|
![](/i/favi32.png) MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri
|
səhifə | 34/78 | tarix | 29.03.2023 | ölçüsü | 4,5 Mb. | | #103596 |
| mülki müdafiəDezinseksiya – infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Bakterioloji silahın tətbiqindən sonra yaranmış xəstəliklərin həşəratlar tərəfindən yayılmamasının qarşısını almaq üçün dezinseksiya həm məişətdə, həm də ətraf təbiətdə aparılır.
Məişət dezinseksiyasına otağın dərmanlanması, milçəklərin, taxtabiti və tarakanların, həmçinin digər həşəratların artıb çoxaldığı yerlərin planlı surətdə dərmanlanıb, tələf edilməsi və s. aiddir.
Dezinseksiya fiziki, kimyəvi və bioloji metodlarla aparılır.
Fiziki metodlara əşyaların şotka, tozsoranla təmizlənməsi, çırpılması, yandırılması, qaynar suya salınması, tələ və yapışqanlardan istifadə edilməsi aiddir.
Kimyəvi dezinseksiyada insektisidlərdən (heksaxloran, xlorofos və s.) duru və bərk tələ yemlərindən istifadə edilir. Belə maddələr həşəratları məhv edir. Bəzi maddələrdən istifadə etməklə qansoran həşəratlardan qorunurlar.
Bioloji metodlar parazitləri məhv edən həşəratlardan, quşlardan, mikroorqanizmlərdən istifadə olunmasına əsaslanır.
Deratizasiya infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir. Epidemioloji cəhətdən ən qorxulu gəmiricilər ev və çöl siçanları, boz və qara siçovullar, sünbülqıranlar, su siçanı və s.-dir. Bu zaman həm profilaktika işləri aparılır, həm də bunları tələf edirlər. Profilaktika məqsədilə ərzaq məhsullarını gigiyenik cəhətdən elə yerlərdə yerləşdirirlər ki, həmin gəmiricilər ora girə bilməsinlər. Gəmiriciləri bioloji, kimyəvi və mexaniki yolla qırırlar. Bioloji metod onların düşmənlərindən pişiklərdən, itlərdən və s. istifadə edilməsidir. Mexaniki üsul isə tələlərdən istifadə olunmasıdır. Kimyəvi metodda müxtəlif zəhərlərdən, kükürd anhidridindən və s. istifadə edilir.Bundan başqa, aldadıcı yemlərdən (krısid, zookumarin, difenasin, ratindan, barium-karbonat, sink-fosfid, tiosemikarbazid, arsen preparatları) istifadə edilir. Bunları hazırlayarkən çörək, sıyıq, xəmir, tərəvəz, taxıl və s. qatırlar. Gəmiriciləri cəlb etmək üçün ona günəbaxan yağı və ət qiyməsi də qatılır. Zəhərli aldadıcı yemləri sanepidemioloji stansiyanın xüsusi təlim keçmiş işçiləri hazırlamalı və işlətməlidirlər.
Beləliklə, kimyəvi və bioloji döyüş maddələrinin istifadə edildiyi aşkarlandıqda kimin nə vaxt, harada, necə müdaxilə edəcəyi əvvəlcədən planlaşdırılmalı, peyvəndləmə prosesi hər yaş səviyyəsinə uyğun davamlı aparılmalı və dövlət tərəfindən onlayn olaraq şəxsiyyət vəsiqəsində qeydiyyat aparılmalıdır. Ölkə daxilində peyvənd istehsal edilməlidir. Çiçək, Sibir xorası, vəba və s. kimi ölümcül xəstəliklər üçün peyvənd idxalına ehtiyac qalmamalıdır. Bioloji silahlar hər hansı bir orqanizmi (bakteriya, virus, və ya göbələk) və ya təbiətdə olan toksinləri (toksinlər orqanizmlər tərəfindən istehsal edilən zəhərli mürəkkəblərdir) əhatə edə bilər. Bir çox dövlətin bioloji müharibə vasitələrini əldə etməyə çalışdığı sirr deyil. Yalnız dövlətlərin deyil, terror təşkilatlarının, hətta şəxslərin belə bioloji silah faktorlarını asanlıqla əldə edə biləcəkləri və bu faktorları insanları öldürmək və ya yaralamaq məqsədilə istifadə edəcəkləri unudulmamalıdır. Bioloji müharibə faktorlarının istifadə edildiyini aşkarlamaq və dərhal lazımlı müdafiə tədbirləri görmək, bir-birini izləməsi lazım olan kompleks tədbirlər tələb edəcək.
Dostları ilə paylaş: |
|
|