Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
119
Açar sözlər: Azərbaycan, Almaniya, sosial, humanitar, humanizm, əməkdaşlıq
Key words: Azerbaijan,
Germany,
social, humanitarian, humanism,
collaboration
Ключевые слова: Азербайджан, Германия, социальный, гуманитар-
ный, гуманизм, сотрудничество
Sosial-
humanitar
sahədə
Azərbaycan-
Almaniya
əlaqələri
Sona
MƏHƏRRƏMOVA
Sumqayıt
Dövlət Universitetinin
Ümumi tarix kafedrasının
baş müəllimi
smaharramova@mail.ru
STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
120
Giriş
Qloballaşan müasir dünyada inkişaf etmiş dövlətlərin, o cümlədən Almani-
yanın xarici siyasətinin əsas prioritetlərindən biri də sosial-humanitar sahədə
fəaliyyətdir. Son 10 ildə əldə olunan inkişafın nəticəsi kimi Azərbaycan Res-
publikası da bu istiqamətdə bir sıra işlər həyata keçirmişdir. Bakıda ardıcıl
olaraq Beynəlxalq Humanitar Forumların keçirilməsi bu istiqamətdə aparılan
siyasətin bariz göstəricisidir. Multikulturalizm sahəsində Azərbaycanın uğurlu
dövlət siyasətinin məntiqi nəticəsidir ki, cəmiyyətdə tolerantlıq və dözümlülük
ənənəsi yaranmışdır.
Məqalədə, əsasən, Azərbaycan ilə Almaniya arasında sosial-humanitar
sahədə əlaqələrin tarixi araşdırılmış, eyni zamanda müstəqilliyin ilk illərində
ağır sosial-iqtisadi problemlərlə, Ermənistanın hərbi təcavüzü və Dağlıq Qara-
bağ münaqişəsi nəticəsində yaranmış humanitar fəlakətlə üzləşən Azərbaycana
Almaniya hökumətinin, humanitar təşkilatlarının və ayrı-ayrı vətəndaşlarının
göstərdiyi sosial-humanitar yardımlardan bəhs edilmişdir. O da qeyd edil-
mişdir ki, əgər Azərbaycan müstəqilliyinin ilk illərində ağır sosial-iqtisadi
problemlərinə görə Almaniyanın və digər ölkələrin humanitar yardımına böyük
ehtiyac duyurdusa və bu əməkdaşlıq yalnız birtərəfli yardımla məhdudlaşırdısa,
hal-hazırda Azərbaycan Respublikası digər ölkələrə humanitar yardım göstərir.
Bu yardımın Almaniya ilə bağlı nümunəsi Heydər Əliyev Fondu tərəfindən II
Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası ilə
bağlı başlanmış kampaniyaya maliyyə vəsaitinin ayrılmasıdır.
Azərbaycan ilə Almaniya arasında sosial sahədə əlaqələr
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında
əlaqələrin tərkib hissələrindən birini də sosial-humanitar sahədə əməkdaşlıq
təşkil edir. Bu sahədə iki ölkə arasında müəyyən tarixi ənənələr mövcuddur.
Belə ki, Sumqayıt ilə Lüdviqshafen şəhərləri arasında əməkdaşlıq 1977-ci ilin
avqust ayında Lüdviqshafen şəhərinin keçmiş oberburqomistri doktor Verner
Lüdviq və SSRİ – Reyn-Nekkar Dostluq Cəmiyyətinin sədri Byulovun Sumqayıta
səfəri ilə başlamışdır. 1977-1979-cu illər ərzində qarşılıqlı səfərlər çərçivəsində
Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri Zülfü Hacıyevin
1
rəhbərliyi ilə
nümayəndə heyəti Lüdviqshafen şəhərinə səfər etmişdi [17, s.9-10]. İki şəhər
arasında dostluq əlaqələrini dərinləşdirmək məqsədilə 1981-ci ildə Sumqayıt-
da “Lüdviqshafen həftəsi” keçirilmişdir. 1984-cü ildə isə Bakı şəhəri ilə Maynts
şəhəri arasında “qardaşlaşmış şəhərlər” kontekstində əlaqələr qurulmuş, son-
ralar bu əlaqələr davam etdirilmiş və müstəqilliyin ilk illərində Maynts şəhər
bələdiyyəsinin nümayəndələri V.Videnrot və Y.Şober Bakıya gəlmişdilər [1,
s.33]. Bundan əlavə, 1986-cı ildə Sumqayıt ilə Lüdviqshafen şəhərləri ara-
1 Qeyd edək ki, Zülfü Hacıyev 1990-1991-ci illərdə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini vəzifəsində
çalışmış və 1991-ci il noyabrın 20-də Qarakənd kəndi yaxınlığında ermənilər tərəfindən vurulmuş vertolyotda faciəli şəkildə həlak
olmuşdur.
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
121
sında əməkdaşlığa dair ikitərəfli saziş,
1987-ci ildə isə Moskvada hər iki şəhərin
nümayəndə heyətlərinin iştirakı ilə yekun
razılaşma sənədi imzalanmışdır. 1987-ci ildə
bu münasibətlə Lüdviqshafen şəhərində
“Sumqayıt günləri” keçirilmişdir.
Müstəqil Azərbaycan Respublikası ilə
birləşmiş Almaniyanın sosial-humanitar
sahədə əməkdaşlığının tarixi 1990-cı illərin
əvvəllərindən başlasa da, bu əməkdaşlığın
hüquqi əsasını 1995-ci il dekabrın 22-də
imzalanmış və 11 maddədən ibarət “Al-
man hərbi qəbirləri barədə” Saziş təşkil edir
[21]. Məhz bu saziş iki ölkə arasında sosi-
al-humanitar sahədə əlaqələrin humanizm prinspləri əsasında genişlənməsinə
təkan vermişdir.
Yeri gəlmişkən, Azərbaycanda mövcud olan 5 alman qəbiristanlığı, o
cümlədən XIX əsrin əvvəllərində ölkəmizə gəlmiş almanların 300-dən artıq
yaşayış evi yenidən restavrasiya edilərək Mədəniyyət və Turizm Nazirliyinin
nəzdində qorunan abidələr sırasına daxil edilmişdir [32].
Müstəqilliyimizin ilk illərində bütün respublikada olduğu kimi Sumqayıtda da
iqtisadi vəziyyət getdikcə ağırlaşmış, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçı-
sı E.İsmayılovun xahişi ilə Lüdviqshafen şəhərində böyük həcmdə ərzaq və tib-
bi ləvazimat toplanmış və xüsusi təyyarə ilə Sumqayıt şəhərinə göndərilmişdir.
1997-ci ilin oktyabrın 20-27-də Sumqayıt ilə Lüdviqshafen arasındakı dostluq
əlaqələrinin 20 illik yubleyi keçirilmişdir. Yubiley tədbirlərində iştirak etmək üçün
Almaniyadan 14 nəfər nümayəndə ölkəmizə səfər etmişdir [18]. 2002-ci ildə Lüd-
viqshafen və Sumqayıt şəhərləri arasında əməkdaşlıq əlaqələrinin 25 illik yubileyi
qeyd edilmişdir. Bu münasibətlə Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Fe-
deral Nazirliyinin (İİƏFN) təşəbbüsü ilə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti
(TƏC) bu ölkənin Tərəfdaş Şəhərlər Assosiasiyası ilə birgə “Almaniya-Qafqaz
şəhərləri arasında əməkdaşlıq” layihəsini hazırlamışdır. Bu layihə Almaniya və
Qafqazın üç qardaşlaşmış şəhərini - Lüdviqshafen və Sumqayıtı, Biberax və Te-
lavivi, Saarbrüken və Tbilisini əhatə etmişdir [4, s.11-12]. 2002-ci il iyulun 3-də
Almaniyanın İİƏFN-nin TƏC tərəfindən dəstəklənən məsləhət layihəsi haqqında
müqavilə tərəfdaş şəhərlər - Sumqayıt və Lüdviqshafen arasında imzalanmış-
dır [5]. Müqaviləyə əsasən, ətraf mühit, sənaye və məişət tullantılarının kadastrı,
ətraf mühiti qorumaq ruhunda tərbiyə, su sərfinin hesablanması, təmizləyici qur-
ğuların bərpası və eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması
məsələləri müzakirə edilmişdir.
Problemin aktuallığını nəzərə alaraq Azərbaycan ilə Almaniyanın qardaşlaş-
mış şəhərləri olan Sumqayıt və Lüdviqshafenin rəhbərliyi alman tərəfin texniki
Müstəqil Azərbaycan
Respublikası ilə birləşmiş
Almaniyanın sosial-humanitar
sahədə əməkdaşlığının tarixi
1990-cı illərin əvvəllərindən
başlasa da, bu əməkdaşlığın
hüquqi əsasını 1995-ci il
dekabrın 22-də imzalanmış və
11 maddədən ibarət “Alman
hərbi qəbirləri barədə” Saziş
təşkil edir.