MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


Qıcıqlandırıcı təsirli ZM –



Yüklə 4,5 Mb.
səhifə28/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   24   25   26   27   28   29   30   31   ...   78
mülki müdafiə

Qıcıqlandırıcı təsirli ZM – Si-Es (SS), xlorasetofenon, adam­sit, dibenzoksazepin gözlərin və tənəffüs üzvlərinin qıcıq­lan­ma­sına səbəb olur. Əsas döyüş vəziyyəti – aerozoldur. Bərk mad­də olub, tüstü halında tətbiq edilir. Bu qrup ZM zədələnmə zamanı əmə­lə gələn əlamətlər: asqırma, burunda, burun-boğazda yanma, bu­rundan selik ifrazı, tüpürcək və göz yaşı ifrazı, döş sümüyü ar­xa­sında ağrı, bəzən mədə bulanması və hətta qusmadır.
İlkin tibbi yardım göstərmək üçün zərərçəkmişi ərazidən çı­xar­tmaq kifayətdir. Qıcıqlandırıcı təsirli ZM polis tərəfindən tət­biq edilir, ondan döyüş məqsədilə istifadə məqsədəuyğun deyildir.
Sİ-ES – rəngsiz kristallik maddə olub, bibər iyi verir. Az konsentrasiyalarda gözlərə və yuxarı tənəffüs yolu üzvlərinə güclü qıcıqlandırıcı təsir göstərir, böyük konsentrasiyalarda dərinin açıq nahiyələrində yanığa səbəb olur, bəzi hallarda tənəffüs üzvlərinin və ürəyin iflicinə və ölümə səbəb ola bilər.
Kimyəvi silah təyyarə bombalarında, top güllələrində, mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda ərazini zəhərlemek üçün, damci-maye halında zəhərləmək üçün buxar və aerozol (tüstü, duman) şəklində tətbiq edilə bilər. Zəhərləyici maddeler kñləyin istiqametində on kilometrlərlə məsafəyə yayila bilən zəhərli bulud yaradır.
Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatilıği və mühafizə olunmayan adamın zədələndiyi vaxtla müəyyən edilir.
Ərazinin və ya obyektin zəhərlənmə dərəcəsi oraya düsən maddənin miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1 m2 səthə nisbətlilə ifadə olunan zəhərlənmə sıxlığı ilə müəyyən edilir.
ZM-in dayanıqlığı, yə'ni insanlara və heyvanlara göstərdiyi zədələyici tə'sirin müddəti, həmin ZM-in fiziki-kimyəvi xasselərindən, həmçinin ərazinin xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqda ZM daha tez buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə zəhərləyici maddələri torpaqdan, bitkilərdən, müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə yarganlarda. Dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər. Kimyəvi si-lahdan və GTZM-dən mühafízə olunmaq üçün əleyhqazdan, xüsusi paltardan və ya hermetik baglanmiş sıgınacaqlardan istifadə edilir.
Hazırda dünyada 6 milyondan artıq kimyəvi birləşmələr mə'lumdur. Bu geniş kimya aləmində bizi istehsalatda və məişətdə 100-dən artıq güclü tə'sirli zəhərli maddələr əhatə edir.
GTZM-in saxlandıqları tutumlardan və qablardan kənara axması həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxti nüvə partlayışının zərbə dalğasından və adi basqın vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə ZM avadanlığının dağıdılması nəticəsində baş verə bilər. Beləlikle, düsmənin nüve və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamani istehsalatlarda GTZM-in ətrafa yayılması (axması) mümkündür. Bele hallarda ikinci zəhərlənmə ocaqları yaranır.
Kimyəvi silah tətbiq olunan rayonlarda zəhərlənmə baş verdikdə kimyəvi zəhərlənmə ocağı yaranır.
Kimyəvi zəhərlənmə ocağı - o əraziyə deyilir ki, orada kimyəvi silahın (ZM) və ya güclü tə'sirli ZM (GTZM) tə'siri nəticəsində buradakı erazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji səraitdən və yerin relyefíndən asılı olur.
Kimyəvi zəhərlənmə ocağı iki zonaya - ZM-lə bilavasitə zəhərlənən əsas zonaya, ZM-in buxar və ya aerozolları yayılan ikinci zonaya aid edilir. GTZM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından vı xüsusi respiratorlardan istifadə olunur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə