STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
96
tənzimləyən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Res-
publikasının Qanunu; Elektron ticarətin təşkili və həyata keçirilməsinin hü-
quqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron
ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən
edən “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu;
● İnformasiyanın yığılması, işlənilməsi, saxlanılması, axtarışı və yayılması əsasında
informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnolo-
giyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olun-
ması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri
tənzimləyən və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını
müəyyən edən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanunu;
● Konstitusiya ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst,
maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik
hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını
müəyyənləşdirən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə
vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaradan “İnformasiya
əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu;
● Telekommunikasiya (elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, op-
tik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin
məsafəyə ötürülməsi və qəbul edilməsi) sahəsində fəaliyyətin hüquqi, iqti-
sadi, təşkilati əsaslarını müəyyənləşdirən və telekommunikasiya resurslarının
məqsədyönlü planlaşdırılmasını və ədalətli istifadə olunmasını tənzimləyən
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Ə) Elmi-texniki və institusional baza, davamlı maliyyə təminatı
Ölkədə internet iqtisadiyyatının inkişafına nail olmaq üçün ümumilikdə İKT
sahəsində elmi-tədqiqat və inkişaf mərkəzlərinin yaradılması, kadr potensialı-
nın artırılması, innovasiyaların stimullaşdırılması, rəqəmsal məhsullar istehsalı,
o cümlədən yeni internet texnologiyalarının iqtisadiyyata inteqrasiyası üzrə
fəaliyyətin dəstəklənməsi strateji hədəf kimi müəyyən edilmişdir. Qeyd olunan
hədəflərə çatmaq üçün Azərbaycanda Yüksək Texnologiyalar üzrə Tədqiqat və
İnkişaf Mərkəzi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu və informasiya texnologiyaları sahəsində ixtisaslı kadr
hazırlığını həyata keçirən İnformasiya Texnologiyaları Universitetinin bazasında
yeni “ADA” Universiteti yaradılmışdır.
Göründüyü kimi, internet iqtisadiyyatının formalaşdırılması istiqamətində
davamlı işlər aparılır. Belə ki, bu sahənin davamlı inkişafı dövlətin növbəti illərdə
həyata keçirəcəyi iqtisadi siyasətin mərkəzində dayanmış, elektron ödəniş
sistemləri infrastrukturunun təkmilləşdirilməsi və elektron ticarətin geniş tətbiqi
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
97
təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz
əksini tapmışdır. Bununla yanaşı, dövlət tərəfindən internet iqtisadiyyatının inki-
şafına xidmət edəcək aşağıdakı gələcək hədəflər də müəyyən edilmişdir:
● nağdsız ödənişlərin miqyasını genişləndirilmək, “Hökumət Ödəniş Portalı”na
dövlət qurumlarının inteqrasiyası istiqamətində
işləri davam etdirmək;
● regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırıl-
masını təşviq etmək, innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal
alması, nağdsız və elektron hesablaşmaların həcminin artırılması üçün sti-
mullaşdırma
tədbirlərini davam etdirmək;
● elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasını formalaşdır-
maq [18].
● şəbəkə infrastrukturunun inkişafı sahəsində 2017-ci ilin sonuna mobil
və stasionar şəbəkələr üzərində yüksək sürətli genişzolaqlı optik və sim-
siz şəbəkələrin qurulması və hər bir vətəndaş, iş və ev təsərrüfatının bu
şəbəkəyə çıxışını təmin etmək və inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq;
● rəqəmli iqtisadi sektorun inkişafında yüksək texnologiyalara əsaslanan
elektronika və nanoelektronika, kosmik peyklər və yeni informasiya texno-
logiyalarının tətbiqi ilə ixrac potensialının gücləndirilməsinə yönələn inno-
vativ və rəqabətədavamlı məhsul və xidmətlərin istehsalını
təmin etmək;
● regional və beynəlxalq səviyyədə informasiya və tranzit xidmətlərini
genişləndirmək, müvafiq təhlükəsizlik strukturları ilə birlikdə
kibertəhlükəsizliyi möhkəmləndirmək [19].
Nəticə
Aparılan təhlil və araşdırmalar onu göstərdi ki, əhatə olunduğumuz mühit
İKT-nin təsirləri ilə yeni müstəvidə formalaşır. İnternet çox sürətlə yayılaraq so-
sial, iqtisadi və mədəni fəaliyyətin təşkilində yeni effektlərlə xarakterizə olunur,
həyat tərzi və davranış üslublarının müasir formalarının meydana çıxmasına
səbəb olur, o cümlədən sivil cəmiyyət quruculuğuna təkan verir. Buna görə
də qabaqcıl dünya dövlətləri tərəfindən gələcək inkişaf istiqamətində qəbul
edilən proqramlarda internet amili diqqət mərkəzində dayanır. Bu səbəbdən
Azərbaycanın qlobal internet iqtisadiyyatına sürətli inteqrasiyası milli iqti-
sadiyyatımızın neft amilindən asılılığının azaldılması üçün müəyyən edilən
hədəflərdən biri olmalıdır. Göründüyü kimi, bu istiqamətdə davamlı işlər apa-
rılmış, internet iqtisadiyyatının infrastrukturu qurulmuşdur. Lakin buna baxma-
yaraq, hələ də Milli İnternet İqtisadiyyatı, o cümlədən elektron ticarət ümumi
iqtisadi fəaliyyətin təşkilində çox cüzi paya malikdir.
Bu boşluğun aradan qaldırılması üçün beynəlxalq təcrübə nəzərə alınmaq-
la (i) genişzolaqlı internetə çıxış imkanlarının daha da genişləndirilməsini,
(ii) elektron hökumətin kütləvi təbliğini, (iii) informasiya sistemlərinin və
şəbəkələrinin təhlükəsizliyinin artırılmasını, (iv) İKT sahəsində bilik, bacarıq