e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət
(yaralanma, travma, kontuziya) almış işçilərə — 14
təqvim gününədək;
ə)
insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin
sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşağı olan valideynlərə — 14 təqvim gününədək;
f)
doktoranturada, aspiranturada təhsil alan işçilərə —1 təqvim ayınadək;
g) ali
təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta
ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü;
ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi
zamanı müəllifə — 14 təqvim gününədək;
h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyi ilə 14
təqvim gününədək;
x) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə — 14 təqvim gününədək;
i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə — 7 təqvim gününədək.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki
komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində
göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir. (
16
,
44
,
47
,
48
,
57
,
58
)
İyirmi birinci fəsil. Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları
Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası
1. İşçinin birinci iş ili üçün
əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin
bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında
işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
3. İşçiyə işin ikinci və sonrakı illəri üçün əmək məzuniyyəti işəgötürənlə qarşılıqlı razılıqla müəyyən
edilən vaxtda verilə bilər.
4. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən
aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:
a) qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud
sonra;
b) on səkkiz yaşına çatmamış işçilərin;
c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;
ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
d) hərbi qulluqçu arvadının (ərinin);
e) təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi,
diplomun müdafiə edildiyi vaxtda;
ə) əlillərin.
5. Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı
olmayaraq əmək məzuniyyətləri, bir
qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir.
6. Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq
istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə
məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir. (
48
)
Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər
1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər
daxil edilir:
a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə
işçinin işdən ayrıldığı dövr;
b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa
edilən işçilərin məcburi işburaxma dövrü;
c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri
nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada
tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə
olduğu dövr.
2. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti,
habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət
məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. (
15
)
Maddə 133. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik
1. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını
təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik
cədvəlləri tərtib edilə bilər.
2. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin
rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.
3. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:
14 yaşınadək iki və daha çox uşağı olan və ya
sağlamlıq imkanları məhdud uşağı olan
qadınlara;
16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;
hərbi qulluqçunun arvadına (ərinə);
əlillərə;
müharibə veteranlarına;
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya
məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar
olmuş şəxslərə;
yaşı on səkkizdən aşağı olan işçilərə;
işləməklə yanaşı təhsil alan şəxslərə;
bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri
olan işçilərə.
4. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının
hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. (
44
,
48
)
Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası
1. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla
onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.
2. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə əmək məzuniyyətinin verilmə
növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti
təqvim ilinə keçirilməsi başa düşülməlidir.
3. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:
a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;
b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir
vaxta düşdükdə;
c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.
4. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin
istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və
işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.
5. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün
verilən əmək məzuniyyəti ilə birləşdirilə bilər.
Maddə135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi
qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili
(iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə
kompensasiya ödənilir. (
31
)
Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası
1. Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı
maddələrlə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
2. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox
əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə
məzuniyyət birləşdirilir.(
14
)
Maddə 137. Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası