50
Ġranda adətdir keçmiĢdən bəri
AtəĢkədə idi alimlər yeri,
Orda saxlanardı, sərvət, xəzinə
DüĢməsin baĢqa bir Ģəxsin əlinə.
Hər sonsuz varlı da, “Savabdır” - deyə
Malını qoyardı atəĢkədəyə,
Ölkələr düĢmüĢkən dərmansız dərdə,
Bir xəzinə idilər AtəĢkədələr.
Buradan aydın olur ki, AtəĢkədələr təkcə ibadət yeri, dini mə-
rasimləri icra etmək yeri olmamıĢ, həm də alimlər yeri, ədəb-ərkan
yeri, bir mədəniyyət, təhsil mərkəzi olmuĢdur. Müəllim və alimlər
burada təlim və tərbiyə ilə, pedaqoji iĢlə məĢğul olmuĢlar. AtəĢkədə
və atəĢgahlarda təlim-tərbiyə iĢləri ilə mağlar (muğlar), atərvanlar
(Od qoruyanlar) məĢğul olurdular. Həmin məktəbin təlim-tərbiyə
proqramı üç mühüm hissəyə bölünürdü: 1) Dini-əxlaqi; 2) Fiziki;
3) Yazıb oxumaq. Dini-əxlaqi təlim cəmiyyətin hər bir üzvü üçün
zəruri idi. ZərdüĢt məktəblərində təlim “Avesta” duaları, ayinləri və
nəğmələri ilə baĢlayırdı. Daha sonra əlifba və oxu təliminə keçilirdi.
Məktəblərdə fiziki tərbiyəyə, uĢaqların sağlam həyat tərzinə xüsüsi
diqqət yetirilir, “Avesta”nın “Xəstələnmə”, “Zəifləmə”- kimi çağı-
rıĢları əzbərlədilir və ona əməl edilirdi. Xəstəlik, zəiflik, pislik Əhri-
manın əməlləri hesab olunurdu. Ox atmaq, nizə tullamaq, üzmək,
ov etmək, qurĢaq tutmaq fiziki tərbiyənin əsas məzmununu təĢkil
edirdi. Ona görə də Ģərə qalib gəlmək üçün sağlam, təmizkar və
qüvvətli olmaqla bərabər, məktəbdə dərin bilik almaq tələb edilirdi.
Yazıb-oxumaq, bilik qazanmağın mühüm Ģərti hesab edildiyindən
ZərdüĢtlükdə buna ciddi fikir verilir, uĢaqların əqli qabiliyyətləri
inkiĢaf etdirilirdi.
ZərdüĢt məktəblərində öyrədilirdi ki, insan həmiĢə mülayim,
xoĢxasiyyət, adil və xeyirxah, fitnə-fəsaddan, qəddarlıqdan, paxıl-
lıqdan, yalançılıqdan uzaq olmalıdır. O, cəmiyyətin fəal üzvü kimi
əkinçiliklə, maldarlıqla məĢğul olmalı, bataqlıqları qurudub onu
məhsuldar torpağa çevrilməsinə səy göstərməlidir.
ZərdüĢt məktəblərində yetiĢən gənc nəslin mənəvi-əxlaqi tər-
biyəsinə xüsusi diqqət və əhəmiyyət verilirdi. Belə ki, ZərdüĢtlüyün
əxlaqi idealı xeyirxahlıq, ədalət, yaxĢılıq olduğundan ZərdüĢt təli-
51
mində yaxĢılıq və pislik anlayıĢı kəskin Ģəkildə qoyulur və bunların
mahiyyəti açılır: “Anlayan adam gərək pisi deyil, yaxĢını seçə
bilsin”- fikri irəli sürülür.
ZərdüĢt məktəblərində ibtidai təhsil 7 yaĢdan 15 yaĢa qədər da-
vam edirdi. Ġbtidai təlim ilə məĢğul olan müəllimə “Hirbod”, Ģagird-
lərinə isə “HəviĢt” deyilirdi. Ġbtidai təhsil səhər tezdən xüsusi məra-
simlə və dua ilə baĢlayırdı. “Avesta” duaları dini ayin və mərasimlə-
rin, nəğmələrin öyrənilməsi, əzbərlədilməsi ibtidai təhsilin əsas məz-
mununu təĢkil edirdi. Ona görə də ruhanilər “Avesta” dualarında
“Elm ilahəsi”ndən qüvvətli hafizə diləmiĢlər. Oğlan uĢaqlarının yeddi
yaĢı tamam olandan sonra onlara müqəddəs köynək geydirilir, onları
münəccimlərlə bir sıraya üzü günəĢə doğru düzüb dini “Avesta”
ayinlərini əzbərlədirdilər: “Mən vəd edirəm ki, ZərdüĢtlüyə sadiq ola-
cağam. Mən xeyirxah fikrə, xeyirxah sözə, xeyirxah əmələ inanı-
ram”. Bundan sonra uĢaqlara hədiyyələr verilirdi. Bu məĢğələ gündə
beĢ dəfə təkrar edilirdi. Azərbaycan ZərdüĢt məktəblərində tədris
prosesi müəyyən mərasim ilə müĢaiyət edilirdi. Bu da dərs mate-
riallarının Ģagirdlər tərəfindən əzbərlənməsini asanlaĢdırmaq məqsədi
güdürdü. “Avesta” hələ kitab Ģəklinə düĢmədiyinə qədər ruhanilər
“Avesta” dualarını əzbərdən söyləməli idilər. “Avesta” duaları tam
əzbərləndikdən sonra yazı öyrədilirdi. Beləliklə ibtidai təhsil baĢa
çataraq, yeni bir təhsil pilləsinə baĢlamaq olardı.
VI əsrdən qalmıĢ “ƏnuĢirəvan və Qolam -bəççe-yi u” adlı bir
sənəddə “Qolam bəççe” öz təhsili haqqında Ģaha məlumat verərkən
deyir ki, onu müvafiq yaĢda məktəbə göndərmiĢlər və o, “Aves-
ta”nın əsas hissəsini əzbərlədikdən sonra orta təhsil almağa baĢla-
mıĢdır. Həmin sənəddən, eləcə də “Avesta”dakı bir sıra dualardan
bu qənaətə gəlmək olur ki, Sasanilər dövründə Ġranda, eləcə də
Azərbaycanda “Avesta”dan ayrı- ayrı duaların və dini nəğmələrin
əzbərlənməsi ibtidai təhsilin məzmununu təĢkil edirdi və ibtidai təh-
sil dövründə “Avesta” bir dərslik kimi yeganə tədris vəsaiti hesab
olunurdu .
“Avesta”da insanların yüksək məqsədə, xoĢbəxtliyə çatma-
sında müəllimin roluna yüksək qiymət verilməklə bərabər, həm də
bunun əksi olaraq göstərilir ki, pis müəllim isə uĢağın Ģüurunu, əqli-
ni pozur onu bədbəxt edir: “Pis müəllim Ģüuru korlar, sözün məna-
sını çatdırmaz, ağlın inkiĢafını dayandırar, təlim-tərbiyə iĢini fəsada
52
çevirər. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər”.
“Avesta”da ataların vasitəsilə övlada verilən tərbiyəyə dair
xüsusi fəsil ayrılmıĢdır. Həmin fəslin xülasəsində deyilir ki, təlim-
tərbiyə varlığın bünövrəsi kimi mühüm əhəmiyyətə malikdir. Hər
bir Ģəxs müəllim və tərbiyəçilərin vasitəsilə yazıb oxumağı öyrən-
məli, həm də özünün sağlamlığına ciddi fikir verməlidir. Yalnız bu
yolla insanlar yüksək nailiyyətlər əldə edə bilərlər.
ZərdüĢt müəllimlərlə yanaĢı, alimlərin də roluna yüksək qiy-
mət verir: “ÇalıĢın ki, alim ilə cahil arasında fərq qoyasınız. Alimlər
həyatın yol göstəriciləridir”.
“Avesta”da müəllim və Ģagird münasibətləri haqqında məlu-
matların verilməsi bu dövrdə Azərbaycanda digər məktəblərin, təh-
sil ocaqlarının, tədris müəssisələrinin olmasından da xəbər verir.
ZərdüĢt yüksək pedaqoji dəyərə malik müdrik fikirlər söy-
ləmiĢdir ki, onlar “Avesta” kitabında öz əksini tapmıĢdır. Ona görə
də “Avesta” da elmə yiyələnmək əsas dini vəzifələrdən biri hesab
edilmiĢdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı göstərilir
ki, təhsil almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edərsə
o Ģəxsin kim olmasından asılı olmayaraq onu qəbul et və istədiyini
ona öyrət.
“Avesta”nın “YəĢtha” adlı bölməsində “Çista” elm və bilik
ilahəsi kimi göstərilmiĢdir. ZərdüĢt “Çista” ilahəsinə xitabən belə
demiĢdir: “Sən əgər irəlidə olsan, məni gözlə, əgər geridə qalsan
özünü mənə çatdır”. Bununla ZərdüĢt hər cür durğunluğun əleyhinə
olaraq hamını fəaliyyətdə olub elm və, bilik qazanmağa çağırmıĢdır.
Buna görə də “Avesta” da elmə yiyələnmək əsas dini vəzifələrdən
biri hesab edilmiĢdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı
göstərilir ki, təhsil almaq məqsədilə yanınıza kimsə gəlib sizə
müraciət edərsə o Ģəxsin kim olmasından asılı olmayaraq onu qəbul
et və istədiyini ona öyrət.
“Avesta” dualarının birində valideyn Hürmüzdən “yaxĢı rəf-
tarlı və Ģüurlu övlad” diləyir. Demək Hürmüzün oğlu hesab edilən
Azərdən Ģüur və zəka istənmiĢdir. Bu ifadələrdən məlum olur ki,
ZərdüĢtlükdə əxlaqi, əqli tərbiyə əsas diqqət mərkəzində olmuĢdur.
Əqli tərbiyə isə təlim vasitəsilə həyata keçirilir. Təlim isə müəllimin
rəhbərliyi və müĢaiyəti ilə keçirilən pedaqoji prosesdir.
Dostları ilə paylaş: |