   42   43   ...   78
mülki müdafiə

Yandırıcı maddələri tətbiq edən vasitələr. Təyyarədən tətbiq edilən yandırıcı döyüş sursatları aşağıdakılardır:
a) Kiçik ölçülü (kalibrli) döyüş sursatları termit və termit əsaslı maddələrlə doldurulur.
b) Orta ölçülü (kalibrli) döyüş sursatları piroqellərlə doldurulur
v) Böyük ölçülü (kalibrli) döyüş sursatları napalm ilə doldurulur.
Kiçik ölçülü (kalibrli) döyüş sursatları (4 kq-a qədər) - agac tikililəri, anbar binalarını, dəmiryol stansiyalarını (qovşaqlarını) və başqa hədəfləri məhv etmək üçündür. Onlar 3-5 m radiusda yanğın ocaqları əmələ gətirirlər. Yandırıcı kütlənin yanma vaxtı 2-3 dəqiqə olur.
Orta ölçülü yandırıcı döyüş sursatları yaşayış, sənaye binalarını, anbarları və s. obyektləri məhv etmək üçündür. Yandırıcı kütlənin yanma vaxtı 3-8 dəqiqə olur.
Böyük ölçülü (kalibrli) yandırıcı döyüş sursatları (Bombalar 1000-4000 kq) əhalini məhv etmək, şəhərlərdə (yaşayış məntəqələrində) yanğınlar törətmək üçündür. Yanma müddəti 3-10 dəqiqə olur.
Toplardan atılan yandırıcı döyüş sursatları (mərmilər, minalar) ağac, binaları, yanacaq və sürtkü materialları anbarlarını, əhalini, təyyarələri, nəqliyyat vasitələrini məhv etmək üçündür. Bunlar ağ və plastik fosforla doldurulmuş minalardan ibarətdir. Bundan əlavə əhalini məhv etmək üçün içərisində yandırıcı maddələr olan qrad qurğularının mərmilərindən istifadə olunur.
Bunlardan əlavə silahlı qüvvələrdə əldən (rans) və tankdan od-saçanlar silahlar mövcuddur. Əldən (rans) odsaçanların atəş məsafəsi 50-100 m-dir. Tankların atəş məsafəsi 180-230 m-dir. Həmçinin əl ilə atılan yandırıcı qumbaralardan da istifadə olunur. Onların atəş məsafəsi 40 m, silah vasitəsilə atıldıqda isə 150-200 m-dir.
Yandırıcı silahların insanlara tə'siri istilik enerjisindən, tüstüdən və yanma zamanı əmələ gələn zəhərləyici maddələrdən ibarətdir.
İnsanlara tə'sir etdikdə yandırıcı maddələr onun dərisində yanıqlar əmələ gətirir. О yanıqlar çox dərin olur və 2-3 ay müddətində davam edir. Birinci 30-60 saniyə müddətində insanlar şok vəziyyətinə düşürlər.
Bunlardan əlavə napalmın tə'sirindən tənəffüs yollarında yanıqlar əmələ gəlir, ağ ciyər zədələnir və orqanizmin ümumi zəhərlənməsi baş verir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə