Biologiya İxtisas: Biologiya Kafedra: Moleykulyar biologiya və biotexnologiyalar



Yüklə 46,04 Kb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü46,04 Kb.
#81572
  1   2   3   4
Mikroorqanizmlər
Mikroorqanizmlər

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Fakültə: Biologiya

İxtisas: Biologiya

Kafedra: Moleykulyar biologiya və biotexnologiyalar

IV kurs 129 A tələbəsi Mirzəzadə Şəbnəmin

Canlı mikroorqanizmlərin təbiətdə yayılması və əhəmiyyəti”

mövzusunda

KURS İŞİ

Təhvil verildi: ___________

Müdafiə tarixi: __________

Qiymət: ___________

Kafedra müdiri: prof. Z.M. Məmmədov
Elmi rəhbər: Süleymanova G.Ç.
BAKI-2021

PLAN:

GİRİŞ


1. Mikroorqanizmlərin inkişaf mərhələləri və kinetikası

2. Mikroorqanizmlərin təbiətdə yayılması

NƏTİCƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI




GİRİŞ

Digər canlılar kimi, mikroorqanizmlərin də inkişafı və həyat fəaliyyəti yaşadığı xarici mühit amilləri ilə sıx surətdə əlaqədardır1. Mühit şəraiti əlverişli olduqda, onların inkişafı intensivləşir. Qeyri-əlverişli şərait yarandıqda isə ya hüceyrə inkişafdan qalır, ya da hüceyrə tamamilə tələf olur. Bəziləri isə əlverişsiz şəraitə düşdükdə spor, bəziləri isə kapsula əmələ gətirirlər. Mikroorqanizmlərə təsir göstərə bilən xarici mühit amillərini üç qrupa bölmək olar: fiziki, kimyəvi və bioloji amillər.

Mikroorqanizmlərin bizim planetin həyatında da böyük əhəmiyyəti vardır. Onlar təbiətdə müxtəlif maddələrin çevrilməsində fəal iştirak edirlər. Daş kömürün, neftin, bəzi filizlərin əmələ gəlməsi onların həyat fəaliyyəti iləəlaqədardır.

Torpağın, onun strukturunun əmələ gəlməsində və məhsuldarlığında mikroorqanizmlərin rolu əvəzsizdir. Mikroorqanizmlərdən sənayedə üzvi turşuların (süd, yağ, limon), asetonun, butil və etil spirtinin, vitaminlərin, amin turşuların, ferment preparatların və antibiotiklərin istehsalında istifadə edilir. Bir çox mikroorqanizmlər qədimdən yeyinti və yüngül sənaye sahələrində, həmçinin ev təsərrüfatında tətbiq olunurlar. Mayalardan turş süd məhsulları hazırlanmasında istifadə edilir. Onlar pendirin yetişməsi prosesində, meyvə və tərəvəzlərin turşudulmasında iştirak edirlər.

Mikroorqanizmlər tədqiqatçıların diqqətini qida zülalının potensial istehsalçısı kimi də cəlb edirlər (mayalar, sianobakteriyalar).

Mikroorqanizmlər sürətlə çoxaldıqlarına və sadə quruluşlu olduqlarına görə irsiyyət və dəyişkənliyin öyrənilməsində onlardan bir model kimi istifadə edilir. Lakin qeyd etmək lazımdır ki, təbiətdə xeyirli mikroorqanizmlərlə bərabər, insan, bitki və heyvanlarda xəstəlik törədən, qida məhsullarını xarab edənlərə də təsadüf edilir. Bunlar patogen mikroorqanizmlər adlanırlar. Bunların bir qismi keçmişdə insanların kütləvi qırılmasına – epidemiyalara (taun, vəba, çiçək, malyariya və s.) səbəb olmuşdur.

Mikroorqanizmlərin xüsusiyyətlərini bilməklə məhsulların daşınması və saxlanması zamanı onların inkişafının qarşısını almaq istiqamətində əvvəlcədən müvafiq tədbirlər həyata keçirmək mümkündür. Beləliklə, mikrobiologiya ərzaq məhsullarının əmtəəşünaslığı və qida məhsullarının istehsal texnologiyası ilə də sıx surətdə əlaqədardır.

Müasir mikrobiologiyanın qarşısında duran vəzifələr o qədər müxtəlif və spesifikdir ki, ondan xüsusi fənlər – tibbi, baytarlıq, texniki, geoloji, kosmik və s. mikrobiologiya sahələri ayrılmışdır. Texniki mikrobiologiyanın əsas vəzifəsi müxtəlif istehsalat proseslərində istifadə olunan faydalı mikroorqanizmlərin rolu və əhəmiyyəti, eləcə də onların zərərli nümayəndələrinin inkişafına və həyat fəaliyyətinə təsir yollarının öyrənməsindən ibarətdir. Mikroorqanizmlərin bizim planetin həyatında da böyük əhəmiyyəti vardır. Onlar təbiətdə müxtəlif maddələrin çevrilməsində fəal iştirak edirlər. Daş kömürün, neftin, bəzi filizlərin əmələ gəlməsi onların həyat fəaliyyəti iləəlaqədardır.

Torpağın, onun strukturunun əmələ gəlməsində və məhsuldarlığında mikroorqanizmlərin rolu əvəzsizdir. Mikroorqanizmlərdən sənayedə üzvi turşuların (süd, yağ, limon), asetonun, butil və etil spirtinin, vitaminlərin, amin turşuların, ferment preparatların və antibiotiklərin istehsalında istifadə edilir. Bir çox mikroorqanizmlər qədimdən yeyinti və yüngül sənaye sahələrində, həmçinin ev təsərrüfatında tətbiq olunurlar. Mayalardan turş süd məhsulları hazırlanmasında istifadə edilir. Onlar pendirin yetişməsi prosesində, meyvə və tərəvəzlərin turşudulmasında iştirak edirlər.

Mikroorqanizmlər tədqiqatçıların diqqətini qida zülalının potensial istehsalçısı kimi də cəlb edirlər (mayalar, sianobakteriyalar).

Mikroorqanizmlər sürətlə çoxaldıqlarına və sadə quruluşlu olduqlarına görə irsiyyət və dəyişkənliyin öyrənilməsində onlardan bir model kimi istifadə edilir. Lakin qeyd etmək lazımdır ki, təbiətdə xeyirli mikroorqanizmlərlə bərabər, insan, bitki və heyvanlarda xəstəlik törədən, qida məhsullarını xarab edənlərə də təsadüf edilir. Bunlar patogen mikroorqanizmlər adlanırlar. Bunların bir qismi keçmişdə insanların kütləvi qırılmasına – epidemiyalara (taun, vəba, çiçək, malyariya və s.) səbəb olmuşdur.

Mikroorqanizmlərin xüsusiyyətlərini bilməklə məhsulların daşınması və saxlanması zamanı onların inkişafının qarşısını almaq istiqamətində əvvəlcədən müvafiq tədbirlər həyata keçirmək mümkündür. Beləliklə, mikrobiologiya ərzaq məhsullarının əmtəəşünaslığı və qida məhsullarının istehsal texnologiyası ilə də sıx surətdə əlaqədardır.

Müasir mikrobiologiyanın qarşısında duran vəzifələr o qədər müxtəlif və spesifikdir ki, ondan xüsusi fənlər – tibbi, baytarlıq, texniki, geoloji, kosmik və s. mikrobiologiya sahələri ayrılmışdır. Texniki mikrobiologiyanın əsas vəzifəsi müxtəlif istehsalat proseslərində istifadə olunan faydalı mikroorqanizmlərin rolu və əhəmiyyəti, eləcə də onların zərərli nümayəndələrinin inkişafına və həyat fəaliyyətinə təsir yollarının öyrənməsindən ibarətdir.




  1. Yüklə 46,04 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə