Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə25/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

sübutlarla  tanış  olmağa,  maddi  sübutları  müayinə  etməyə, səs  yazılarına  qulaq  asmağa, 
videoyazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. 
175.2.  Zəruri  hallarda  iş  üzrə  sübutların  tədqiqi  zamanı  məhkəmə  mütəxəssisin  məsləhəti 
və şərhini dinləyir. 
175.3. İşə şifahi və hakimlərin dəyişilməz tərkibində baxılır. 
M a d d  ə  1 7 6 .  Məhkəmə iclasında qayda 
176.1. Məhkəmə (hakim) iclas zalına daxil olduqda məhkəmə iclası katibi «məhkəmə gəlir» 
elan edir və məhkəmə iclasında iştirak edənlərin hamısı ayağa qalxır. İclas zalında olan bütün 
şəxslər məhkəmə  qətnaməsini  və  ya  iş  qətnamə  çıxarılmadan  qurtardıqda  məhkəmə 
qərardadlarını ayaq üstə duraraq dinləyirlər. 
176.2.  Prosesdə  iştirak  edən  şəxslər  hakimə  «möhtərəm  hakim»  sözləri  ilə  müraciət  edir, 
ifadə  və  izahat  verərkən  ayaq  üstə  dayanırlar.  Bu  qaydadan  kənara  çıxmağa  yalnız  hakimin 
icazəsi ilə yol verilə bilər. 
176.3.  İşə  məhkəmənin  normal  işləməsini  və  proses  iştirakçılarının  təhlükəsizliyini  təmin 
edən şəraitdə baxılır. 
Bu şəraitin təmin edilməsi üçün zəruri hallarda işə məhkəmə nəzarətçiləri cəlb edilir. 
176.4.  Məhkəmə  iclası  başlanandan  sonra  sədrlik  edənin  razılığı  olmadan  məhkəmə  iclası 
zalına daxil olmaq və oradan çıxmaq olmaz. 
176.5. İşdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası 
zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada , həmçinin məhkəmənin 
icazəsi  ilə  kompyuterdən  istifadə  etməklə  istifadə  etməklə  qeydə  almaq  hüququ  vardır. 
Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino 
və  fotoçəkilişə,  videoyazıya,  canlı  yayıma  (o  cümlədən,  mobil  rabitə  vasitələri  ilə) işdə  iştirak 
edən  şəxslərin  rəyi  nəzərə  alınmaqla  məhkəmənin  icazəsi  ilə  yol  verilir.  Göstərilən hərəkətlər 
məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər. 
79 
176.6.  İşdə  iştirak  edən  şəxslər,  prosesin  digər iştirakçıları  və  məhkəmə  iclası  zalında  olan 
bütün şəxslər sədrlik edənin müəyyən etdiyi qaydaya və tapşırıqlara riayət etməyə borcludur. 
M a d d  ə  1 7 7 .  Məhkəmə iclasında qaydanı pozan şəxslər haqqında görülən tədbirlər 
177.1.  Məhkəmə  iclasına  vaxtında  gəlməyən və  yaxud  məhkəmə  iclasında  qaydanı  pozan 
şəxslərə sədrlik edən məhkəmənin adından xəbərdarlıq edir. 
177.2.  Qaydanı  təkrar  pozan  şəxs  sədrlik  edənin  qərardadı  ilə  məhkəmə  iclası  zalından 
çıxarılır. 
177.3.  Sədrlik  edən məhkəmə  iclasında  qaydanı  kobud  surətdə  pozan  və  ya  məhkəməyə 
açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları əlli beş manatadək 
cərimə etməyə və yaxud 3 saatdan 24 saata kimi tutmağa haqlıdır.
80 
177.4.  Məhkəmə  iclasında  qaydanı  pozan  şəxsin  əməlində  cinayət tərkibi  olarsa,  hakim 
onun barəsində cinayət işi başlamaq üçün materialları müvafiq orqanlara göndərir. 
177.5.  Məhkəmə  iclasında  olan  şəxslər tərəfindən  qaydalar  kütləvi  şəkildə  pozulduqda, 
hakim işdə iştirak etməyən bütün şəxsləri məhkəmə iclası zalından çıxara bilər. 
177.6.  İşdə  iştirak  edən  şəxs  tərəfindən  qaydalar  təkrar  pozulduqda,  onlar  məhkəmənin 
qərardadı  ilə  məhkəmə  baxışının  bütün  müddətində  və  yaxud  bir  hissəsində  məhkəmə  iclası 
zalından  çıxarıla  bilər.  Yenidən məhkəmə  iclası  zalına  buraxılan  şəxs  onun  iştirakı  olmadan 
həyata keçirilən prosessual hərəkətlərlə tanış ola bilər. 


M a d d  ə  1 7 8 .  Məhkəmə iclasının açılması 
İşə  baxılması  üçün  təyin  olunmuş  vaxtda  hakim  məhkəmə  iclasını  açır  və  məhkəmənin 
hansı işə baxmalı olduğunu elan edir. 
M a d d  ə  1 7 9 .  Məhkəmə prosesi iştirakçılarının gəlməsini yoxlama 
179.1. Məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə 
məhkəmə  bildirişlərinin  verilib‐verilmədiyini  və  onların  gəlməmələrinin  səbəbləri  barədə  nə 
kimi məlumatlar olduğunu məhkəməyə məruzə edir. 
81 
179.2. Sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin 
və nümayəndələrin səlahiyyətlərini yoxlayır. 
M a d d  ə  1 8 0 .  Tərcüməçiyə onun vəzifələrinin izah edilməsi 
180.1.  Sədrlik  edən məhkəmə  icraatının  aparıldığı  dili  bilməyən  şəxslərin  izahatlarını, 
ifadələrini,  vəsatətlərini  tərcümə  etmək,  həmin  şəxslərə  isə  işdə  iştirak  edən  şəxslərin  və 
şahidlərin  ifadələrini,  izahatlarını,  vəsatətlərini,  işdə  olan  və  elan  edilən sənədlərin, 
səsyazmaların,  ekspert  rəylərinin,  mütəxəssis  məsləhətlərinin  məzmununu,  habelə  sədrlik 
edənin sərəncamlarını, məhkəmə qərardad və qətnamələrini tərcümə etmək vəzifəsini ona izah 
edir. 
180.2.  Sədrlik  edən tərcüməçiyə,  bilə‐bilə  düzgün  edilməyən tərcüməyə  görə  cinayət 
məsuliyyəti  barədə  xəbərdarlıq  edir,  bu  barədə  tərcüməçinin  iltizamı  məhkəmə  iclasının 
protokoluna əlavə edilir. 
180.3.  Tərcüməçi  məhkəməyə  gəlməkdən və  ya  öz  vəzifəsini  icra  etməkdən  boyun 
qaçırdıqda, ona yüz on manatadək cərimə tətbiq edilə bilər.
82 
180.4. Bu maddənin qaydaları kar və lalların işarələrini izah edən (surdotərcüməçi) şəxslərə 
də aiddir. 
M a d d  ə  1 8 1 .  Şahidlərin məhkəmə iclası zalından çıxarılması 
Gəlmiş  şahidlər məhkəmə  iclası  zalında  xüsusi  ayrılmış  otağa  çıxarılırlar.  Sədrlik  edən 
dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə əlaqə saxlamaması üçün tədbirlər görür. 
M a d d  ə  1 8 2 .   Məhkəmə  tərkibinin  elan  olunması  və  etiraz  etmək  hüququnun  izah 
edilməsi 
182.1.  Sədrlik  edən məhkəmə  tərkibini  elan  edir,  kimin  ekspert,  mütəxəssis,  tərcüməçi, 
məhkəmə  iclası  katibi  kimi  iştirak  etdiyini  bildirir  və  işdə  iştirak  edən  şəxslərin  onlara  etiraz 
etmək hüququnu izah edir. 
182.2. Etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. 
Etiraz  etməyin  səbəbləri  prosesin  hazırlıq  mərhələsində  deyil,  müstəqil  olaraq  məhkəmə 
iclasında göstərilir. 
182.3.  Etiraz  üçün  əsaslar,  edilən  etirazın  həlli  qaydası  və  bu  cür  etirazın  təmin  edilmə 
nəticələri bu Məcəllənin 19—23‐cü maddələri ilə müəyyən olunur. 
M a d d  ə  1 8 3 .  İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah olunması 
Sədrlik edən, işdə iştirak  edən şəxslərə  onların  prosessual hüquq  və  vəzifələrini izah  edir, 
habelə tərəflərə, mübahisəni həll etmək üçün  onların  münsiflər məhkəməsinə müraciət  etmək 
hüquqlarını və bu cür hərəkətin nəticələrini izah edir. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə