Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın



Yüklə 252,62 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix23.10.2017
ölçüsü252,62 Kb.
#6413
1   2   3   4

3

    Bu  kənd  haqqında  nə  qədər  ora-

bura  əl  atdımsa,  əməlli-başlı  elmi,

yaxud qeyri-elmi məlumat tapa bil-

mədim. Sovet dövründə hazırlanmış

ensiklopediyada  Şurud  barədə  “çox

xəsisliklə”  bir-iki  rəqəm  yazılıb,

1986-cı ilin məlumatıdır. Yazılan da

ondan ibarətdir ki, Culfa rayonunun

kəndidir,  rayon  mərkəzindən  36  ki-

lometr aralıda dağətəyi zonada yer-

ləşir,  116  nəfər  əhalisi  var,  kənddə

məktəb, klub mövcuddur, vəssalam.

Rəqəmlərə  inandım,  amma  nə  əcəb

ensiklopediya müəllifləri o vədə di-

varları uçhauçda olan, palçıqdan hö-

rülmüş torpaq binanı məktəb, 5-6 sı-

nıq-salxaq  stul  qoyulmuş  və  qapısı

aylarla açılmayan otağı klub adlan-

dırıblar. Yəqin ki, o vaxtkı dönəmin

növbəti başaldatmalarından özgə bir

şey deyilmiş. “Naxçıvan Ensiklope-

diyası”nda yazılanlar daha dəqiqdir.

Burada Şurudun Culfadan 36 kilometr

yox, 23 kilometr şimalda yerləşdiyi,

əhalisinin isə 163 nəfər olduğu gös-

tərilir. Kənddə klub, orta məktəb, hə-

kim ambulatoriyası, habelə 2 kitabxana

vardır. Bu yazılanlar isə 2000-ci ilin

məlumatıdır. Şurud 4 tərəfdən dağlar,

təpələrlə əhatə olunub və kəndin hün-

dür yerindən baxanda Gəmiqaya apay-

dın  görünür.  Və  yadıma  düşür  ki,

Gəmiqayanın o üzündə – Qərbi Azər-

baycanda “Şurud” adının həmqafiyəsi

kimi səslənən daha iki kəndimiz olub

və var: Kurud və Urud. Əlbəttə, belə

araşdırmalar  tədqiqatçıların  işidir.

Ona  görə  də  qayıdıram  Şurud  haq-

qında bildiklərimə. Şurud tarixi kənd-

dir. Ondan ötrü yox ki, yaranma tarixi

neçə-neçə  əsrlərin  o  üzünə  gedib

çıxır, ona qalsa, Şuruddan da qədim

yaşayış məntəqələrimiz az deyil. Bəs

onda bu kəndin tarixiliyi nə ilə bağ-

lıdır? Qayıdaq bir az əvvələ. Keçmiş

imperiya  qurulanda  hökumət  elan

elədi ki, torpaq kəndlinindir. Və üs-

tündən 5-10 il keçəndən sonra ortaya

kolxoz  məsələsi  çıxdı  və  kimə  nə

vaxt,  nə  qədər  torpaq  verilmişdisə,

əllərindən alıb qatdılar kolxoza. 

    Kənddə kolxoz deyilən oyunbaz-

lıqla  dolu  təsərrüfat  formasının  adı

vardı və bundan da 5-10 nəfər fayda-

lanırdı. Ona görə də hələ 1970-ci il-

lərdə Şurud kolxozu sovxoza çevrildi

və təsərrüfatı Xanağa kəndindəki döv-

lət  təsərrüfatı  ilə  birləşdirdilər.  Bu

birləşməni  o  vədə  belə  əsaslandır-

mışdılar  ki,  guya  Xanağa  ilə  Şurud

qonşu kəndlərdir. Bir-birinə əl uzatsan,

çatasıdır  və  aralarındakı  məsafə  də

heç 3 kilometr deyil. Halbuki bu iki

kəndi bir-birindən 13 kilometrlik bir

məsafə  ayırırdı.  Şurudlu  bir  arayışı

almaq üçün gərək pay-piyada üz tu-

taydı Xanağaya. Ona görə pay-piyada

deyirəm ki, o vədə şurudlunun avto-

maşını hardaydı, olsaydı-olsaydı, bir

arıq yabısı, yainki bir ulağı olardı, ya

olmazdı. 

    Yazımın bu məqamında qayıdıram

bu  günümüzə.  Kənd  adamının  söh-

bətindən aydın oldu ki, Şurudda heç

olmasa, bir nəqliyyat vasitəsi olmayan

ailə  yoxdur.  Onu  da  bildirdilər  ki,

hələ bu harasıdır, Arifin, Ələmdarın,

Farizin,  İlhamın,  Elnurun  hərəsinin

iki maşını var. 

    Oxucuya çatdırdım ki, Şurud tarixi

kənddir.  Və  bu  tarixiliyi  açıqlamaq

elə buradaca yerinə düşərdi. Sovetlər

dönəmində  şurudluların  güzəranı  o

qədər də ürəkaçan olmayıb. Kollektiv

təsərrüfat  bu  ucqar  dağ  kəndində

özünü  doğrultmurdu,  di  gəl  ki,  o

vaxtkı raykomun, ispolkomun və neçə-

neçə belə “kom”ların hünəri çatmırdı,

daha  yuxarılara  çatdırsın  ki,  balam,

bu  camaatın  dolanışığına  bir  əncam

qılın.  Çünki  “proletariatın  dahi  rəh-

bəri”nin təbirincə, kəndin kollektiv-

ləşməsi kəndlinin yağ-bal içində üz-

məsi demək idi. 

    Tale bu yurdun insanlarının üzünə

güldü. Ötən əsrin 90-cı illərinin əv-

vəllərində  ümummilli  lider  Heydər

Əliyev Naxçıvana gəldi. Ulu öndərin

ilk  təşəbbüslərindən  biri  də  belə  tə-

sərrüfatların, yəni özünü doğrultmayan

kolxozların ləğv edilməsindən ibarət

oldu. Bu təşəbbüs ilk dəfə Culfa ra-

yonunun Şurud kəndində həyata ke-

çirildi. Göstəriş də belə oldu ki, kol-

xozun  bütün  varidatı  və  torpaqları

bərabər surətdə həmin kəndin sakin-

lərinə paylansın. Böyük Yaradan şu-

rudlulara  ürəkləri  istəyincə  torpaq

vermişdi  və  hesablayıb  gördülər  ki,

uşaqlı-böyüklü adambaşına 2,2 hektar

torpaq sahəsi düşür. Torpaq payı bir

neçə yerdən bölündü, əsas hissəsi də

dəmyə  torpaqlar  oldu.  Amma  kənd

adamları bu yerlərdən bacarıqla isti-

fadə  etməyə  başladılar;  dədə-baba

əkinçilik üsullarını işə saldılar, örüşlər,

otlaqlar,  biçənəklər  camaatın  karına

gəldi,  əkinçilik,  heyvandarlıq,  mal-

darlıq, bağçılıq, arıçılıq ilbəil təşəkkül

tapmağa  başladı.  Qapısından  quzu

mələrtisi  gəlməyən  şurudluların  na-

xırları, sürüləri kəndi dövrələyən yol-

yamaca,  dağ  döşlərinə  yayıldı. Yaşı

83-ü adlayan Əli kişi ilə söhbət edirəm,

Əli Şəkərəliyevlə. Söhbətcil adamdır,

üstəlik, hər sözbaşı dediyi bir qoşma,

bayatı, bir şeir parçası söhbətinə şi-

rinlik qatır.  

    –  Oğul-uşağın  hamısını  yerbəyer

eləmişəm,  –  deyir.  – Amma  işsiz-

gücsüz qala bilmirəm. Kartof, kələm

əkirəm,  10  baş  qaramalım,  50  baş

davarım var, 15 arı ailəsi saxlayıram.

Şurud torpağı bərəkətlidir, bu il tondan

çox kartofum oldu. Özümə artıqlığınca

bəs  eləyən  meyvə-tərəvəz  də  onun

kimi.  Nə  bazara,  nə  dükana,  nə  də

doğmaya,  yada  ehtiyacım  var.  Hələ

imkanım  düşdükcə,  mən  onlara  əl

uzadıram. Bilirsən, burda şair nə təhər

deyib? Deyib ki:



Ucal kamalınla, alın tərinlə,

Zirvələr yaransın qoy əməlinlə

Xeyirsiz-bəhrəsiz gəzmə dünyada.

    Söz  sözü,  söhbət  söhbəti  gətirir.

Əli kişi özündən çox şurudluları tə-

rifləyir,  “işgüzar,  zəhmətkeş  adam-

lardır”, – deyir. – Hamısını yaxşı ta-

nıyıram, bu əlimin içi kimi. 

    Və  ovcunu  açıb  göstərir,  əlinin

içində qabarlar görürəm. Bunlar kə-

rəntinin, belin, orağın qabar izləridir.

Dağ  kəndinin  hər  yerində  texnika,

maşın, traktor kara gəlmir. 

    Şuruda  çox  yolum  düşüb,  insan-

larını da az-çox tanıyıram, o var ki,

bu yerlərin axarlı-baxarlı vədəsi yaz,

bir də yayın əvvəlləri olur. Göy dağ,

Qara dərə, Qara Nəbi, Məmməd düzü,

Yarpaqlı, adlarının çoxunu unutduğum

bu yol-yamacların hər qarışı bir cən-

nətməkandır, iki göz istəyir ki, tamaşa

eləsin.


    Əli kişi Şurudu dövrələyən təpələrə,

dağlara, yal-yamaclara nisgillə baxır,

–  hə, qardaş, – deyir:

    Dağlar marala qaldı,



    Otu sarala qaldı.

    Yaşıl tala, göy çəmən,

    Yenə marala qaldı.

     – Amma  qışdan  sonra  yenə  yaz

gələcək, yenə dünya öz gözəllik do-

nunu geyəcək, yenə dağların qarı əri-

yəcək, dərələri dolduran lilpar sular

dağların, təpələrin yan-yörəsinə həyat

eşqi  bəxş  edəcək,  yenə  bu  düz-dü-

zəngahlardan  bənövşə  ətri  gələcək,

şəfalı  otlar  dirilik  suyu  kimi  ömrü-

müzün üstünə ömür qoyacaq: bunları

da mən deyirəm.

    Şurudlular ələbaxan deyillər. So-

ruşdum ki, kənddə dövlətdən yardım

alan varmı, məsələn, ünvanlı sosial

yardım?  Dedilər, Allaha  şükür,  əli-

mizə, ayağımıza nə gəlib, bu boyda

torpağımız, örüşümüz, otlağımız ola-

ola hökumətdən yardım istəyək? Hələ

indiyəcən bir şurudlu nə rayon təş-

kilatlarına,  nə  də  respublika  təşki-

latlarına belə yardımlar üçün müraciət

etməyib.


    Gün-günorta  yerində  idi.  Kənd

məktəbinin  direktoru  Müşfiq  müəl-

limin yaşıllığa bürünmüş bağçasında

nahar  süfrəsi  açılmışdı.  Stolun  üs-

tündəki nemətlərə göz gəzdirdim, dü-

kan-bazardan alınan bir təam da gözə

dəymirdi,  hamısı  Şurud  torpağının

yetişdirdiyi  məhsullar  idi.  Müşfiq

müəllimin  kefi  kökdür,  niyə  də  ol-

masın.  Bu  il  Şurud  məktəbini  beş

nəfər  bitirib,  beşi  də  ali  məktəbə

daxil olub, ikisi 500-dən yuxarı, ikisi

isə 400-dən yuxarı bal toplayıb. Müəl-

lim  üçün  bundan  böyük  xoşbəxtlik

nə ola bilər? 

    Şurudda Mirəli İmaməliyevi kənd

ağsaqqalı  kimi  tanıyırlar,  sinni  80-i

çoxdan arxada qoyub. Necə deyərlər,

bir çətən oğul-uşağı, nəvəsi, nəticəsi

var. Amma o böyüklükdə ev-eşikdə,

həyət-bağçada  ömür-gün  yoldaşı  ilə

yaşayır.  Keçən  yay  yolum  Şuruda

düşmüşdü,  Mirəli  kişinin  həyətində

bir  qələbəlik,  bir  çal-oynasın  vardı

ki, dedim bəs toy məclisinə düşmüşəm.

Sən demə, Mirəli kişinin oğul-qızları,

nəvə-nəticələri  Bakıdan  gəliblər  ki,

dağ kəndində istirahət eləsinlər. Nədən

ki,  Şurudun  havası,  yazın  axırları,

yayın  əvvəllərindəki  gülzarlığa  bü-

rünmüş yal-yastanları, dörd tərəfə çi-

tənmiş çiçəkliklər, çəmənliklər dün-

yanın mənəm-mənəm deyən kurort-

larının arxasını yerə vurar. Təkcə bun-

larmı? Mirəli kişinin  öz əli ilə əkib

ərsəyə gətirdiyi neçə cür meyvə ağac-

larından bal daman meyvələr, səhər-

səhər sarı inəyin südü, keçi pendiri,

qoyun qatığı, evin arxasına düzülən

və sayı-hesabı bəlli olmayan arı pə-

təklərinin  balı,  sac  lavaşı,  daha  nə-

lər-nələr qonaqları gözləyirdi. 

    Yazımın bu yerində bir məsələyə

aydınlıq  gətirmək  istəyirəm.  Çünki

oxucu elə düşünməsin ki, şurudlular

Şurudu  tərk  edirlər,  xeyr.  Əksinə,

kəndin  sakinlərinin  sayı  ilbəil  artır,

amma  o  da  var  ki,  dağ  kəndindən

çıxıb dağ kəndinə sığışmayan mütə-

xəssislər də az deyil. Kənddə öyrəndim

ki, ən azı 50 şurudlu ailəsi Naxçıvan

şəhərində,  Bakıda,  başqa  şəhərlərdə

yaşayır və ən önəmlisi də budur ki,

heç  kəs  ata-baba  yurdunu  unutmur.

Eyni zamanda gənc ailələrin də sayı

ilbəil artır və hazırda Şurudda 27 ailə,

46 təsərrüfat var. Əhalisinin də sayı

190  nəfəri  ötüb.  Bəli,  yazdıqlarımı

ensiklopediya məlumatları da təsdiq-

ləyir. 1986-cı ildə 116 nəfər, 2000-ci

ildə 163 nəfər, 2013-cü ildə 190 nəfər.

Hələ Şuruddan kənarda yaşayan şu-

rudluları bura qatmıram.

    Kənddə  adambaşına  2,2  hektar

torpaq  düşməsinə  baxmayaraq,  su-

varılan torpaq, demək olar ki, yoxdur;

su  həyətlərə  uzanan  rezin  borularla

qayda-qanunla,  növbə  ilə  verilir,

verilir ki, o qədər də böyük olmayan

həyətlərin ağac-budağı, ailə ehtiyac-

larını ödəyəcək tərəvəz, göyərti ləkləri

qurumasın.  Amma  haqqına  demək

lazımdır ki, həyət-bağçaların yaşıllı-

ğına söz ola bilməz. Kəndin icra nü-

mayəndəsi  Cəbrayıl  Nuriyevin  hə-

yətindəki tut ağacının kölgəsinə qo-

yulmuş  kətillərdə  Hüseyn  müəllim

oturub,  83-84  yaşlı  Əli  kişi  oturub,

Əli  Orucov  və  başqaları  da  oturub,

söhbət yenə işdən-gücdən gedir, lap

çox da su məsələsindən, telefon xid-

məti məsələsindən. Deyirlər ki, kənd-

də  hamının  evində  telefon  var,  bir-

birləri  ilə  rahat  danışırlar.  Amma

kənddən  kənar  biri  ilə  danışanda

gərək  biri  danışıb  qurtara,  sonra  o

birinə  imkan  yarana.  Şurudda  bir

neçə  kəhriz var: Şah Abbas kəhrizi,

Kənd  kəhrizi, Yarpaqlı  kəhrizi.  De-

diklərinə  görə,  əsasən,  Şah  Abbas

kəhrizinin suyundan istifadə edirlər,

o biri kəhrizlərin təmirə ehtiyacı var.

Fikirləşdim ki, muxtar respublikada

ən müasir rabitə xidməti və ən güclü

suvarma  sistemi  mövcuddur.  Azər-

baycandakı yeganə Kəhrizlər İdarəsi

də  Naxçıvandadır.  Bütün  kəhrizlər

də bu idarənin nəzarətindədir, təmir

edirlər, qaydaya salırlar, suyunun yo-

lun-yolağasın açırlar… Yəqin ki, ya-

xın zamanlarda Şuruddakı kəhrizlər

də bərpa olunacaq. 

    Yarpaqlı  kəhrizi  dedim, Yarpaqlı

yadıma düşdü. Kənddən bir neçə ki-

lometr aralıda olan Yarpaqlıda o qədər

də  ağac-budaq  gözə  dəymir  və  şu-

rudluların  dədə-babaları  dağ  dolay-

larının o üzündəki bu geniş düz-dü-

zəngaha  nə  əcəb  bu  adı  qoyublar?

Keçənilki yazın axırlarında Yarpaqlıya

getdim.  İlahi,  bir  gözəllik,  gələnləri

valeh  edən  cənnətməkan  bir  guşə,

nağıllarda  deyildiyi  kimi,  gül  gülü,

bülbül  bülbülü  çağırır.  Təbiətin  bu

gözəlliyinə bir insan saflığı da qarış-

mışdı: bu gözəlliyin dörd yanına yüz-

lərlə,  bəlkə,  daha  çox  arı  pətəkləri

düzülmüşdü – nə bir gözləyəni vardı,

nə bir qoruqçusu, nə bir keşikçisi.

    Soruşdum ki, bunların bir sahibi,

yiyəsi var, ya yox?

    Şurudlu yol yoldaşım cavab qay-

tardı ki, bu qədər var-dövlətin yiyəsi,

sahibi olmazmı? Amma kimsə kim-

sənin malına əl uzatmaz. Çünki dün-

yanın yeganə canlısıdır ki, arı halallıq

sevir, haram əl dəydisə, hər şey fani

olub gedir.

    Naxçıvan  şəhərinə  Günəş  səhər

ertə Haça dağın ortasından boylanır,

Şurudda  isə  Haça  dağın  arxasında

batır.  Dünyanın  bir  möcüzəsi  də  bu

deyilmi?  Və  Əlahəzrət  Günəş  Haça

dağın o üzünə tərəf səmt alanda mən

də  yazı-pozu  ləvazimatımı  götürüb

bir parça qismət kəsdiyim, suyundan

içdiyim, söz-söhbətlərindən bu yazımı

ərsəyə gətirəcəyim insanlarla sağol-

laşıram.  “Salamat  qalın!”  deyirəm,

Göy  dağ,  Qara  dərə,  Nəbi  yurdu,

Məmməd düzü, suyu bal dadan Şah

Abbas kəhrizi, bir ağacı, yarpağı ol-

mayan,  cənnətməkan  Yarpaqlı  düz-

düzəngahı, salamat qal, Şuruddan gö-

rünən Peyğəmbər yadigarı Gəmiqaya,

o üzdəki doğma torpaqlarımız Kurud,

Urud,  salamat  qal,  tanıdığım,  tanı-

madığım insanlar! Sizə “əlvida” de-

mirəm, “salamat qalın, salamat qalın”

deyirəm,  sabah  təzədən  sizə  salam

vermək üçün. Və bilin ki, muxtar res-

publika rəhbərinin diqqət və qayğısı

bütün  kəndlərimizin  üstündədir;  o

cümlədən Şurudun da. Bir də arxayın

olun ki, çiyninizdə qüdrətli bir əl, ar-

xanızda hər an sizin qayğınızı çəkən

bir  qüvvə  durur  –  bu,  Azərbaycan

dövlətidir, sənin, mənim – hamımızın

dövləti.

H

H

ər il muxtar respublikamızın neçə-neçə kəndində kompleks qu-

ruculuq  tədbirləri  həyata  keçirilir,  kəndlərimiz  gündən-günə

abadlaşır.  Doğrudur,  Şurud  kəndində  də  bir  neçə  il  bundan  əvvəl

quruculuq  işləri  həyata  keçirilib,  məktəb  binası  tikilib.  Şurudda  da

kompleks  quruculuq  işlərinin  aparılacağına,  bu  kəndin  daha  müasir

yaşayış məntəqəsinə çevriləcəyinə bütün şurudlular ürəkdən inanırlar. 

D

ünyanın yeddi möcüzəsi kimi meydan oxuyan təbiət çalarları bizim yurd-yuvamıza şamil edilə

bilməz,  nədən  ki,  Naxçıvan  belə  möcüzələr  diyarıdır.  Burada  min  kilometrlərlə  uzanıb  gedən

Tayqa  meşələri,  yainki  elə  ondan  da  böyük  səhralıqlar  yoxdur,  insan  hər  dəfə  başını  qaldırıb  yan-

yörəsinə  baxanda  bir  təzəliklə,  ana  təbiətin  bir  əsrarəngiz  gözəlliyi  ilə  rastlaşır.  Naxçıvanın  təbiət

emblemi kimi tanınan və naxçıvanlıların “Haça dağ” adlandırdıqları bu təbiət heykəlinin arxa tərəfindəki

sərt qayalıqlar, sonra yavaş-yavaş mülayimləşən yollar, yastanlar və dərənin lap dibindən özünə yol-iz

salan  su  sızıntıları,  bu  sızıntılardan  həyat  gücü  alan  yaşıl  talalar,  adda-budda  gözə  dəyən  azman

ağaclar, təpələrə, dağ döşlərinə səpələnmiş naxırlar, sürülər və hərdən bu var-dövləti haylayıb haraylayan

çoban  səsləri  təbiətin  harmoniyası  ilə  bir  ahəngdarlıq  yaradır.  Bu  yerlər  Culfa  rayonunun  dağ  kəndi

olan Şurud səmtindədir.

Nurəddin BABAYEV

    Cari ilin taxıl tədarükü

mövsümünü  uğurla  başa

çatdıran  muxtar  respubli-

kanın torpaq mülkiyyətçi-

ləri, sahibkar və fermerlər

havaların əlverişli keçmə-

sindən səmərəli istifadə et-

məyə səy göstərirlər. Onlar

2014-cü ilin bol məhsulu-

nun  əsasını  qoymaq  üçün

şum qaldırılmasını sürətlə

davam  etdirirlər.  Bunun

üçün  əvvəlcədən  görülən

hazırlıq tədbirləri bəhrələ-

rini verir. Yanacaq tədarü-

kü, texnika üçün zəruri eh-

tiyat hissələrinin əldə olun-

ması  diqqət  mərkəzində

saxlanıldığından şum qal-

dırılmasında ciddi problem-

lərlə  üzləşilmir.  Naxçıvan

Muxtar Respublikası Kənd

Təsərrüfatı Nazirliyindən al-

dığımız operativ məlumata

görə,  muxtar  respublikada

sentyabr  ayının  23-dək  7

min 680 hektar sahədə şum

qaldırılıb. Şum qaldırılma-

sında keyfiyyət amilinə ciddi

diqqət yetirilir. Çünki məh-

suldarlığın  artırılmasında

keyfiyyətli şum xüsusi əhə-

miyyətə malikdir.

    Babək  rayonunun  taxıl-

çıları  2840  hektar  sahəni

əkinəyararlı vəziyyətə gəti-

riblər. Şum qaldırılmasında

babəklilərdən  sonra  şərur-

lular  irəlidə  gedir.  Bu  böl-

gədə 1695 hektar sahə şum-

lanıb.  Kəngərli  rayonunda

isə hələlik 1200 hektar sa-

hədə şum qaldırılması başa

çatdırılıb. Culfalılar 805 hek-

tar sahədə şum qaldırılma-

sını yekunlaşdırıblar. Ordu-

bad  rayonunda  407,  Şah-

buzda  358,  Sədərək  rayo-

nunda 240, Naxçıvan şəhə-

rində  isə  135  hektar  sahə

şumlanıb.

    Şum qaldırılması sürətlə

davam etdirilir.



Şum qaldırılması

davam etdirlir

Salam, dağ kəndi

     Muxtar respublikamızda

həyata keçirilən iqtisadi in-

kişaf strategiyasının mühüm

bir  istiqaməti  də  əhalinin

ilin bütün fəsillərində yük-

səkkeyfiyyətli  ərzaq  məh-

sullarına  olan  tələbatının

ödənilməsidir. Bu məqsədlə

idxaldan  asılılığın  tədricən

azaldılaraq aradan qaldırıl-

ması  üçün  geniş  soyuducu

anbar və istixana kompleks-

ləri  yaradılmaq  da,  onların

gücündən istifa də olunmaq-

dadır. Naxçıvan Mux     tar Res-

publikası  İqtisadi  İnkişaf

Nazirliyindən bu barədə re-

daksiyamıza daxil olan son

məlumatda  bu  ilin  1  iyul

tarixindən 23 sentyabradək

muxtar  respublikada  fəa-

liyyət  göstərən  soyuducu

anbarlara  tədarük  edilən

meyvə-tərəvəzin həcminin

650  tona  çatdığı  bildirilir.

Builki payızda yetişdirilmiş

bol məhsulun anbarlara tə-

darükü qarşıdakı qış fəslində

muxtar respublika əhalisinin

keyfiyyətli yerli məhsullarla

təmin olunacağından xəbər

verir. Xatırladaq ki, hazırda

muxtar respublikada ümumi

tutumu 11 min 770 ton olan

14 soyuducu anbar fəaliyyət

göstərir.

Xəbərlər şöbəsi

Qış aylarında yerli

meyvə-tərəvəz 

məhsulları bol 

olacaq



Yüklə 252,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə