5
yəsini qüvvətləndirmək lazımdır. Ümumiyyətlə isə mütaliə
əsasən aşağıdakı istiqamətlərdə aparılmalıdır:
İdeya-siyasi istiqamətdə. Gələcəkdə hansı peşəni
seçəcəyindən, hansı elmləri daha çox oxuyub - öyrənəcəyindən
asılı olmayaraq bu istiqamətdə mütaliəyə xüsusi diqqət
yetirilməlidir. Müstəqil Azərbaycan Respublikasının daxili və
xarici siyasəti, uşaq hüquqlarının qorunması üzrə görülən işləri,
habelə dünyanın bir çox ölkələri haqqında, dünyada baş verən
hadisələri əks etdirən kitabları, qəzet və jurnal səhifələrindəki
yazıları oxumaq məqsədəmüvafiq hesab edilir.
Elmi-kütləvi ədəbiyyat üzrə. Hər məktəbli, eyni
zamanda, elm və texnikanın, mədəniyyətin müxtəlif sahələrinin
başlıca xüsusiyyətləri, yenilikləri ilə tanış olarsa, bu onun
dünyagörüşünün genişlənməsinə, ümumi inkişafına əsaslı təsir
göstərər.
Məktəbdə tədris edilən fənlər və gələcəkdə seçiləcək
elm-sənət sahəsi üzrə. Bu istiqamətdə mütaliəyə xüsusi fikir
verən məktəblilər qarşıya qoyduqları məqsədlərə daha tez
çatırlar. Onların təlim uğurları gündən-günə artır. Orta
məktəbdə və gələcəkdə təhsil alacaqları ali və orta ixtisas
məktəblərində fəallar, əlaçılar sırasında olmağa əsaslı bünövrə
yaradır.
Bədii ədəbiyyat üzrə. Bu istiqamətdə mütaliə etmək də
vacibdir. Hər bir məktəbli dünyada tanınan görkəmli şair və
yazıçıların, habelə müasir dövrdə yazıb-yaradan söz-sənət
ustalarının əsərləri ilə müntəzəm tanış olsa yaxşıdır. Bədii
ədəbiyyat üzrə mütaliə hər bir şagirdin estetik hisslərini,
zövqünü inkişaf etdirir. Ətraf aləmə, ən başlıcası isə insanlara
və ətraf mühitə qayğı hissini qüvvətləndirir.
6
Yuxarıda göstərilən istiqamətlərdə mütaliə hər bir
şagirdin daha ahəngdar, hərtərəfli inkişafında mühüm rol
oynayır.
Mütaliədən bəhs edərkən ortaya çıxan məsələlərdən biri
də hansı dildə oxumaqdır. Əlbəttə hər bir şəxs mükəmməl
bildiyi dildə mütaliə etməlidir. Bununla belə, xarici dillərdə, o
cümlədən, daha geniş yayılan rus, ingilis dillərində mütaliə də
müasir gənclərin gələcək uğurlarına əsaslı təsir göstərəcəkdir.
7
“Bilmək üçün oxuyun, bacarmaq üçün oxuyun,
yaşatmaq üçün oxuyun, qəlbinizə və ruhunuza
yaxın olan nə varsa, onların uğrunda mübarizə
aparmaq üçün oxuyun!”
(Heydər Əliyev. Ümummilli lider)
Sinifdənxaric mütaliə vərdişlərinin
formalaşdırılmasında ifadəli qiraətin rolu
Kitab oxumaq bir alışqanlıqdır. Bu alışqanlığı olan insan
başqalarında xoş təəssürat yaradır və həyatda daha çox uğur
qazanır. Kitabların ətrafında böyüyən uşaqlar 20-25 yaşa
çatdıqda həyata baxışları, geniş dünyagörüşləri ilə yaşıd-
larından kəskin fərqlənirlər. Lakin bu adəti uşaqlara erkən
yaşlarından aşılamaq lazımdır. Bunun üçün ilk növbədə evdə
kitab guşəsi yaratmaq vacibdir. Müxtəlif qəzet, jurnal və
kitablardan təşkil olunmuş kitabxana uşaqları kitab oxumağa
həvəsləndirmək üçün əhəmiyyətli vasitədir. Uşaqları erkən
yaşlarından kitabxanaya və kitab mağazasına aparmaq və ona
sərbəst kitab seçmək vərdişi aşılamaq da vacib şərtdir. 7 yaşa
qədər olan uşağın qazandığı hər bir bilik gələcəkdə 7 qat olaraq
ona geri dönür. Məhz elə buna görə də, valideynlərin
övladlarına kiçik yaşlarda sərf etdikləri zaman gələcəkdə vaxta
daha çox qənaət etməyə xidmət edəcəkdir. Müşahidələr
göstərir ki, mütaliə vərdişləri aşılamaq üçün uşaqlara erkən
yaşlarından qiraət üçün vaxt ayırmaq lazımdır. Görkəmli alman
filosoflarından birinin qızı xatirələrində atasının öz övladlarının
tərbiyəsində mütaliənin qiraət üsulundan, xüsusən, ucadan oxu
növündən geniş istifadə etdiyini yazır. “Atamın adəti gəzinti
8
vaxtı uşaqlara xalq nağılları söyləmək idi. O, həmçinin öz
uşaqlarına ucadan qiraət oxuyurdu. Mənə qədər necə
bacılarıma, eləcə də mənə Homerin bütün əsərlərini, “Nibelunq
haqqında mahnı”nı, “Qudrun”u, “Don-Kixot”u, “Min bir
gecə”ni və s. tam oxuyurdu. Şekspirin əsərlərinə gəldikdə,
onlar bizim evdə stolüstü kitablar idi. Atam mənimlə povestlər
oxuyurdu və onların məzmununu öz qızları ilə ciddi surətdə
büsbütün müzakirə edirdi”.
Evdə həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin
etmək olduqca faydalı hesab olunur. Hər bir ailə üzvünün
oturub kitab oxuması ailə üzvləri arasında münasibətin daha da
mehribanlaşmasına, həm də uşaqlarda kitab oxumaq həvəsinin
yaranmasına kömək edir. Qiraətin mövzusunun da məqsədəuy-
ğun seçilməsi olduqca vacibdir. Seçilmiş əsər müəyyən
tələblərə cavab verməlidir: o yüksək bədiiliyi, parlaq və
dinamik məzmunu, ədəbi dili, böyük tərbiyəvi təsiri ilə
fərqlənməli; ikincisi, həcm və dil cəhətdən yaş dərəcəsinə
uyğun olmalıdır. İfadəli qiraətdə əsas məqsəd kitabla tanışlıq,
ucadan oxu, oxunacaq və oxunmuş kitab haqqında söhbət və
fikir mübadiləsidir. Qiraət prosesində giriş və yekun söhbəti
böyük əhəmiyyətə malikdir. Oxunan kitabları müzakirə etmək
uşaqlar üçün çox maraqlı olacaqdır. Bundan başqa oxunan
kitablar haqqında fikirləri bir dəftərə qeyd etmək də yaxşı
nəticə verir. Belə üsullar uşaqda öz fikrini çatdırmaq
qabiliyyətini daha da artırmağa kömək edir.
Mütaliə etmək hər bir məktəblinin biliyini artırmaqdan
əlavə qavrama, təxəyyül və yaradıcılıq qabiliyyətini, dünya
görüşünü də artırır. Yeni sözlərin öyrənilməsi sayəsində beyin
inkişaf edir, insan daha savadlı yazır və fikrini düzgün çatdıra
bilir. Təcrübə göstərir ki, belə uşaqların qavrama qabiliyyəti
artır və onlar təhsildə daha çox uğur qazanırlar. Pedaqoji
Dostları ilə paylaş: |