Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın



Yüklə 252,62 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix23.10.2017
ölçüsü252,62 Kb.
#6413
1   2   3   4

2

     Vətəndaşların dövlətin idarə olun-

masında fəal iştirakını təmin etmək

üçün mükəmməl qanunvericilik ba-

zası mövcuddur. Seçki Məcəlləsi Av-

ropa təcrübəsinə uyğundur və onun

daha mükəmməl olması üçün ardıcıl

müzakirələr  aparılır,  ona  əlavə  və

dəyişikliklər edilir. İndiyədək Seçki

Məcəlləsində edilmiş bir sıra dəyişik -

liklər beynəlxalq ekspertlər tərəfindən

yüksək dəyərləndirilib. Onlar birmə-

nalı şəkildə bildiriblər ki, Azərbay-

canda seçkilərin demokratik keçiril-

məsi, demokratik prinsiplərin möh-

kəmlənməsi  dövlətin  marağındadır. 

    Bu,  fakdır  ki,  ölkəmizdə  bütün

sahələrdə sosial-iqtisadi və hüquqi

islahatlar keyfiyyətlə aparılır. Qeyd

etdiyimiz  kimi,  bunun  üçün  mü-

kəmməl  Konstitusiyamız,  mövcud

qanunvericilik bazamız, dövlətin və

xalqın birgə iradəsi var. 

    Azərbaycan  Respublikasının

Konstitusiyasına görə, dövlətin idarə

olunması demokratik ölkələrdə qəbul

olunmuş prinsiplərə tam cavab verir.

Yəni  ölkədə  dövlət  hakimiyyətləri

hakimiyyətlərin bölünməsi prinsipinə

əsaslanır.  Qanunvericilik  hakimiy-

yətini  Milli  Məclis  həyata  keçirir.

İcra  hakimiyyəti  Prezidentə  məx-

susdur, məhkəmə hakimiyyətini isə

məhkəmələr həyata keçirirlər. Amma

idarəçilik formasına görə, ölkəmiz

prezidentli  respublika  olduğundan

Konstitusiya ilə Prezident çox geniş

səlahiyyətlərə  malikdir.  Prezident

dövlətin başçısıdır, Silahlı Qüvvələrin

Ali  Baş  Komandanıdır,  istər  ölkə

daxilində, istərsə xarici münasibət-

lərdə  dövləti  təmsil  edir,  dövlətin

müstəqilliyinin, ərazi bütövlüyünün,

vətəndaşların hüquqlarının təminat-

çısıdır. Bütün bunlar Əsas Qanunu-

muzun  109-cu  maddəsində  aydın

və birmənalı şəkildə təsbit olunub.

    Məhz  bunlara  görə  ölkəmizdə

prezident  seçkiləri  həmişə  ciddi

kampaniyaya çevrilir. Hər bir dövlət

orqanı,  ayrı-ayrı  siyasi  partiyalar,

qurumlar,  bütövlükdə,  xalqımız,  o

cümlədən beynəlxalq təşkilatlar da

prezident  seçkilərinin  son  dərəcə

yüksək səviyyədə, demokratik, şəffaf,

seçicilərin iradəsinə tam uyğun ke-

çirilməsi üçün səy göstərirlər.

    Azərbaycan  Respublikası  Prezi-

denti seçkilərinin əsasları Konstitu-

siyanın 100-102-ci maddələrində təs-

bit olunub. Prezident seçkilərinin ha-

zırlanıb keçirilməsi, səsvermənin nə-

ticələrinin və yekunlarının müəyyən

edilməsi Seçki Məcəlləsi ilə qanun-

vericiliyə uyğun həyata keçirilir. Mə-

cəlləyə  uyğun  olaraq,  seçki  komis-

siyaları  vətəndaşların  seçki  hüquq-

larının həyata keçirilməsini və mü-

dafiəsini təmin edir, həmin hüquqlara

riayət olunmasına nəzarət edir. Seçki

komissiyaları  sərbəst  və  müstəqil-

dirlər, nə dövlət hakimiyyət orqan-

larından, nə bələdiyyə qurumlarından,

nə  də  hansısa  fiziki  və  ya  hüquqi

şəxsdən asılı deyillər. Sadaladığımız

bu qurumların seçki komissiyalarının

fəaliyyətinə müdaxilə etməsi mövcud

qanunvericiliklə tam qadağandır. 

    Prezident seçkilərində hər bir na-

mizədə,  onun  nümayəndəsinə  na-

mizədin təbliğ olunması üçün eyni

cür şərait yaradılır. Təşviqat materi-

alları tam bərabər səviyyədə yerləş-

dirilir. Seçicilər üçün də ideal şərait

yaradılıb. Əvvəllər seçici adının si-

yahıda olmadığı halda bu hüququnu

məhkəmə yolu ilə bərpa etməli olur-

du.  Bu  məsələ  çox  sadələşdirilib.

Seçici  seçki  günü  yaşadığı  ərazidə

olmayacağını bilsə belə, səsvermədə

iştirak etmək üçün ciddi problemlərlə

üzləşməli  olurdu.  İndi  bu  məsələ,

demək olar ki, tam həllini tapıb. O,

səs verəcəyi dairədən çıxarış vəsiqəsi

alıb  istənilən  ünvanda  səsvermək

hüququ qazanır. Bu, son dərəcə de-

mokratik, obyektiv qərardır, vətən-

daşların dövlətin idarə olunmasında

iştirakını təmin etmək üçün dövlətin

yaratdığı geniş imkanlardır.

    2009-cu  il  martın  18-də  Kon -

stitusiyada bir sıra əlavə və dəyişik-

liklər edilməsi zərurəti yarandı. Bu

dəfə Konstitusiyada referendum yolu

ilə qəbul olunan əlavə dəyişikliklər

vətəndaşların hüquq və azadlıqlarının

təminatını daha da genişləndirdi.

    Konstitusiyanın  101-ci  maddə-

sinin V hissəsi çıxarıldı və ora başqa

bir bənd əlavə olundu. 101-ci mad-

dənin V hissəsində deyilirdi: “Heç

kəs iki dəfədən artıq təkrarən Azər-

baycan  Respublikasının  Prezidenti

seçilə bilməz”. Azərbaycan xalqının

istədiyi şəxsi hər hansı məhdudiyyət

olmadan  istədiyi  qədər  Prezident

seçmək  haqqı  var.  Ona  görə  də

xalqın seçmək və vətəndaşların se-

çilmək hüququnun məhdudlaşdırıl-

masının aradan qaldırılması çox va-

cib idi. Bu həm də insan hüquq və

azadlıqlarının  daha  geniş  şəkildə

qorunmasına təminat verdi.

    Dünya ölkələrində prezidentlər

müxtəlif  qaydada  seçilirlər.  Bəzi

dövlətlərdə onlar vətəndaşların bir-

başa səsverməsi yolu ilə, bəzilərində

isə  parlament  yolu  ilə  seçilirlər.

Prezidentlərin  səlahiyyət  müddəti

də  müxtəlif  olur.  Məsələn,  İtaliya

və  Türkiyədə  7  il,  Avstriyada  və

Finlandiyada bu müddət 6 il müəy-

yənləşdirilib. Rusiyanın Dövlət Du-

ması  isə  Prezidentin  səlahiyyət

müddətinin  4  ildən  6  ilədək  uza-

dılması  barədə  qərar  qəbul  edib.

Bütün ölkələrin konstitusiyalarında

tarixi inkişafla bağlı vaxtaşırı isla-

hatlar həyata keçirilir.

    Azərbaycan da belə inkişaf etmiş

ölkələrdəndir. Bir şəxsin iki dəfədən

artıq  Prezident  seçilməsi  heç  vaxt

demokratiyaya zidd ola bilməz. Ək-

sinə, bu, demokratiyanın bəxş etdiyi

bir zərurətdir. Məsələn, dünyada in-

kişaf etmiş demokratik dövlət kimi

tanınan Amerika Birləşmiş Ştatlarında

belə bir hal baş vermiş və bu, həmin

ölkə üçün çox yaxşı nəticələnmişdir.

ABŞ-ın  32-ci  Prezidenti  Franklin

Ruzvelt xalqın seçimi ilə dörd dəfə

ard-arda bu ölkəyə ali rəhbər seçilib.

Fransa kimi demokratik bir ölkədə

də  Prezident  seçicilərin  iradəsinə

uyğun olaraq, dəfələrlə seçilə bilər.

Bu ölkədə də prezident seçkilərində

hər  hansı  bir  məhdudiyyət  yoxdur.

    Artıq ölkəmiz demokratik, şəffaf,

azad və ədalətli seçkilər keçirilmə-

sində hətta Avropanın inkişaf etmiş

bir sıra ölkələrini də geridə qoyub.

Bunu  indiyədək  seçkiləri  izləmiş

beynəlxalq müşahidəçilərin rəyləri

də təsdiqləyir. Bütün bunlar, əlbəttə,

ölkəmizin demokratik imicini daha

da yüksəltməkdədir.

    Bir hüquqşünas kimi müstəqillik

dövrümüzdə  keçirilən  bütün  seç-

kiləri  müşahidə  etmişəm,  qanun-

vericiliyin yaradılmasını, möhkəm-

ləndirilməsini  ardıcıl  izləmişəm,

müqayisəli təhlillər aparmışam. Qa-

nunvericilik ardıcıl olaraq təkmil-

ləşdirilib və bütün bunlar istər na-

mizədlər, istərsə də seçicilər üçün

daha əlverişli şərait yaradılmasına

xidmət edib. Bu da onu təsdiqləyir

ki,  Azərbaycan  dövləti  1993-cü

ildən bəri demokratik seçki keçir-

mək  iqtidarında  olub,  bu  sahədə

güclü iradə nümayiş etdirib.

Xalqın iradəsinin seçkilərin nəticələrində 

tam şəkildə əksini tapacağı şübhəsizdir

S

on  dövrlər  elmi  ictimaiy-

yətin  əsas  müzakirə  möv-

zularından biri “Naxçıvan tarixi”

çoxcildliyinin hazırlanması ilə bağ-

lıdır.  Çoxcildliyin  hazırlanması

sahəsində son vəziyyəti öyrənmək

üçün AMEA Naxçıvan Bölməsinin

sədri, akademik İsmayıl Hacıyevə

müraciət etdik: 

  –  Naxçıvan Muxtar Respubli-

kası  Ali  Məclisi  Sədrinin  “Nax-

çıvan tarixi” çoxcildliyinin hazır -

lanması və nəşr olunması barədə”

Sərəncamına  əsasən,  bu  il  çox-

cildliyin birinci cildinin hazırlan-

ması  və  çapa  təqdim  olunması

nəzərdə tutulur. Hazırda bu isti-

qamətdə hansı işlər görülür?

     – Qeyd etdiyiniz kimi, Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri cənab Vasif Talıbovun Sərən-

camına  əsasən,  “Naxçıvan  tarixi”

çoxcildliyinin hazırlanması və nəşri

nəzərdə tutulmuşdur. Bununla əlaqədar

AMEA Naxçıvan Bölməsinin və Nax-

çıvan Dövlət Universitetinin qarşısına

mühüm vəzifələr qoyulmuşdur. 

    Məlumdur ki, Azərbaycan Res-

publikası dövlət müstəqilliyini bərpa

etdikdən sonra tariximizin öyrənilmə -

miş  bir  sıra  sahələrinə  diqqət  artı-

rılmış, həmin istiqamətdə tədqiqatlar

aparılmağa başlanılmışdır. Naxçıvan

tarixi ilə bağlı da araşdırmalara baş-

lanılmışdır. 1996-cı ildə “Uluslararası

qaynaqlarda Naxçıvan” Beynəlxalq

Simpoziumundan  sonra  bu  sahəyə

diqqət xeyli artırılmışdır. Nəticədə,

Naxçıvan  tarixi  ilə  bağlı  maraqlı

tədqiqatlar aparılmış, onlarla kitab

və monoqrafiyalar, yüzlərlə məqa-

lələr yazılmışdır. Adıçəkilən sərən-

camda qeyd olunduğu kimi, “Nax-

çıvan tarixinə dair bir sıra elmi nəşr-

lər meydana çıxmışdır. Son dövrlərdə

aparılan  araşdırmalar  nəticəsində

Naxçıvanın  mədəniyyəti,  tarixi  və

abidələri,  arxeologiya  və  etno -

qrafiyası...  müxtəlif  tədqiqatların

predmetinə çevrilmiş, yeni elmi is-

tiqamətlər  müəyyənləşdirilmiş  və

bir sıra nəticələr əldə olunmuşdur”.

    Bütün  bunlar  imkan  vermişdir

ki,  “Naxçıvan  tarixi”  kimi  funda-

mental və Naxçıvan diyarının bütün

dövrlərini əhatə edə bilən çoxcildli

kitab yazılsın.

    “Naxçıvan tarixi” çoxcildliyinin

yazılmasına keçən ilin axırlarından

başlanılmışdır. İlk növbədə, üç cild

olacaq “Naxçıvan tarixi”nin hər bir

cildini əhatə edəcək dövr müəyyən-

ləşdirilmiş, plan-prospekt tərtib edil-

miş, hər cildin müəllifləri seçilmişdir. 

    2013-cü il yanvarın 15-də Nax-

çıvan  Muxtar  Respublikası  Ali

Məclisində “Naxçıvan tarixi” çox-

cildliyinin  hazırlanması  sahəsində

görülən işlər və qarşıda duran vəzi-

fələr mövzusunda müşavirə keçiril-

mişdir. Müşavirədə Naxçıvan Muxtar

Respublikası  Ali  Məclisinin  Sədri

mövcud vəziyyəti dinləmiş, tövsiyə

və tapşırıqlarını vermişdir.

    “Naxçıvan tarixi” çoxcildliyinin

birinci  cildi  Naxçıvanın  ən  qədim

dövrdən XVIII əsrin ortalarınadək,

yəni  xanlıqlar  zamanınadək  olan

dövrünü əhatə edəcəkdir. Birinci cild

giriş, 7 fəsil, xronologiya, ədəbiyyat

siyahısı, xəritə və illüstrasiyalardan,

şəkillərdən ibarətdir. Kitabın birinci

cildi artıq tamamlanmaq üzrədir və

yaxın günlərdə çapa veriləcəkdir. 

  

– Çoxcildliyin ayrı-ayrı cildlərinə



müvafiq dövrlərə aid şəkillər, xə-

ritələr, illüstrativ materiallar, sxem-

lər, cədvəllər daxil edilməsi nəzərdə

tutulmuşdur. Bu istiqamətdə hansı

işlər həyata keçirilir?

     – Yuxarıda birinci cildlə əlaqədar

bu barədə bəzi fikirlər söylədim. İşçi

qrupu hər üç cilddə olacaq xəritələri,

şəkilləri, illüstrativ materialları, cəd-

vəlləri  və  başqa  əlavələri  tərtib  et-

mişdir. Bu qəbildən olan yüzə yaxın

material birinci cildə daxil edilmişdir.

Sonrakı cildlərə daxil ediləcək mate-

riallar redaksiya heyətində müzakirə

olunduqdan sonra müvafiq cildlərin

əlavəsində  veriləcəkdir.  Bu  barədə

elə bir çətinlik yoxdur. Xəritələr “Nax-

çıvan tarixi atlası” üçün işlənmişdir.

Hər cildə daxil olacaq xəritələr oradan

seçilmişdir. Arxeoloji qazıntılar nəti-

cəsində əldə olunmuş maddi-mədə-

niyyət nümunələrinin arxeoloq alimlər

tərəfindən şəkilləri və illüstrasiyaları

hazırlanmışdır.  Onların  içərisindən

kitabın əhatə etdiyi dövrə uyğun olan-

lar  seçilmişdir.  Müvafiq  dövrə  aid

tarix və mədəniyyət abidələrinin şə-

killəri    Naxçıvan  abidələri  pasport-

laşdırılarkən  çəkilmişdir.  Digər  xa-

rakterli sxemlər və cədvəllər də müx-

təlif  tədqiqatçıların  tədqiqatlarında,

toplanmış materiallarda mövcuddur,

onlardan istifadə olunacaqdır.

  –  Çoxcildliklə  bağlı  aparılan

ilkin müzakirələr zamanı birinci

cilddə Naxçıvan tarixinin qədim

dövrlərdən  XVIII  əsrin  ortaları-

nadək olan dövrünün əksini tap-

ması nəzərdə tutulmuşdu. Birinci

cildin  xronoloji  çərçivəsi  dəqiq

müəyyənləşibmi? Mümkünsə, bu

cildə daxil ediləcək fəsillər haq-

qında məlumat verərdiniz.

    – “Naxçıvan tarixi” çoxcildliyinin

cildlərini  əhatə  edəcək  dövr  seçi-

lərkən  Azərbaycan  tarixinin  dövr-

ləşməsində mövcud prinsiplər əsas

götürülmüşdür. Artıq yüz illərdir ki,

bu  dövrləşmə  müzakirə  olunur  və

dəqiqləşmələr  aparılmışdır.  Biz

“Naxçıvan  tarixi”ndə  də  bu  dövr-

ləşməni gözləmişik. Birinci cildin,

eləcə də sonrakı cildlərin xronoloji

çərçivəsi dəqiq müəyyənləşdirilmiş-

dir.  Qeyd  etdiyimiz  kimi,  birinci

cild Naxçıvanın ən qədim dövrdən

xanlıqlar  dövrünədək,  ikinci  cild

XVIII əsrin ortalarından (xanlıqlar

dövründən)  İkinci  Dünya  mühari-

bəsinədək,  üçüncü  cild  isə  İkinci

Dünya müharibəsindən günümüzə-

dək  olan  dövrü  əhatə  edəcəkdir.

Təbii  ki,  Naxçıvan  tarixini  əhatə

edəcək  dövrlər  müxtəlif  fəsillərdə

öz əksini tapacaqdır. 

     “Naxçıvan tarixi”nin birinci cildi

6 fəsildə nəzərdə tutulmuşdu. İş pro-

sesində  bir  fəsil  də  artırılmışdır.  I

cild 7 fəsildən ibarət olacaq. Bu cild

“Naxçıvan ən qədim dövrdə”, “Nax-

çıvan  e.ə.  IX  –  b.e.  II  əsrlərində”,

“Naxçıvan ərazisində yaşayan əhalinin

etnogenezi məsələsinə dair”, “Nax-

çıvan  erkən  orta  əsrlər  dövründə”,

“Naxçıvan X-XIII əsrin I rübündə”,

“Naxçıvan XIII-XV əsrlərdə”, “Nax-

çıvan  Səfəvilər  dövründə”  adlanan

fəsillərdən ibarətdir. Fəsillərin adla-

rından da aydın olur ki, bəhs olunan

dövr fəsillərdə ifadə olunur. 



  – Ötən illərdə olduğu kimi, bu

il də muxtar respublikamızın müx-

təlif  ərazilərində  arxeoloji  eks-

pedisiyalar tədqiqatlar aparmışdır.

Bu tədqiqatlar zamanı aşkara çı-

xarılan yeni faktlar çoxcildlikdə

öz əksini tapacaqmı?

     – Naxçıvan ərazisində XIX əsr-

dən  arxeoloji  tədqiqatlar  aparılır.

2006-cı ildən isə beynəlxalq arxeo-

loji ekspedisiyalar fəaliyyət göstərir.

“Naxçıvan tarixi” çoxcildliyinin bir

mühüm  əhəmiyyəti  arxeoloji  eks-

pedisiyaların əldə etdikləri nəticə-

lərin bu kitabda əksini tapmasıdır.

Bir  neçə  faktla  fikrimi  çatdırmaq

istəyirəm. Son illərə qədər Naxçıvan

ərazisində ən qədim insanların Daş

dövründən yaşaması Qazma mağa -

rasının  materialları  əsasında  əsas

götürülürdü və bunun tarixi 80-100

min il hesab edilirdi. Şərur rayonu

ərazisindəki Ovçular təpəsində qa-

zıntı  nəticəsində  əldə  olunan  iki

əmək  aləti  bunun  500-300  min  il

əvvələ təsadüf etdiyini göstərir. Ov-

çular təpəsində aparılan araşdırmalar

Naxçıvanın  qədim  mədəniyyətin,

xüsusilə Kür-Araz mədəniyyətinin

beşiyi olduğunu və bu mədəniyyətin

V-IV minilliyə aid olduğunu göstərir.

Yaxud Oğlanqalada aparılan arxeo-

loji tədqiqatlar nəticəsində bu ərazidə

müstəqil  dövlətin  olması,  bunun

Urartuya  tabe  olmaması  və  ona

qarşı mübarizə aparması təsdiq olu-

nur.  Duzdağdakı  ekspedisiya  yeni

faktlar aşkara çıxarmışdır. Beynəl-

xalq arxeoloji ekspedisiya sübut et-

mişdir ki, Duzdağ ərazisindən e.ə.

V  min illikdən  duz  çıxarılır  və  bu,

dünyanın  ən  qədim  duz  çıxarılan

mədənidir. I Kültəpə ərazisində hələ

keçən  əsrin  50-70-ci  illərində

O.Həbibul layevin rəhbərliyi ilə ar-

xeoloji tədqiqatlar aparılmış və bu

abidənin tarixi e.ə. V minilliyə aid

edilmişdir. Beynəlxalq ekspedisiya

üzvləri  bu  il  I  Kültəpədə  yenidən

tədqiqatlara  başlamış  və  maraqlı

nəticə  əldə  olunmuşdur.  Onların

fikrincə,  bu  abidənin  tarixi  7  min

ildən çoxdur.

    Əlbəttə,  qeyd  olunan  və  olun-

mayan  faktlar  çoxcildlikdə  nəzərə

alınacaqdır. 



  –  İkinci  və  üçüncü  cildlərin

hazır lanması istiqamətində işlər-

dən danışaq. O cildlərə daxil edi-

ləcək fəsillər üzərində iş paralel

olaraq gedirmi?

    – “Naxçıvan tarixi” çoxcildliyinin

hazırlanması  ilə  bağlı  məlum  sə-

rəncamdan sonra qarşıda duran əsas

vəzifə  fəsilləri  yaza  biləcək  müəl-

liflərin seçilməsi idi. Təbii ki, müəl-

lifləri seçərkən onların elmi poten-

sialları və tədqiqat istiqamətləri əsas

götürülmüşdür. Bütövlükdə, 30 müəl-

lif və 10 nəfər işçi qrupu müəyyən-

ləşdirilmişdir.  Bütün  fəsillər,  hətta

fəsillərdəki  paraqraflar  müəlliflərə

təklif edilmiş, bir sözlə, müəlliflər

seçilmişdir. Kitabın ikinci və üçüncü

cildlərinin müəllifləri məlumdur və

paralel olaraq onlar tapşırılan fəsillər

üzərində işləyirlər. Həmin müəllif-

lərlə də bir neçə dəfə görüşmüş, və-

zifələr müəyyənləşdirmiş və qarşıya

çıxan məsələləri yerindəcə həll et-

mişik.  Bir  neçə  müəllifi  elmi  eza-

miyyəyə göndərmişik. Birinci cild-

dən fərqli olaraq, II və III cildlərin

yazılmasında vaxt imkanı istənilən

qədərdir.  Oktyabr  ayında  növbəti

cildlərin müəllifləri ilə yenidən gö-

rüşəcək,  vəziyyətlə  tanış  olacağıq.

Bu cildlər üçün material zənginliyi

də işimizi bir qədər asanlaşdırır.

    Ümumiyyətlə, “Naxçıvan tarixi”

çoxcildliyinin Naxçıvanşünaslığa la-

yiqli  töhfə  olması  üçün  əlimizdən

gələni  edəcəyik.  Həmin  kitabların

vaxtında işıq üzü görməsi üçün onlar

müəyyən  edilən  vaxtda  nəşriyyata

təqdim ediləcək. 

    – Maraqlı müsahibəyə görə sağ

olun. 

    Müsahibəni apardı: 



Elnur KƏLBİZADƏ



Akademik İsmayıl Hacıyev:

“Naxçıvan tarixi”

çoxcildliyi Naxçıvanşünaslığa layiqli töhfə olacaq

B

u gün ədliyyə işçilərinin qarşısında duran mühüm vəzifələrdən

biri vətəndaşlarımızı maartifləndirmək, dövlətin idarə olunma-

sında onların iştirakını, seçki hüququndan səmərəli istifadə etmələrini

izah etməkdir. Əminliklə deyə bilərəm ki, vətəndaşlarımız çox fəaldırlar,

konstitusion  hüquqlarından  maksimum  istifadə  etməyə  israrlıdırlar.

Bu, demokratik inkişaf üçün vacib göstəricidir. Xalqımız bir daha sübut

edəcək ki, Azərbaycanda bütün seçkilər tam demokratik, şəffaf, xalqın

iradəsinə cavab verən formada keçirilir.

Zülfüqar ƏHMƏDOV

Sədərək Rayon Məhkəməsinin hakimi

    Ümummilli  liderimiz  Heydər  Əliyevin  uzaq  gələcəyə  hesablanmış

strategiyasının nəticəsidir ki, yüksək iqtisadi inkişaf ölkəmizdə demokratik

prinsiplərin möhkəmlənməsinə zəmin yaradır. İnsan və vətəndaş hüquq

və  azadlıqlarının  təminatının  müdafiəsinə  nail  olunur,  vətəndaşların

dövlətin idarə olunmasında fəallığı artır. Bu, bütün dövlətlərdə demokratik

prinsiplərə əməl olunmasının əsas göstəricisidir.


Yüklə 252,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə