STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
124
Azərbaycana humanitar yardımı ilk növbədə Almaniyadakı Azərbaycan
diasporunun üzvləri və digər şəxslər – yardımsevər almanlar fərdi qayda-
da göstərmişdilər. Belə ki, 1992-ci ilin oktyabrında Bakıya gələn Ağabəy
Azərbaycani özü ilə müasir tibbi avadanlıq və dərman, 1 ədəd Mersedes-
bents markalı reanobildən ibarət 1 milyon ABŞ dollarından çox humanitar yar-
dım gətirmişdi [20]. Qarabağ müharibəsində yaralanmış əsgərlərin müalicəsi
üçün Almaniyanın “Mayra”, “Otto-Bok” firmaları tibbi reabilitasiya sahəsində
Azərbaycana yardım etmişdir [1, s.33]. Bundan başqa, almaniyalı diplomat
Manfred Kulessanın və Almaniya Kilsələr Birliyinin rəhbəri Hannelor Henslenin
təşəbbüsü ilə bu ölkədən Azərbaycan qaçqınları üçün tibbi ləvazimat və ərzaq
malları almaq üçün xeyli vəsait toplanaraq göndərilmişdir [1, s.19].
1994-cü ildə Almaniya hökumətinin yardımı ilə Sabirabaddakı 400 ailənin
(2000 nəfərin) yaşadığı “Şəhriyar” məcburi köçkün düşərgəsi bu ölkənin
mütəxəssisləri tərəfindən tikilmişdir [3]. Avropa sülh hərəkatının Almaniya bü-
rosunun prezidenti Viyedke Hansen və Hamburq bölməsinin rəisi Rozi Mundl
1994-cü ildə Azərbaycanda olarkən qaçqınların yaşadığı bölgələrdə olmuş,
Ermənistanın təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş
azərbaycanlıların ağır həyatını görmüş və videolentə almışdılar. Ölkələrinə qa-
yıtdıqdan sonra onlar Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi
Müharib Tağıyevin ünvanına 14.790 alman markası məbləğində 140 kq
həcmində yardım, müxtəlif dava-dərman, cərrahiyyə ləvazimatı və 2 tibb ça-
dırı göndərmişdilər [9]. 1994-cü ilin sonlarında Bonn şəhərində Əli Fərivarın
təşəbbüsü ilə Azərbaycana humanitar yardım cəmiyyəti təsis edilmişdir [19,
s.80].
1995-ci ildə AFR hökuməti Azərbaycanda qaçqınların problemlərinin
həll edilməsinə kömək məqsədilə 5 milyon alman markası həcmində huma-
nitar yardım ayırmışdır [31]. Azərbaycan rəhbərliyi alman rəsmiləri ilə bü-
tün görüşlərində qaçqınlara edilən yardıma görə Almaniya hökumətinin və
qeyri-hökumət təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirərək onlara
təşəkkürünü bildirmişdir [13].
1995-ci il dekabrın 4-də AFR-in Bakıdakı səfiri Mixael Şmunk Milli Məclis
sədrinin qəbulunda olarkən bildirmişdi ki, Almaniya hökuməti Azərbaycan
qaçqınları və yaralılarına humanitar yardım məqsədilə böyük məbləğdə yüksək
keyfiyyətli dərman preparatları göndərmişdir. Bu humanitar yardım Beynəlxalq
Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəsinin köməyi ilə çadırda yaşayan
qaçqınlara, ehtiyacı olan tibb müəssisələrinə paylanılmışdır [25]. Türk-Alman
Klubunun (1983-cü il) üzvlərinin şəxsi hesabına böyrək xəstəliyi üçün ümumi
dəyəri 400 min alman markası olan 10 ədəd dializ tibbi avadanlığı Azərbaycan
Səhiyyə Nazirliyinə göndərilmişdir [7]. Helsinki Vətəndaşlıq Aktı və İnsan Hü-
quqları Assambleyasının Azərbaycan şöbəsinə Almaniyanın Münhenqladbax
şəhərinin bir qrup sakini tərəfindən yardım barədə teleqram daxil olmuşdu.
Azərbaycan şöbəsinin təklifi ilə həmin şəhərin sakinləri Qarabağ qaçqınla-
Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL
125
rından olan 88 yetim uşağı öz evlərində yerləşdirərək himayə etmişdilər [6].
Bundan əlavə, Almaniyanın Fridensdorf International (Fİ) təşkilatı uşaqlara
tibbi yardım göstərmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazir-
liyi ilə 1995-ci ildə Saziş imzalamışdır [22]. Sazişə görə, Səhiyyə Nazirliyinin
müəyyənləşdirməsinə əsasən Azərbaycanda xəstəliyinin müalicəsi mümkün
olmayan uşaqların bütün müalicə xərcləri Fİ təşkilatı tərəfindən ödənilməklə
Almaniyada həyata keçiriləcəkdi.
Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən Almaniya-Azərbaycan Qa-
dınlar Birliyi Azərbaycandakı xəstəxanalara və uşaq evlərinə humanitar yardım
etmişdi. AFR-in Ştutqart şəhərində fəaliyyət göstərən “Öler Troy Hənd QMBH”
firması Bakı Dövlət Universitetinə texniki yardım məqsədilə 8 ədəd kompüter
vermişdir [8].
Texniki Əməkdaşlıq Proqramına müvafiq olaraq rəsmi Berlin ötən illər
ərzində qaçqın və məcburi köçkünlərin maddi ehtiyaclarının ödənilməsi
məqsədilə Azərbaycana 25 milyon markaya yaxın yardım ayırmışdır [27].
Azərbaycana hökumət səviyyəsində humanitar yardım göstərən ölkələr sıra-
sında Almaniya ön yerlərdən birini tutmuş, Bərdə, İmişli, Naftalan və Yaşmada
qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunmasında böyük işlər gör-
müşdür. TƏC Almaniya hökumətinin yardımı ilə Xızı rayonunun Yeni Yaşma
qəsəbəsində 362 şagirdin oxuduğu məktəb və qəsəbənin su təchizatı siste-
mini yenidən bərpa etmişdir. Rayon xəstəxanası və 12 məktəb təmir edilmiş,
fermerlərə toxum paylanılmışdır [11].
Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti Ağstafada Bələdiyyələrin
Əlaqələndirmə Şurasına kənd təsərrüfatı sahəsi üçün 32 min ton toxumluq
taxılın alınması, 1 saylı məktəbin təmiri və 13 kənddə su probleminin aradan
qaldırılması layihəsinə maliyyə və texniki dəstək göstərmişdir [26].
Almaniyanın Diakonie Katastrophenhilfe humanitar təşkilatı Tərtər rayo-
nunda əhalinin, eləcə də məcburi köçkünlərin içməli suya olan tələbatının
ödənilməsinə kömək məqsədilə subartezan quyularını bərpa etmişdir [2].
1996-cı ildə AFR-in Azərbaycana humanitar yardımının ümumi məbləği
2.494.208 alman markası olmuşdur. Həmin yardımlar Diakoni təşkilatı (512.600
alman markası), TƏC (85.658 alman markası), Help təşkilatı (1.446.350 alman
markası) və Alman Qızıl Xaç Cəmiyyəti (449.600 alman markası) vasitəsilə
göndərilmişdir [23].
1997-ci ildə humanitar yardımların həcmi iki dəfədən çox azalmış və cəmi 1
milyon alman markası təşkil etmişdir. Bu məbləğin hamısı Diakoni təşkilatının
yardım layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.
1998-ci ildə humanitar yardımların həcmi 1.569.500 alman markası təşkil et-
mişdir. Bu yardım Texniki Əməkdaşlıq Təşkilatının fövqəladə (299.500 alman mar-
kası) və inkişaf yardımlarından (1.270.000 alman markası) ibarət olmuşdur [23].
1999-cu ildə humanitar yardımların ümumi həcmi 2.793.225 alman mar-
kası olmuşdur. Bu, Dünya Ərzaq Proqramı vasitəsilə göstərilən ərzaq yardımı
Dostları ilə paylaş: |