Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

ödənişlər  üçün  əhəmiyyətli  təhlükə  yarada  bilən  pozuntular  barədə  Azərbaycan  dilində  və 

emissiya prospektinin dərc olunduğu digər dillərdə tərtib olunmuş bildirişi pozuntuların aradan 

qaldırılması  üçün  müəyyən  edilmiş  müddətin  bitməsindən  beş  iş  günündən  gec  olmayaraq 

emissiya prospektinin dərc olunduğu kütləvi informasiya vasitəsində (həmin kütləvi informasiya 

vasitəsi fəaliyyət göstərmədikdə başqa kütləvi informasiya vasitəsində) açıqlamalı və müvafiq icra 

hakimiyyəti orqanına təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı bildirişi aldığı gündən 

üç  iş  günü müddətində onu Azərbaycan dilində və emissiya prospektinin dərc olunduğu digər 

dillərdə öz internet səhifəsində yerləşdirməlidir. 

1076-11.5. Sərəncamçı istənilən vaxt ipoteka istiqrazları üzrə ödənişlər barədə emitentdən 

məlumat  tələb  etmək  və  emitentin  müvafiq  sənədlərini  nəzərdən  keçirmək  hüququna  malikdir. 

Emitent  sərəncamçının  tələb  etdiyi  məlumat  və  sənədləri  müraciəti  aldığı  tarixdən  üç  iş 

günündən gec olmayaraq təqdim etməlidir. Emitent müraciətə cavab vermədikdə və ya tam cavab 

vermədikdə  sərəncamçı  bu  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına  dərhal  yazılı  məlumat 

verməlidir. 

1076-11.6. Sərəncamçı istiqraz mülkiyyətçilərinin müdafiəsi məqsədilə ipoteka örtüyü üzrə 

bu  Məcəllə  və  “Qiymətli  kağızlar  bazarı  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə 

müəyyən edilmiş hüquq və vəzifələri həyata keçirir. 

  

Maddə 1076-12. İpoteka örtüyünə daxil olan aktivlərin uçotu və girovu 

  

1076-12.1.  Aktivlər  ipoteka  örtüyünə  daxil  edildiyi  andan  onların  uçotu  emitentin  digər 

aktivlərindən  ayrı  aparılır.  İpoteka  örtüyünə  daxil  olan  aktivlər  üzərinə  istiqraz 

mülkiyyətçilərindən başqa digər kreditorların tələblərinin ödənilməsi üçün həbs qoyula bilməz və 

həmin aktivlər üzrə tələb yönəldilə bilməz. 

1076-12.2.  Bu  Məcəlləyə  uyğun  olaraq  ipoteka  örtüyünə  daxil  olan  aktivlər  ipoteka 

istiqrazlarının  emissiya  prospektinin  dövlət  qeydiyyatı  anından  qanun  üzrə  istiqraz 

mülkiyyətçilərinin xeyrinə girov qoyulmuş hesab edilir. Qanun üzrə girov sonrakı dəyişikliklərə 

görə  ipoteka  örtüyünə  daxil  olan  aktivlərə  sərəncamçının  bu  Məcəllənin  1076-10.5-ci  və  1076-

10.6-cı maddələrinə uyğun olaraq belə dəyişikliklərə yazılı icazə verdiyi andan şamil olunur. 

1076-12.3.  İstiqrazların  mülkiyyətçiləri  eyni  ipoteka  örtüyünə  daxil  olan  aktivlərin 

hesabına ipoteka istiqrazları üzrə ödənilən nominal dəyər və faizlərə münasibətdə emitentin digər 

kreditorlarına  nisbətən  bərabər  qaydada  üstünlük  hüququna  malikdirlər.  İstiqraz 

mülkiyyətçilərinin üstünlük hüququ ipoteka örtüyünə daxil olan bütün aktivlərə (əsas və əlavə), 

o cümlədən həmin aktivlərdən əldə edilən gəlirə eyni dərəcədə aiddir. 

1076-12.4.  İstiqraz  mülkiyyətçiləri  emitentin  digər  ipoteka  örtüyünün  reyestri  ilə  təmin 

edilmiş  istiqraz  mülkiyyətçilərinin  tələbləri  tam  ödənildikdən  sonra  bu  reyestrə  daxil  edilmiş 


aktivlərin  qalıq  hissəsi  üzərində  emitentin  digər  kreditorlarına  nisbətən  bərabər  qaydada 

üstünlük hüququna malikdirlər. 

1076-12.5.  İpoteka  örtüyü  hesabına  tələbləri  tam  ödənilməmiş  istiqraz  mülkiyyətçiləri 

emitentin  ipoteka  örtüyünə  daxil  edilməyən  aktivlərinə  münasibətdə  emitentin  digər  təmin 

edilməmiş öhdəlikləri üzrə kreditorları ilə bərabər hüquqlara malikdirlər. 

  

Maddə  1076-13.  İpoteka  istiqrazlarının  emitentinin  müflisləşməsi,  məcburi  ləğvi 

və öhdəliklərini yerinə yetirməməsi 

  

1076-13.1.  Emitent  müflis  elan  edildikdə  və  ya  məcburi  qaydada  ləğv  edildikdə  ipoteka 

örtüyünə  daxil  olan  aktivlərin  heç  biri  ipoteka  istiqrazları  mülkiyyətçilərinin  tələbləri  tam 

ödənilənədək emitentin digər kreditorları arasında bölüşdürülə bilməz. 

1076-13.2. Emitent müflis elan edildikdə, məcburi ləğv edildikdə, öhdəliklərin icra edilməsi 

ilə  bağlı  emissiya  prospektinin  hər  hansı  bir  şərtini  yerinə  yetirmədikdə  və  ya  bu  Məcəllə  ilə 

müəyyən edilmiş öhdəliklərini davamlı olaraq pozduqda (bundan sonra bu maddənin məqsədləri 

üçün  - öhdəliklərin yerinə yetirməməsi) istiqraz mülkiyyətçiləri öz istiqrazları üzrə ödənişlərin 

vaxtından  əvvəl  həyata  keçirilməsini  tələb  edə  bilməzlər.  Bu  halda  istiqraz  mülkiyyətçiləri 

ipoteka örtüyünə daxil olan aktivlərin satılması və onunla bağlı həyata keçirilən digər tədbirlərlə 

əlaqədar bu maddənin tələblərinə əməl etməlidirlər. 

1076-13.3. Emitent müflis elan edildikdə, məcburi ləğv edildikdə və ya öhdəliklərini yerinə 

yetirmədikdə  sərəncamçı  müflis  elan  edilmə,  məcburi  ləğv  edilmə  və  ya  öhdəlikləri  yerinə 

yetirməmə  faktlarını  təsdiqləyən  məlumatı  və  mövcud  sənədləri  əlavə  etməklə  müvafiq  icra 

hakimiyyəti  orqanına  yazılı  məlumat  verməlidir.  Belə  məlumat  müvafiq  icra  hakimiyyəti 

orqanına istənilən istiqraz mülkiyyətçisi tərəfindən də verilə bilər. 

1076-13.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bu  Məcəllənin  1076-13.3-cü  maddəsində 

göstərilən  məlumatı  aldığı  gündən  beş  iş  günü  ərzində  həmin  məlumata  baxmalı  və  emitentin 

müflis olması, məcburi ləğv edilməsi və ya öhdəliklərini yerinə yetirməməsi faktı təsdiq olunduğu 

halda ipoteka örtüyünə daxil olan aktivlərin sərəncamçının nəzarətinə verilməsi haqqında qərar 

qəbul etməli və bu qərarı bir iş günü ərzində sərəncamçıya və emitentə çatdırmalıdır. 

1076-13.5.  Bu  Məcəllənin  1076-13.4-cü  maddəsində  göstərilən  qərar  sərəncamçıya  və 

emitentə çatdırıldığı gündən ipoteka örtüyünə daxil edilmiş aktivlərdən daxil olan gəlir ipoteka 

örtüyünə daxil olan aktivlərin tərkibinə əlavə edilir və bu andan qanun üzrə ipoteka istiqrazları 

mülkiyyətçilərinin  xeyrinə  girov  qoyulmuş  hesab  olunur.  Bu  zaman  sərəncamçı  ipoteka 

örtüyündən  əldə  edilən  gəlirin  sahibliyə  götürülməsi,  saxlanması  və  toplanması  üçün  müvafiq 

tədbirləri görməlidir. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə