Maddə 1077. Səhm anlayışı və onun məzmunu
1077.1. Səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi
buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər,
ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin
idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin
emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.
lix[456]
1077.2. Səhm adi və ya imtiyazlı növündə buraxıla bilər. Səhmin nominal dəyəri
səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir.
Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur.
Səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.
lx[457]
1077.3. Adi səhmlərin hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə
eyni həcmdə hüquqlar verir.
lxi[458]
1077.4. İmtiyazlı səhmlərin bir buraxılışı daxilində hər biri eyni nominal dəyərli
olmaqla onun
mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir.
1077.5. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər
şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin
ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm
növüdür.
1077.6. İmtiyazlı səhm emitentin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı
olmayaraq, mülkiyyətçisinə , bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi
şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının
bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə
səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər
hüquqlar verən səhm növüdür.
lxii[459]
1077.7. Səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarına
əsasən cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirə bilər və bir səhmi bir
neçə həmin növ səhmə dəyişdirilmə yolu ilə xırdalaya bilər. Ümumi yığıncaqda
səhmlərin birləşdirilməsi və ya xırdalanması haqqında qərar qəbul edildikdə, səhmdar
cəmiyyətinin nizamnaməsində də müvafiq dəyişikliklər edilməlidir. Səhmdar
cəmiyyətinin səhmlərinin birləşdirilməsi və xırdalanması qaydaları qiymətli kağızlar
bazarmı tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
lxiii[460]