2
Vətəndaşların dövlətin idarə olun-
masında fəal iştirakını təmin etmək
üçün mükəmməl qanunvericilik ba-
zası mövcuddur. Seçki Məcəlləsi Av-
ropa təcrübəsinə uyğundur və onun
daha mükəmməl olması üçün ardıcıl
müzakirələr aparılır, ona əlavə və
dəyişikliklər edilir. İndiyədək Seçki
Məcəlləsində edilmiş bir sıra dəyişik -
liklər beynəlxalq ekspertlər tərəfindən
yüksək dəyərləndirilib. Onlar birmə-
nalı şəkildə bildiriblər ki, Azərbay-
canda seçkilərin demokratik keçiril-
məsi, demokratik prinsiplərin möh-
kəmlənməsi dövlətin marağındadır.
Bu, fakdır ki, ölkəmizdə bütün
sahələrdə sosial-iqtisadi və hüquqi
islahatlar keyfiyyətlə aparılır. Qeyd
etdiyimiz kimi, bunun üçün mü-
kəmməl Konstitusiyamız, mövcud
qanunvericilik bazamız, dövlətin və
xalqın birgə iradəsi var.
Azərbaycan Respublikasının
Konstitusiyasına görə, dövlətin idarə
olunması demokratik ölkələrdə qəbul
olunmuş prinsiplərə tam cavab verir.
Yəni ölkədə dövlət hakimiyyətləri
hakimiyyətlərin bölünməsi prinsipinə
əsaslanır. Qanunvericilik hakimiy-
yətini Milli Məclis həyata keçirir.
İcra hakimiyyəti Prezidentə məx-
susdur, məhkəmə hakimiyyətini isə
məhkəmələr həyata keçirirlər. Amma
idarəçilik formasına görə, ölkəmiz
prezidentli respublika olduğundan
Konstitusiya ilə Prezident çox geniş
səlahiyyətlərə malikdir. Prezident
dövlətin başçısıdır, Silahlı Qüvvələrin
Ali Baş Komandanıdır, istər ölkə
daxilində, istərsə xarici münasibət-
lərdə dövləti təmsil edir, dövlətin
müstəqilliyinin, ərazi bütövlüyünün,
vətəndaşların hüquqlarının təminat-
çısıdır. Bütün bunlar Əsas Qanunu-
muzun 109-cu maddəsində aydın
və birmənalı şəkildə təsbit olunub.
Məhz bunlara görə ölkəmizdə
prezident seçkiləri həmişə ciddi
kampaniyaya çevrilir. Hər bir dövlət
orqanı, ayrı-ayrı siyasi partiyalar,
qurumlar, bütövlükdə, xalqımız, o
cümlədən beynəlxalq təşkilatlar da
prezident seçkilərinin son dərəcə
yüksək səviyyədə, demokratik, şəffaf,
seçicilərin iradəsinə tam uyğun ke-
çirilməsi üçün səy göstərirlər.
Azərbaycan Respublikası Prezi-
denti seçkilərinin əsasları Konstitu-
siyanın 100-102-ci maddələrində təs-
bit olunub. Prezident seçkilərinin ha-
zırlanıb keçirilməsi, səsvermənin nə-
ticələrinin və yekunlarının müəyyən
edilməsi Seçki Məcəlləsi ilə qanun-
vericiliyə uyğun həyata keçirilir. Mə-
cəlləyə uyğun olaraq, seçki komis-
siyaları vətəndaşların seçki hüquq-
larının həyata keçirilməsini və mü-
dafiəsini təmin edir, həmin hüquqlara
riayət olunmasına nəzarət edir. Seçki
komissiyaları sərbəst və müstəqil-
dirlər, nə dövlət hakimiyyət orqan-
larından, nə bələdiyyə qurumlarından,
nə də hansısa fiziki və ya hüquqi
şəxsdən asılı deyillər. Sadaladığımız
bu qurumların seçki komissiyalarının
fəaliyyətinə müdaxilə etməsi mövcud
qanunvericiliklə tam qadağandır.
Prezident seçkilərində hər bir na-
mizədə, onun nümayəndəsinə na-
mizədin təbliğ olunması üçün eyni
cür şərait yaradılır. Təşviqat materi-
alları tam bərabər səviyyədə yerləş-
dirilir. Seçicilər üçün də ideal şərait
yaradılıb. Əvvəllər seçici adının si-
yahıda olmadığı halda bu hüququnu
məhkəmə yolu ilə bərpa etməli olur-
du. Bu məsələ çox sadələşdirilib.
Seçici seçki günü yaşadığı ərazidə
olmayacağını bilsə belə, səsvermədə
iştirak etmək üçün ciddi problemlərlə
üzləşməli olurdu. İndi bu məsələ,
demək olar ki, tam həllini tapıb. O,
səs verəcəyi dairədən çıxarış vəsiqəsi
alıb istənilən ünvanda səsvermək
hüququ qazanır. Bu, son dərəcə de-
mokratik, obyektiv qərardır, vətən-
daşların dövlətin idarə olunmasında
iştirakını təmin etmək üçün dövlətin
yaratdığı geniş imkanlardır.
2009-cu il martın 18-də Kon -
stitusiyada bir sıra əlavə və dəyişik-
liklər edilməsi zərurəti yarandı. Bu
dəfə Konstitusiyada referendum yolu
ilə qəbul olunan əlavə dəyişikliklər
vətəndaşların hüquq və azadlıqlarının
təminatını daha da genişləndirdi.
Konstitusiyanın 101-ci maddə-
sinin V hissəsi çıxarıldı və ora başqa
bir bənd əlavə olundu. 101-ci mad-
dənin V hissəsində deyilirdi: “Heç
kəs iki dəfədən artıq təkrarən Azər-
baycan Respublikasının Prezidenti
seçilə bilməz”. Azərbaycan xalqının
istədiyi şəxsi hər hansı məhdudiyyət
olmadan istədiyi qədər Prezident
seçmək haqqı var. Ona görə də
xalqın seçmək və vətəndaşların se-
çilmək hüququnun məhdudlaşdırıl-
masının aradan qaldırılması çox va-
cib idi. Bu həm də insan hüquq və
azadlıqlarının daha geniş şəkildə
qorunmasına təminat verdi.
Dünya ölkələrində prezidentlər
müxtəlif qaydada seçilirlər. Bəzi
dövlətlərdə onlar vətəndaşların bir-
başa səsverməsi yolu ilə, bəzilərində
isə parlament yolu ilə seçilirlər.
Prezidentlərin səlahiyyət müddəti
də müxtəlif olur. Məsələn, İtaliya
və Türkiyədə 7 il, Avstriyada və
Finlandiyada bu müddət 6 il müəy-
yənləşdirilib. Rusiyanın Dövlət Du-
ması isə Prezidentin səlahiyyət
müddətinin 4 ildən 6 ilədək uza-
dılması barədə qərar qəbul edib.
Bütün ölkələrin konstitusiyalarında
tarixi inkişafla bağlı vaxtaşırı isla-
hatlar həyata keçirilir.
Azərbaycan da belə inkişaf etmiş
ölkələrdəndir. Bir şəxsin iki dəfədən
artıq Prezident seçilməsi heç vaxt
demokratiyaya zidd ola bilməz. Ək-
sinə, bu, demokratiyanın bəxş etdiyi
bir zərurətdir. Məsələn, dünyada in-
kişaf etmiş demokratik dövlət kimi
tanınan Amerika Birləşmiş Ştatlarında
belə bir hal baş vermiş və bu, həmin
ölkə üçün çox yaxşı nəticələnmişdir.
ABŞ-ın 32-ci Prezidenti Franklin
Ruzvelt xalqın seçimi ilə dörd dəfə
ard-arda bu ölkəyə ali rəhbər seçilib.
Fransa kimi demokratik bir ölkədə
də Prezident seçicilərin iradəsinə
uyğun olaraq, dəfələrlə seçilə bilər.
Bu ölkədə də prezident seçkilərində
hər hansı bir məhdudiyyət yoxdur.
Artıq ölkəmiz demokratik, şəffaf,
azad və ədalətli seçkilər keçirilmə-
sində hətta Avropanın inkişaf etmiş
bir sıra ölkələrini də geridə qoyub.
Bunu indiyədək seçkiləri izləmiş
beynəlxalq müşahidəçilərin rəyləri
də təsdiqləyir. Bütün bunlar, əlbəttə,
ölkəmizin demokratik imicini daha
da yüksəltməkdədir.
Bir hüquqşünas kimi müstəqillik
dövrümüzdə keçirilən bütün seç-
kiləri müşahidə etmişəm, qanun-
vericiliyin yaradılmasını, möhkəm-
ləndirilməsini ardıcıl izləmişəm,
müqayisəli təhlillər aparmışam. Qa-
nunvericilik ardıcıl olaraq təkmil-
ləşdirilib və bütün bunlar istər na-
mizədlər, istərsə də seçicilər üçün
daha əlverişli şərait yaradılmasına
xidmət edib. Bu da onu təsdiqləyir
ki, Azərbaycan dövləti 1993-cü
ildən bəri demokratik seçki keçir-
mək iqtidarında olub, bu sahədə
güclü iradə nümayiş etdirib.
Xalqın iradəsinin seçkilərin nəticələrində
tam şəkildə əksini tapacağı şübhəsizdir
S
on dövrlər elmi ictimaiy-
yətin əsas müzakirə möv-
zularından biri “Naxçıvan tarixi”
çoxcildliyinin hazırlanması ilə bağ-
lıdır. Çoxcildliyin hazırlanması
sahəsində son vəziyyəti öyrənmək
üçün AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyevə
müraciət etdik:
– Naxçıvan Muxtar Respubli-
kası Ali Məclisi Sədrinin “Nax-
çıvan tarixi” çoxcildliyinin hazır -
lanması və nəşr olunması barədə”
Sərəncamına əsasən, bu il çox-
cildliyin birinci cildinin hazırlan-
ması və çapa təqdim olunması
nəzərdə tutulur. Hazırda bu isti-
qamətdə hansı işlər görülür?
– Qeyd etdiyiniz kimi, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin
Sədri cənab Vasif Talıbovun Sərən-
camına əsasən, “Naxçıvan tarixi”
çoxcildliyinin hazırlanması və nəşri
nəzərdə tutulmuşdur. Bununla əlaqədar
AMEA Naxçıvan Bölməsinin və Nax-
çıvan Dövlət Universitetinin qarşısına
mühüm vəzifələr qoyulmuşdur.
Məlumdur ki, Azərbaycan Res-
publikası dövlət müstəqilliyini bərpa
etdikdən sonra tariximizin öyrənilmə -
miş bir sıra sahələrinə diqqət artı-
rılmış, həmin istiqamətdə tədqiqatlar
aparılmağa başlanılmışdır. Naxçıvan
tarixi ilə bağlı da araşdırmalara baş-
lanılmışdır. 1996-cı ildə “Uluslararası
qaynaqlarda Naxçıvan” Beynəlxalq
Simpoziumundan sonra bu sahəyə
diqqət xeyli artırılmışdır. Nəticədə,
Naxçıvan tarixi ilə bağlı maraqlı
tədqiqatlar aparılmış, onlarla kitab
və monoqrafiyalar, yüzlərlə məqa-
lələr yazılmışdır. Adıçəkilən sərən-
camda qeyd olunduğu kimi, “Nax-
çıvan tarixinə dair bir sıra elmi nəşr-
lər meydana çıxmışdır. Son dövrlərdə
aparılan araşdırmalar nəticəsində
Naxçıvanın mədəniyyəti, tarixi və
abidələri, arxeologiya və etno -
qrafiyası... müxtəlif tədqiqatların
predmetinə çevrilmiş, yeni elmi is-
tiqamətlər müəyyənləşdirilmiş və
bir sıra nəticələr əldə olunmuşdur”.
Bütün bunlar imkan vermişdir
ki, “Naxçıvan tarixi” kimi funda-
mental və Naxçıvan diyarının bütün
dövrlərini əhatə edə bilən çoxcildli
kitab yazılsın.
“Naxçıvan tarixi” çoxcildliyinin
yazılmasına keçən ilin axırlarından
başlanılmışdır. İlk növbədə, üç cild
olacaq “Naxçıvan tarixi”nin hər bir
cildini əhatə edəcək dövr müəyyən-
ləşdirilmiş, plan-prospekt tərtib edil-
miş, hər cildin müəllifləri seçilmişdir.
2013-cü il yanvarın 15-də Nax-
çıvan Muxtar Respublikası Ali
Məclisində “Naxçıvan tarixi” çox-
cildliyinin hazırlanması sahəsində
görülən işlər və qarşıda duran vəzi-
fələr mövzusunda müşavirə keçiril-
mişdir. Müşavirədə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
mövcud vəziyyəti dinləmiş, tövsiyə
və tapşırıqlarını vermişdir.
“Naxçıvan tarixi” çoxcildliyinin
birinci cildi Naxçıvanın ən qədim
dövrdən XVIII əsrin ortalarınadək,
yəni xanlıqlar zamanınadək olan
dövrünü əhatə edəcəkdir. Birinci cild
giriş, 7 fəsil, xronologiya, ədəbiyyat
siyahısı, xəritə və illüstrasiyalardan,
şəkillərdən ibarətdir. Kitabın birinci
cildi artıq tamamlanmaq üzrədir və
yaxın günlərdə çapa veriləcəkdir.
– Çoxcildliyin ayrı-ayrı cildlərinə
müvafiq dövrlərə aid şəkillər, xə-
ritələr, illüstrativ materiallar, sxem-
lər, cədvəllər daxil edilməsi nəzərdə
tutulmuşdur. Bu istiqamətdə hansı
işlər həyata keçirilir?
– Yuxarıda birinci cildlə əlaqədar
bu barədə bəzi fikirlər söylədim. İşçi
qrupu hər üç cilddə olacaq xəritələri,
şəkilləri, illüstrativ materialları, cəd-
vəlləri və başqa əlavələri tərtib et-
mişdir. Bu qəbildən olan yüzə yaxın
material birinci cildə daxil edilmişdir.
Sonrakı cildlərə daxil ediləcək mate-
riallar redaksiya heyətində müzakirə
olunduqdan sonra müvafiq cildlərin
əlavəsində veriləcəkdir. Bu barədə
elə bir çətinlik yoxdur. Xəritələr “Nax-
çıvan tarixi atlası” üçün işlənmişdir.
Hər cildə daxil olacaq xəritələr oradan
seçilmişdir. Arxeoloji qazıntılar nəti-
cəsində əldə olunmuş maddi-mədə-
niyyət nümunələrinin arxeoloq alimlər
tərəfindən şəkilləri və illüstrasiyaları
hazırlanmışdır. Onların içərisindən
kitabın əhatə etdiyi dövrə uyğun olan-
lar seçilmişdir. Müvafiq dövrə aid
tarix və mədəniyyət abidələrinin şə-
killəri Naxçıvan abidələri pasport-
laşdırılarkən çəkilmişdir. Digər xa-
rakterli sxemlər və cədvəllər də müx-
təlif tədqiqatçıların tədqiqatlarında,
toplanmış materiallarda mövcuddur,
onlardan istifadə olunacaqdır.
– Çoxcildliklə bağlı aparılan
ilkin müzakirələr zamanı birinci
cilddə Naxçıvan tarixinin qədim
dövrlərdən XVIII əsrin ortaları-
nadək olan dövrünün əksini tap-
ması nəzərdə tutulmuşdu. Birinci
cildin xronoloji çərçivəsi dəqiq
müəyyənləşibmi? Mümkünsə, bu
cildə daxil ediləcək fəsillər haq-
qında məlumat verərdiniz.
– “Naxçıvan tarixi” çoxcildliyinin
cildlərini əhatə edəcək dövr seçi-
lərkən Azərbaycan tarixinin dövr-
ləşməsində mövcud prinsiplər əsas
götürülmüşdür. Artıq yüz illərdir ki,
bu dövrləşmə müzakirə olunur və
dəqiqləşmələr aparılmışdır. Biz
“Naxçıvan tarixi”ndə də bu dövr-
ləşməni gözləmişik. Birinci cildin,
eləcə də sonrakı cildlərin xronoloji
çərçivəsi dəqiq müəyyənləşdirilmiş-
dir. Qeyd etdiyimiz kimi, birinci
cild Naxçıvanın ən qədim dövrdən
xanlıqlar dövrünədək, ikinci cild
XVIII əsrin ortalarından (xanlıqlar
dövründən) İkinci Dünya mühari-
bəsinədək, üçüncü cild isə İkinci
Dünya müharibəsindən günümüzə-
dək olan dövrü əhatə edəcəkdir.
Təbii ki, Naxçıvan tarixini əhatə
edəcək dövrlər müxtəlif fəsillərdə
öz əksini tapacaqdır.
“Naxçıvan tarixi”nin birinci cildi
6 fəsildə nəzərdə tutulmuşdu. İş pro-
sesində bir fəsil də artırılmışdır. I
cild 7 fəsildən ibarət olacaq. Bu cild
“Naxçıvan ən qədim dövrdə”, “Nax-
çıvan e.ə. IX – b.e. II əsrlərində”,
“Naxçıvan ərazisində yaşayan əhalinin
etnogenezi məsələsinə dair”, “Nax-
çıvan erkən orta əsrlər dövründə”,
“Naxçıvan X-XIII əsrin I rübündə”,
“Naxçıvan XIII-XV əsrlərdə”, “Nax-
çıvan Səfəvilər dövründə” adlanan
fəsillərdən ibarətdir. Fəsillərin adla-
rından da aydın olur ki, bəhs olunan
dövr fəsillərdə ifadə olunur.
– Ötən illərdə olduğu kimi, bu
il də muxtar respublikamızın müx-
təlif ərazilərində arxeoloji eks-
pedisiyalar tədqiqatlar aparmışdır.
Bu tədqiqatlar zamanı aşkara çı-
xarılan yeni faktlar çoxcildlikdə
öz əksini tapacaqmı?
– Naxçıvan ərazisində XIX əsr-
dən arxeoloji tədqiqatlar aparılır.
2006-cı ildən isə beynəlxalq arxeo-
loji ekspedisiyalar fəaliyyət göstərir.
“Naxçıvan tarixi” çoxcildliyinin bir
mühüm əhəmiyyəti arxeoloji eks-
pedisiyaların əldə etdikləri nəticə-
lərin bu kitabda əksini tapmasıdır.
Bir neçə faktla fikrimi çatdırmaq
istəyirəm. Son illərə qədər Naxçıvan
ərazisində ən qədim insanların Daş
dövründən yaşaması Qazma mağa -
rasının materialları əsasında əsas
götürülürdü və bunun tarixi 80-100
min il hesab edilirdi. Şərur rayonu
ərazisindəki Ovçular təpəsində qa-
zıntı nəticəsində əldə olunan iki
əmək aləti bunun 500-300 min il
əvvələ təsadüf etdiyini göstərir. Ov-
çular təpəsində aparılan araşdırmalar
Naxçıvanın qədim mədəniyyətin,
xüsusilə Kür-Araz mədəniyyətinin
beşiyi olduğunu və bu mədəniyyətin
V-IV minilliyə aid olduğunu göstərir.
Yaxud Oğlanqalada aparılan arxeo-
loji tədqiqatlar nəticəsində bu ərazidə
müstəqil dövlətin olması, bunun
Urartuya tabe olmaması və ona
qarşı mübarizə aparması təsdiq olu-
nur. Duzdağdakı ekspedisiya yeni
faktlar aşkara çıxarmışdır. Beynəl-
xalq arxeoloji ekspedisiya sübut et-
mişdir ki, Duzdağ ərazisindən e.ə.
V min illikdən duz çıxarılır və bu,
dünyanın ən qədim duz çıxarılan
mədənidir. I Kültəpə ərazisində hələ
keçən əsrin 50-70-ci illərində
O.Həbibul layevin rəhbərliyi ilə ar-
xeoloji tədqiqatlar aparılmış və bu
abidənin tarixi e.ə. V minilliyə aid
edilmişdir. Beynəlxalq ekspedisiya
üzvləri bu il I Kültəpədə yenidən
tədqiqatlara başlamış və maraqlı
nəticə əldə olunmuşdur. Onların
fikrincə, bu abidənin tarixi 7 min
ildən çoxdur.
Əlbəttə, qeyd olunan və olun-
mayan faktlar çoxcildlikdə nəzərə
alınacaqdır.
– İkinci və üçüncü cildlərin
hazır lanması istiqamətində işlər-
dən danışaq. O cildlərə daxil edi-
ləcək fəsillər üzərində iş paralel
olaraq gedirmi?
– “Naxçıvan tarixi” çoxcildliyinin
hazırlanması ilə bağlı məlum sə-
rəncamdan sonra qarşıda duran əsas
vəzifə fəsilləri yaza biləcək müəl-
liflərin seçilməsi idi. Təbii ki, müəl-
lifləri seçərkən onların elmi poten-
sialları və tədqiqat istiqamətləri əsas
götürülmüşdür. Bütövlükdə, 30 müəl-
lif və 10 nəfər işçi qrupu müəyyən-
ləşdirilmişdir. Bütün fəsillər, hətta
fəsillərdəki paraqraflar müəlliflərə
təklif edilmiş, bir sözlə, müəlliflər
seçilmişdir. Kitabın ikinci və üçüncü
cildlərinin müəllifləri məlumdur və
paralel olaraq onlar tapşırılan fəsillər
üzərində işləyirlər. Həmin müəllif-
lərlə də bir neçə dəfə görüşmüş, və-
zifələr müəyyənləşdirmiş və qarşıya
çıxan məsələləri yerindəcə həll et-
mişik. Bir neçə müəllifi elmi eza-
miyyəyə göndərmişik. Birinci cild-
dən fərqli olaraq, II və III cildlərin
yazılmasında vaxt imkanı istənilən
qədərdir. Oktyabr ayında növbəti
cildlərin müəllifləri ilə yenidən gö-
rüşəcək, vəziyyətlə tanış olacağıq.
Bu cildlər üçün material zənginliyi
də işimizi bir qədər asanlaşdırır.
Ümumiyyətlə, “Naxçıvan tarixi”
çoxcildliyinin Naxçıvanşünaslığa la-
yiqli töhfə olması üçün əlimizdən
gələni edəcəyik. Həmin kitabların
vaxtında işıq üzü görməsi üçün onlar
müəyyən edilən vaxtda nəşriyyata
təqdim ediləcək.
– Maraqlı müsahibəyə görə sağ
olun.
Müsahibəni apardı:
-
Elnur KƏLBİZADƏ
Akademik İsmayıl Hacıyev:
“Naxçıvan tarixi”
çoxcildliyi Naxçıvanşünaslığa layiqli töhfə olacaq
B
u gün ədliyyə işçilərinin qarşısında duran mühüm vəzifələrdən
biri vətəndaşlarımızı maartifləndirmək, dövlətin idarə olunma-
sında onların iştirakını, seçki hüququndan səmərəli istifadə etmələrini
izah etməkdir. Əminliklə deyə bilərəm ki, vətəndaşlarımız çox fəaldırlar,
konstitusion hüquqlarından maksimum istifadə etməyə israrlıdırlar.
Bu, demokratik inkişaf üçün vacib göstəricidir. Xalqımız bir daha sübut
edəcək ki, Azərbaycanda bütün seçkilər tam demokratik, şəffaf, xalqın
iradəsinə cavab verən formada keçirilir.
Zülfüqar ƏHMƏDOV
Sədərək Rayon Məhkəməsinin hakimi
Ümummilli liderimiz Heydər Əliyevin uzaq gələcəyə hesablanmış
strategiyasının nəticəsidir ki, yüksək iqtisadi inkişaf ölkəmizdə demokratik
prinsiplərin möhkəmlənməsinə zəmin yaradır. İnsan və vətəndaş hüquq
və azadlıqlarının təminatının müdafiəsinə nail olunur, vətəndaşların
dövlətin idarə olunmasında fəallığı artır. Bu, bütün dövlətlərdə demokratik
prinsiplərə əməl olunmasının əsas göstəricisidir.