MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri



Yüklə 4,5 Mb.
səhifə24/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   20   21   22   23   24   25   26   27   ...   78
mülki müdafiə

Zarinin (GB) döyüş vəziyyəti, əsasən, buxar halında olur. Hərbi mü­təxəssislərə görə bu qrup ZM mühafizə olunmayan canlı qüvvəyə və ya əleyhqazı olan şəxsi heyətə qəfil hücum üçün daha məqsədəuyğundur. İkinci halda fərz edilir ki, şəxsi heyət dərhal əleyhqazdan istifadə etməyə imkan tapmayacaq. Bu ZM-in tət­bi­qin­də əsas məqsəd  şəxsi heyətin tez və kütləvi olaraq sıradan çı­xa­rılması və mümkün qədər çox ölümcül nəticəyə nail olmaqdır. Za­rin rəngsiz və ya sarı rəngdə, iysiz məhluldur, ona görə də onu ətraf mühitdə aşkar etmək çətindir. Zarin, əsasən, havanı buxar və duman halında, yəni davamsız ZM kimi zədələmək üçün nəzərdə tutulur. Bəzi hallarda ərazini və orada olan hərbi texnikanı zədə­lə­mək üçün damcı-maye halında tətbiq edilir; bu halda zarin yayda – bir neçə saat, qışda – bir neçə gün öz davamlığını saxlayır.
Zarin tənəffüs üzvləri, dəri, ağız boşluğu vasitəsilə or­­qa­nizmə daxil olur; maye-damcı və buxar halında tətbiq edi­lə­r­kən dərini zədələmədən orqanizmə qəbul edilir. Zədələnmə dərəcəsi onun havadakı konsentrasiyasından və zəhərli atmosferdə qalma müd­dətindən asılıdır. Zarinin təsirindən ağız suyu ifrazı, çoxlu tər­lə­mə, qusma, başgicəllənmə, şüurun itməsi, güclü qıcolma tut­ma­la­rı, iflic və güclü zəhərlənmənin nəticəsi kimi ölüm baş verə bilər.
Zoman (GD)rəngsiz və demək olar ki, iysiz mayedir. Əsas xü­su­siy­yətlərinə görə zarinə oxşayır. Davamlığı zarinə nis­bə­tən bir qə­dər yüksəkdir; insan orqanizminə zarindən 10 dəfə güc­lü təsir gös­tərir. Zarinin (zomanın) davamlığı ərazidə yayda – bir neçə sa­at, qışda – 2 günə qədər olur.
V(x)-qazları yüksək qaynama temperaturuna malik, az uçu­cu mayedir, ona görə də onun davamlığı zarindən çox-çox yük­sək­­dir. Xüsusilə də, maye-damcı halında dəri örtüyünə təsiri yük­sək ef­fek­t­li­dir; V-qazlarının insan dərisinə düşmüş bir neçə kiçik dam­cı­sı in­sanın ölümünə səbəb olur. V(Vx) yayda bir neçə gün, qışda bir neçə həftəyə qədər­dir. Bütün sinir-iflicedici ZM su hövzələrini uzun müddətə zə­də­lə­yir. Kiçik dozaların təsirindən göz bəbəkləri daraldığından görmə pis­­lə­şir, tənəffüs çətinləşir, si­nə­də ağırlıq hissi yaranır. Bu əla­mət­lərə baş ağrıları da qoşula bi­lər və 2-3 günə qədər davam edə bilər. Or­qanizmə ölümcül do­za­la­rın təsirindən güclü mioz, boğulma, çox­lu tü­pürcək ifrazı və tər­lə­mə müşahidə olunur, qusma, ishal, güc­lü qıc­olma halları baş­la­yır, bir neçə saata qədər davam edir, xarak­te­rik qorxu hissi olur, huş itir. Ölüm tənəffüs və ürək mərkəz­lə­ri­nin iflici nəticəsində baş verir.
Sinir-iflicedici ZM-lə zədələnmişlərə ilk növbədə əleyh­qaz geydirilir, fərdi apteçkadan şpris-tyubikdə olan antidot (afin) yeridilir və zədələnmiş ərazidən uzaqlaşdırılır. Əgər ilk 20 də­qi­qə­də qıcolmalar dayandırılmazsa, antidot təkrar yeridilir, tənəffüs pozularsa süni tənəffüs edilir və ya oksigen verilir. Dəri üzərinə düş­dükdə dərhal zədələnmiş nahiyələr fərdi kimya paketinin va­si­tə­silə təmizlənir. Mədəyə düşdükdə zərərçəkmiş qusdurulur, mə­də­si 1%-li soda və ya təmiz su ilə yuyulur və tibb müəssisələrinə göndərilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə