MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Bakterioloji silahın əsas xüsusiyyətləri



Yüklə 4,5 Mb.
səhifə32/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   28   29   30   31   32   33   34   35   ...   78
mülki müdafiə

Bakterioloji silahın əsas xüsusiyyətləri:
- qısa müddət ərzində infeksion xəstəliktörədicilərin küt­lə­vi şəkildə yayılması, epidemiya əmələ gətirməsi;
- inkubasiya (gizli) dövrünün olması;
- xarici mühitdə mikroblar və onların toksinlərinin çətin təyin olunması (müxtəlif mikroorqanizmlərin təyini yalnız labora­tor şəraitdə mümkündür);
- seçıci və məqsədyönlü təsir etməsi.
İnsanlar bakterioloji vasitələrin tətbiq olunduğunu aşağı­da­kı xarici əlamətlərə görə təyin edə bilər:
- döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alo­vun olmaması;
- binaların damı və divarlarında, ağac yarpaqlarında və yol­lar­da qatı maye şəkilli maddələrin olması;
- ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;
- mərmilərin, konteynerlərin və ya müxtəlif bağlama və qab­la­rın düşdüyü yerlərdə çoxlu həşəratların, gənələrin və ya gə­mi­ri­ci­lərin olması;
- əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi hey­van­ların, ev heyvanlarının və quşların qəflətən kütləvi qırılma­sı və ya xəstələnməsi də bakterioloji vasitələrin tətbiq olunduğuna də­la­lət edə bilər.
Bəzən təyyarələrdən müxtəlif yüklərin – konteynerlərin, torbaların (kisələrin), bağlamaların atıldığını da müşahidə etmək olar. Yoluxucu xəstəlik yayan həşəratlar tətbiq edildikdə, hərbi sursatların partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə toplaşa bilər.
Düsmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər.
Bunun qarşısını almaq ücün observasiya və karantin postları tə'yin edilir.


Bakterioloji şəraitdə tədbirlər sistemi
Bakterioloji zədələnmə ocağında infeksion xəstəliklərin ya­yıl­masının qarşısını almaq üçün xüsusi rejimlər – karantin və ob­servasiya rejimləri təyin olunur.
Karantin – bakterial zədələnmə ocağını tam təcrid etmək, in­feksion xəstəliyin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən epide­mi­ya əleyhinə re­jimli profilaktik tədbirlər sistemidir. Karanti­nin məqsədi zə­də­lən­mə ocağını tam təcrid etmək və xəstəliyi aradan qaldırmaqdır. Re­jimli tədbirlərə zədələnmə ocağını təcrid etmək, əhalini kiçik qrup­lara bölmək, ocaqda komendant xidməti yaratmaq, əraziyə gi­riş və çıxışı qadağan etmək, ev əşyalarının və heyvanlarının əra­zi­dən çıxarılmasına qadağa qoymaq, ocağın içərisində hərəkəti məh­dud­laşdırmaq aiddir.
Epidemiya əleyhinə tədbirlərə isə təcili profilaktika, xəstə­lə­rin və şübhəlilərin müəyyən edilib təcrid olunması, qospitala göndərilməsi, əhalinin sanitar təmizlənməsi, ərazinin, nəqliyyatın, əşyaların, mənzillərin dezinfeksiyası aiddir.
Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər, tədris müəssisələrində dərslər dayandırılır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər bağlanır. Fəhlə və qulluqçular profilak­tik sanita­ri­ya təmizlənməsindən keçirilir. Karantin zonasına giriş mülki mü­da­fiə qərargahı rəisi tərəfindən yalnız xüsusi birləşmələrə verilir. İşini davam etdirən xalq təsərrüfatı obyekt­ləri xüsusi rejimə ke­çi­rilir, işçılər kiçık qruplara bölünür, onlar arasında kontakt azal­dı­lır. Qidalanmaq və istirahət üçün xüsusi otaqlar ayrılır. Əhaliyə ev­lərindən çıxmamaq tövsiyə olunur, ərzaq, su lazım gəldikdə xü­su­si dəstələr vasitəsilə evlərə çatdırılır. Karantin müddəti son xəs­tə­nın təcridindən sonra xəstəliyin inkubasiya dövrü müddətinə uy­ğun vaxt keşdikdən, şəxsi heyətin tam sanitariya təmizlənməsi və yo­luxmuş obyektlərin dezinfeksiyası başa çatdıqdan sonra təyin olunur. Tibb xidmətinin şəxsi heyəti xüsusi təhlükəli xəstəliklə yo­luxmuş xəstələrə xidmət zamanı taun əleyhinə qoruyucu kos­tyumlarda işləyirlər. Xəstəlik xüsusi təhlükəli ol­ma­dıqda və kütləvi xəstələnmə təhlükəsi yaranmadıqda observa­si­ya rejimi təyin olunur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə