24
Yeniyetmə yaşlı məktəblilər üçün
sinifdənxaric oxu materialları
Azərbaycan ədəbiyyatı
-
Almas İldırım. “Qara dastan”
-
Anar. “Yağışlı gecə”, “İki dəniz”, “Bayram həsrətində”, “Üç
sandıq hekayəsi”
-
Aşıq Ələsgər. “Görmədim”, “Durnalar”
-
Bəxtiyar Vahabzadə. “Gülüstan”, “Torpaqdan pay olmaz”,
“Anamın kitabı”
-
Cabir Novruz. “Sevin Azərbaycanı”, “Vətəni sevmək azdır”
-
Cəlil Məmmədquluzadə. “Danabaş kəndinin əhvalatları”,
“Çay dəstgahı”
-
Cəfər Cabbarlı. “Azərbaycan bayrağına”, “Dan ulduzu”,
“Mənsur və Sitarə”, “Gülzar”, “Dilbər”, “Oqtay Eloğlu”, “Qız
qalası”
-
Elçin Əfəndiyev. “Balaca ayı balası”, “İki çal papağın və bir
qara kepkanın nağılı”
-
Əhməd Cavad. “Səlim xan”, “Əlvida Bakı.”
-
İlyas Əfəndiyev. “Yasəmən ağacı”, “Qoruqlarda”, “Maraqlı
hadisə”,
-
İsa Hüseynov. “Tütək səsi”, “Saz”
-
İsmayıl Şıxlı. “Dəli Kür”, “Namərd gülləsi”,
-
Xəlil Rza Ulutürk. “Oğlum Təbrizə”
-
Qəhrəmanlıq dastanları. “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”,
“Qurbani”, “Aşıq Qərib”.
-
Nəriman Həsənzadə. “Bir əsgərin bayraq qızı”
-
Nizami Gəncəvi. “Az danışmağın gözəlliyi”, “Sirlər
xəzinəsi”, “Xosrov və Şirin”
25
-
Məhəmməd Füzuli. “Leyli və Məcnun”, “Şikayətnamə”
-
Məhəmməd Şəhriyar. “Heydər babaya salam”
-
Məmməd Araz. “Üç oğul anası”, “Yeddi bulaq əfsanəsi”,
“Paslı qılınc”,
-
Mikayıl Müşfiq. “Ana”, “Küləklər”, “Dağlar”, “Göygöl”.
-
Mirzə Ələkbər Sabir. “Oxutmuram əl çəkin”, “Kim nə deyər
bizdə olan qeyrətə”
-
Mirzə Fətəli Axundov. “Aldanmış kəvakib”, “Hacı Qara”
-
Mir Cəlal. “Pərzad”, “Qaymaq”, “Dost görüşü”, “Açıq
kitab”, “Dirilən adam”
-
Mirmehdi Seyidzadə. “Təmsillər”
-
Mirzə ibrahimov. “Güləbətin”, “Çobanın məsləhəti”,
“Şairin yadigarı”, “Murovdağın ətəyində”
-
Rəsul Rza. “Qızılgül olmayaydı”, “Yadıma düşdü”, “Çinar”,
“Vətəndən uzaqda”
-
Süleyman Sani Axudov. “Qorxulu nağıllar”
-
Süleyman Rüstəm. “Ana və poçtalyon”, “Deyilmi”,
“Çimnaz xanım yuxudadır”, “Durna”
-
Səməd Vurğun. “Qız qayası”, “Aygün”, “İnsan”
-
“Kitabi-Dədə Qorqud”
-
“Kitabi-Dədə Qorqud”. Əsl və sadələşdirilmiş mətnlər
-
“Koroğlu dastanı”.
26
Dünya ədəbiyyatı
▪
Aqata Kristi. “Mavi kuzənin sirri”
▪
Aleksandr Düma. “Üç muşketyor”
▪
Artur Konan Doyl. “Brilyant tac”
▪
Redyard Kiplinq. “Cəngəlliklərin kitabı”, “Cəsur kapitanlar”
▪
Ceyms Fenimor Kuper. “Ləpirçi”
▪
Conatan Svift. “Qulliverin səyahəti”
▪
Daniel Defo. “Robinzon kruzo”, “Kapitan Silqton”.
▪
Çingiz Aytmatov. “Dəniz kənarı ilə qaçan alabaş”, “Vəhşi it
Dinqo”, “Ağ gəmi”
▪
Fyodor Dostoyevski. “Gülməli adamın yuxusu”
▪
Homer. “İliada”, “Odisseya”
▪
İvan Krılov. “ Qartal və toyuqlar”, “Qartal və tülkü”
▪
Jül Vern. “Kapitan Qrantın uşaqları”
▪
Lev Tolstoy. “İlyas”, “Üç sual”
▪
Lyuis Stivenson. “Dəfinələr adası”
▪
Mark Tven. “Tom Soyerin macəraları”.
▪
Plutarx. “İsida və Osiris”
27
Dünyada nə qədər kitab var belə
Çalışıb, əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dür çıxardım.
(Nizami Gəncəvi. Azərbaycan şairi)
Böyük yaşlı məktəblilərin mütaliəsinə rəhbərlik
Erkən gənclik şəxsiyyətin əsas keyfiyyətlərinin formalaş-
dığı və ictimai fəallığının artdığı dövrdür. Bu yaşda bir sıra
yeni keyfiyyətlər meydana gəlir: özünü dərketmə, özünü
qiymətləndirmə və mənlik şüuru inkişaf edir; əxlaqi görüş və
əqidənin, dünyagörüşünün formalaşması baş verir; müstəqillik,
özünütəsdiq və özünütərbiyə meyli güclənir.
Böyük məktəblilərdə öz hissləri və fikirləri üzərində
düşüncələr, özünüdərketmə tələbatı güclüdür. "Mən kiməm?",
"Nəyə qabiləm?", "Həyatın mənası nədir?" kimi suallar onları
düşündürür. Bu yaşda əxlaqi məsələlərə də maraq güclənir.
Sözü üzə demək, prinsipiallıq, düzlük gənclər üçün
xarakterikdir.
Onlar adamlarda düzlüyü, təvazökarlığı,
əməksevərliyi, sadəlik və xeyirxahlığı daha yüksək
qiymətləndirirlər. Erkən gənclik yaşında təlimə maraq artır. Bu
isə onlarda yeni ictimai motivlərin və özünütəhsil tələbatının
yaranması ilə bağlıdır. Fənnə maraq çox vaxt elmə olan marağa
çevrilir. Bu zaman mütaliə məktəblilərin tərbiyəsində mühüm
əhəmiyyət kəsb edir. Bu yaşda kitabı bütünlüklə oxumaq, əsəri
dərk etmək mütaliə mədəniyyətinin vacib ünsürüdür. Kitab
məktəblilərin marağını, mənəvi tələbatını ödəyir, təfəkkürünü
inkişaf etdirir, yeni bilik qazandırır. Oxunan mətnin tipindən,
Dostları ilə paylaş: |