1076-1.2. Təmin edilmiş istiqrazlar üzrə hüquqların keçməsi ilə təminat üzrə
hüquqlar da keçmiş hesab olunur. İstiqrazlar üzrə hüquqların keçməsi ilə müşayiət
olunmayan təminat üzrə hüquqların keçməsi etibarsızdır.
1076-1.3. Təmin edilmiş istiqrazlar üzrə təminat haqqında məlumat istiqrazların
emissiyası haqqında qərarda və emissiya prospektində əks etdirilməlidir.
1076-1.4. Təmin edilmiş istiqrazlar üzrə təminat üçüncü şəxs tərəfindən təqdim
edildikdə həmin şəxs istiqrazların emissiyası haqqında qərarı imzalamalıdır. Təminatı
təqdim etmiş şəxs hüquqi şəxs olduqda istiqrazların emissiyası haqqında qərar həmin
hüquqi şəxsin təkbaşına icra orqanı və ya kollegial icra orqanının bütün üzvləri tərəfindən
imzalanır və möhürlə təsdiq edilir.
xlvii[444]
1076-1.5. Təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri istiqrazların ümumi
nominal dəyərindən və ödəniləcək olan faizlərdən (olduqda) aşağı olmamalıdır.
1076-1.6. Təmin edilmiş istiqrazlar üzrə, emitent öhdəliklərini istənilən səbəbdən,
o cümlədən müflisləşmə nəticəsində icra etmədiyi halda investorlar təminatın
predmetini həmin emitentin digər kreditorlarına nisbətən üstün qaydada əldə etmək
hüququna malikdirlər.
xlviii[445]
Maddə 1076-2. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı
xlix[446]
1076-2.1. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı həmin təminatın
qanunvericiliyin və emissiya prospektinin tələblərinə cavab verməsinə nəzarət məqsədi ilə
istiqrazların mülkiyyətçilərinin xeyrinə öz adından təminatı girov saxlayan qismində çıxış edən
investisiya şirkəti, mərkəzi depozitar və ya bankdır. Emitentlə sərəncamçı arasında qarşılıqlı
asılılıq olmamalıdır.
1076-2.2. Sərəncamçı emitentin istiqrazların emissiyası haqqında qəbul olunmuş qərarında
müəyyənləşdirilir və emitentlə bağlanılmış müqavilə əsasında fəaliyyət göstərir.
1076-2.3. Sərəncamçı qanunvericiliyin və emissiya prospektinin tələblərinə uyğun
olmayan hərəkət və ya hərəkətsizliyə yol verdikdə və ya bu Məcəllədə sərəncamçıya dair müəyyən
edilmiş tələblərə cavab vermədikdə, emitent müvafiq icra hakimiyyəti orqanının tələbi ilə
sərəncamçını digər şəxslə əvəz etməlidir.
1076-2.4. Sərəncamçı öz hüquq və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya
hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin
və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.
Maddə 1076-3. Girovla təmin edilmiş istiqrazlar
1076-3.1. Girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti investisiya qiymətli
kağızları, daşınmaz əmlak sertifikatları, daşınmaz və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ
qeydə alınan daşınar əşyalar, habelə bu Məcəllənin 1076-6-cı maddəsi ilə müəyyən edilmiş
ipoteka örtüyü ola bilər.
l[447]
1076-3.2. Girovla təmin edilmiş istiqrazların bir buraxılışının daxilində hər bir
istiqraz
mülkiyyətçisi girov qoyulmuş əmlaka münasibətdə həmin buraxılışda olan digər
istiqrazların bütün başqa mülkiyyətçiləri ilə bərabər hüquqlara malikdir.
li[448]
1076-3.3. Girovla təmin edilmiş istiqrazlar üzrə əmlakın girov qoyulması
qanunvericilikdə girov üçün nəzərdə tutulmuş prosedurlara müvafiq surətdə həyata
keçirilir.
1076-3.4. Girovla təmin edilmiş istiqrazlar üzrə girovun predmeti olan qiymətli
kağızlar qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq surətdə depozitarda
deponentləşdirilərək öhdəliklərlə yüklənməlidir.
lii[449]
1076-3.5. Girovla təmin edilmiş istiqrazlar dövlət qeydiyyatına alınmazdan əvvəl girovun
predmeti olan qiymətli kağızlar (adsız qiymətli kağızlar daxil olmaqla) “Qiymətli kağızlar bazarı
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə depozitar sistemində
deponentləşdirilərək onların girovu qeydiyyata alınır.
liii[450]
1076-3.6. Girov predmetini təşkil edən qiymətli kağızlar üzrə hüquqlar
məhdudlaşdırıldıqdan sonra, girov qoyan sərəncamçıya bu barədə rəsmi məlumat
verir.
liv[451]
1076-3.7. Girovla təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra
edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, girov predmeti olan
əmlaka bu
istiqrazların hər hansı mülkiyyətçisinin sərəncamçıya ünvanlanmış yazılı tələbi ilə,
sərəncamçı tərəfindən qanunvericiliyə müvafiq surətdə tutma yönəldilə bilər.
Sərəncamçı istiqraz mülkiyyətçisinin yazılı tələbində qeyd olunmuş istiqrazlar üzrə
öhdəliklərin emitent tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi
faktlarını araşdırır və yalnız bu faktlar təsdiq olunduqda girov predmetinə tutma
yönəldir.
lv[452]
1076-3.8. Girov qoyulmuş əmlakın satılmasından əldə edilmiş vəsait girovla təmin
edilmiş istiqrazların
mülkiyyətçiləri olan şəxslərə verilir. Girov qoyulmuş əmlakın
satılmasından əldə edilmiş vəsaitin məbləği istiqrazlar üzrə icra edilməmiş öhdəliklərin
məbləğindən çox olduqda, bu fərq öhdəliklər tam şəkildə ödənildikdən sonra emitentə
qaytarılır.
lvi[453]