Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (socar)



Yüklə 32,12 Kb.
tarix05.03.2018
ölçüsü32,12 Kb.
#30208

c:\documents and settings\mmammadov\desktop\loqo.jpg

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Azərikimya” İstehsalat Birliyi


Texniki sulfat turşusuna (birinci növ) olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (31015-16) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 29.09.2016-cı il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.



Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və 2 surəti olmaqla 10.10.2016-cı il, Bakı vaxtı ilə saat: 10.00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dillərində əldə etmək istəyənlər 150,00 AZN (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın 2-ci qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х
İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin şərtlər toplusunda qeyd olunmuş təchizat qrafikinə uyğun yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ5000


Azərbaycan Respublikası

Sumqayıt şəhəri

Səməd Vurğun küçəsi 86

Əlaqələndirici şəxs:

Nəsimi Aslanov

Satınalmalar və təchizat şöbəsinin rəis müavini

Telefon nömrəsi: +994 12 521 25 22

Faks nömrəsi: +994 12 521 25 34

Elektron ünvan: nesimi.aslanov@socar.az





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 10.10.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın 5-ci qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards


Azərikimya” İstehsalat Birliyinin Satınalmalar qrupu.



(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il

___________№


“SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin

Satınalmalar qrupunun rəhbəri cənab İmran Arzumanzadəyə,


Hazırkı məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın “Azərikimya” İB tərəfindən ________________________________ satın alınması ilə əlaqədar elan edilmiş açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI



Sıra №-si

Malların adı

Ölçü vahidi

Miqdar

Malların standartı



Texniki sulfat turşusu

(birinci növ)



ton

670

ГОСТ 2184-2013

Yüklə 32,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə