MühaziRƏ 1 Mülkü müdafiənin əsasları, qüvvə və vasitələri


İzoləedici tipli mühafizə kostyumları



Yüklə 4,5 Mb.
səhifə73/78
tarix29.03.2023
ölçüsü4,5 Mb.
#103596
1   ...   70   71   72   73   74   75   76   77   78
mülki müdafiə

İzoləedici tipli mühafizə kostyumları. Dərini mühafizə edən xüsusi filtrasiyaedici tipə aiddir:
- taun əleyhinə kombinezon;
- orta tezlikli dalğalardan mühafizəedici kostyum;
- sıx toxunmuş parçadan hazırlanmış və radioaktiv tozdan mühafizəedici kombinezon.
L-1 – yüngül mühafizə kostyumudur, əsasən, insanı z­ə­rər­li kimyəvi və bakterioloji təsirlərdən, həmçinin radioaktiv toz­dan mühafizə etmək üçündür. L-1 kostyumu insanın də­ri­si­ni, həm də paltarını, ayaqqabısını qəza, xilasetmə və dezak­ti­va­si­ya işləri zamanı aqressiv mühitin (turşu məhlulları, laklar, bo­ya­lar, yağ, su, dəniz duzu, qələvilər, neft məhsulları) uzunmüd­dət­li təsirindən, zəhərləyici və toksiki maddələrin, zərərli bio­lo­ji faktorların təsirindən mühafizə edir.
L-1 kostyum komplektinə başlıqlı gödəkçə, corabla bir­lik­də şalvar, 2 cüt əlcək daxildir. Gödəkçənin qollarında bi­lək­­ləri sıxan qalın manjetlər var. 150C yuxarı temperaturda L-1 kos­tyumunu alt paltarının üzərindən, 0C-dən aşağı tempera-tu­r­­da isə qış geyiminin üzərindən geyinirlər. L-1 3 boy öl­çü­sün­də hazırlanır: 165 sm-ə qədər, 166-172 sm arası, 173 sm-dən yu­xarı. Kostyum isidici qurğulardan kənarda, soyuq yerdə sax­lanmalıdır, işə başlamazdan bilavasitə əvvəl geyinilməlidir, ar­tıq hərəkətlərə yol verilməməlidir, yüksək temperaturda işlə­yər­­kən su ilə isladılmış mühafizə ekranlarından istifadə edil­mə­li­dir. Kostyumu dəfələrlə istifadə etmək olar, ona görə də zə­hər­li maddələrlə, radioaktiv tozla, bakterial vasitələrlə tə­mas­dan son­ra xüsusi təmizlənməlidir. Kostyumu çıxararkən ça­lış­maq la­zımdır ki, dərinin açıq səthləri paltarın üst tərəfi ilə tə­mas­da olmasın.
I tip «Zaşita» mühafizə komplekti (taun əleyhinə kos­tyum). I tip «Zaşita» mühafizə komplekti bakteriya, virus ki­mi zərərli vasitələr, tozla təmas zamanı istifadə edilir, I də­rə­cə­li mü­hafizə vasitəsidir. Komplekt taun əleyhinə xidmət per­so­na­lı­nı, həm­çi­nin məhkəmə tibbi ekspertiza xüsusi təhlükəli infek­si­ya­la­rla iş­lə­yən həkim və sanitar işçilərinin şəxsi heyətinin tə­nəf­füs üzv­lə­rini, dəri örtüyünü və selikli qişalarını mühafizə edir.
Komplektə aşağıdakılar daxildir:
- geniş görmə sahəsi və filtri olan maska;
- prorezin materialdan hazırlanmış başlıqlı gödəkçə və prorezin əlcəklər;
- prorezin materialdan şalvar, ona bitişik rezin baxil ilə birlikdə.
Komplekt asanlıqla geyinilir, istismar zamanı tənəffüs üzv­lərini və dəri örtüyünü yüksək səviyyədə etibarlı mühafizə edir. Bu sınaqdan dəfələrlə keçirilmişdir. Komplekt bioloji və kim­yəvi zədələnmə ocağında yoluxmuşları daşımaq üçün, həm də dezinfeksiya və dezaktivasiya üçün istifadə edilir. Kostyum prorezin materialdan hazırlanıb və tikişləri yapışqanla bərki­dilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə