512
İZАHLI ТЕRMİNLƏR LÜĞƏТİ
Abstraksiya – təfəkkür prosesində cisim və hadisələrdəki mühüm cə-
hətləri, keyfiyyət və əlamətləri ümumiləĢdirərkən bunları fikrən
baĢqa cəhət və əlamətlərdən ayırır və onlar haqqında düĢünürük.
Bu, abstraksiyadır. Abstraksiya ümumiləĢdirmə ilə vəhdətdədir.
Cisimlərin fərqli cəhətlərindən fikrən ayrılmadan onların oxĢar
cəhətlərini ümumiləĢdirə bilmərik. Abstraksiyasız elmi bilik-
lərin əldə edilməsi, ümumiyyətlə, məntiqi təfəkkür olmazdı.
Adekvat – hərfi mənası həmin Ģərait üçün müvafiq, münasib olan
deməkdir.
Adyunktura – hərbi təhsil müəssisələrində doktoranturaya bərabər tutu-
lan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forma-
sıdır.
Ağıl – insanın hiss və iradədən fərqli olaraq, idrak imkanlarının ümumi
xarakteristikasıdır. Nisbətən dar mənada insanın fikri qabiliy-
yətlərinin fərdi-psixoloji xarakteristikası kimi mənalandırılır.
Akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata
keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil
müəssisəsidir.
Akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil stan-
dartlarına uyğunluğunun və onun statusunun müəyyənləĢdirilib
təsdiq edilməsi prosedurudur.
Ali psixi funksiyalar – insanda cəmiyyət, təlim və tərbiyənin təsiri
nəticəsində əmələ gələn mürəkkəb sistemli psixi proseslərdir.
MənĢəyinə görə onlar sosial proseslərdir. Müasir psixologiyanın
mürəkkəb anlayıĢlarından biridir. Bu anla–yıĢ L.S.Vıqotski
məktəbində formalaĢmıĢ, ilk növbədə A.R.Luriyanın axtarıĢla-
rında inkiĢaf etdirilmiĢdir.
Analiz – (yunanca analysis efti – tərkib hissələrinə ayırma) – bütövün və
ya tamın tərkib hissələrinə parçalanması prosesidir. Analiz orqa-
nizmin mühitlə qarĢılıqlı təsir prosesində özünü göstərən bütün
idraki və praktik aktlara daxildir. Ġnsanda praktik fəaliyyət nəti-
cəsində anlayıĢlarla əməliyyat aparmaq səviyyəsində analiz et-
mək qabiliyyəti inkiĢaf etmiĢdir. Analiz sintezlə sıx surətdə
bağlıdır.
513
Attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təh-
sildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiy-
mətləndirilməsi prosedurudur.
Bakalavr – bakalavriatı bitirmiĢ Ģəxslərə verilən ali peĢə-ixtisas dərəcə-
sidir.
Bakalavriat – müvafiq ixtisaslar üzrə geniĢ profilli mütəxəssis hazırlığını
həyata keçirən ali təhsilin birinci səviyyəsidir.
Bacarıq – subyektdə mövcud olan bilik və vərdiĢlərlə fəaliyyətin məq-
sədəuyğun Ģəkildə tənzim edilməsi üçün zəruri olan mürəkkəb
psixi və praktik iĢlər sisteminə yiyələnmədir. Məsələnin Ģərtləri-
nə və qarĢıda duran məqsədə müvafiq olan yolları və əməliy-
yatları düzgün seçmək və onlara nəzarət etmək üçün məlumat-
lardan istifadə qaydalarını mənimsəmək prosesinin son məhsulu
bacarıqdır.
Bençmak – icranın səviyyəsini dəqiq müəyyənləĢdirmək üçün standartdır.
Dülgər müəyyən hissənin hansı uzunluqda olmasını ölçmək
üçün niĢanlardan istifadə etdiyi kimi, müəllimlər də Ģagirdlərin
iĢinin səviyyəsini müəyyən etmək üçün bençmaklardan istifadə
edirlər. Bir sıra məktəblər öyrətmənin xüsusi bir mərhələsində
Ģagirdlərin nəyi bilməli və ya nəyi etməli olduqlarını müəyyən-
ləĢdirmək üçün bençmaklar hazırlayırlar.
Bilik – bu və ya digər ideal və praktik fəaliyyət növünün müvəffəqiy-
yətlə təĢkil edilməsi üçün aləmin zəruri mühüm xassələri barədə
məlumatın mənimsənilməsi prosesinin məhsuludur. Məktəbdə
bilik-təhsilin məzmununu təĢkil edən baĢlıca komponentlərdən
biridir. O, təlim prosesinin nəticəsi kimi meydana gəlir. Təlim
zamanı Ģagirdlər elmi bilikləri mənimsəyir. Elmi bilik deyəndə
təbiət, cəmiyyət və təfəkkürə aid Ģübhə doğurmayan, isbat olun-
muĢ faktlar, anlayıĢlar, qanunlar, qaydalar, nəzəriyyələr, teorem-
lər, ümumiləĢmələr və s. nəzərdə tutulur. Biliyin dörd baĢlıca
məziyyəti-dolğunluğu,
sistemliyi, anlaĢıqlığı, istifadəliliyi
vardır.
BirləĢmiĢ öyrənmə sistemləri – hər bir Ģagird üçün interaktiv təlimi
təmin edən və hər Ģagirdin inkiĢafı haqqında məlumatı təsdiq
edən komputer əsaslı sistemlər kimi anlaĢılmalıdır. Mürəkkəb
sistemlər təlim mərhələlərinə, Ģagirdlərin müvəffəqiyyət səviy-
yələrinə uyğunlaĢdırılır, zəif Ģagirdlərə əlavə kömək edir, qüv-
vətli Ģagirdlərə isə daha yüksək təlim nəticələri göstərməyə im-
kan yaradır.
514
Blum taksonomiyası – Çikaqo Universitetində Bencamin Blumun
rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən 1950-ci ildə hazır-
lanmıĢ təhsil məqsədlərinin təsnifatıdır. Ümumiyyətlə, qavrama-
ya malik olmaq üçün bilik və qavramadan (ən aĢağı) sintez və
qiymətləndirməyə (ən yüksək) doğru aparan, istiqamətləndirən
idraki məqsədləri əhatə edir. Blumun taksonomiyası müəllimlər
tərəfindən təlim məqsədlərini müəyyənləĢdirmək üçün geniĢ
Ģəkildə istifadə edilir.
Çoxfənli kurikulum – birdən artıq fənn, yaxud bir neçə fənnə aid
mövzuları əhatə edən kurikulumdur. Ġnsanlar bu və onunla əla-
qəli olan digər terminləri müxtəlif cür iĢlədirlər, ümumiyyətlə,
çoxfənli kurikuluma əsasən eyni mövzu (məsələn, harmoniya)
bir deyil, bir neçə fənn (məsələn, musiqi, tarix, ədəbiyyat, fizika)
baxımından öyrədilir. Məsələn, uĢaqlar hava mövzusunu
müxtəlif fənlərdən istifadə etməklə öyrənə bilərlər. Onlar hava-
nın təzyiqini ölçdükdə fizikanı öyrənir, hava proqnozunun
tarixini öyrənir, hava mövzusunda oxuyur və Ģeir yazırlar.
ÇoxĢaxəli əqli qabiliyyətlər – Əqli qabiliyyətlər nəzəriyyəsi Harvard
Universitetinin təhsil professoru H.Qardner tərəfindən yara-
dılmıĢdır. H.Qardner əqli qabiliyyətləri “bir və ya bir neçə
mədəni mühitdə qiymətləndirilən problem həlli və ya məhsul
hazırlanması qabiliyyəti” kimi geniĢ Ģəkildə Ģərh etmiĢdir.
Əvvəlcə o, çoxĢaxəli qabiliyyətlərin (ÇQ) içərisindən 7 qabiliy-
yət müəyyən etmiĢdir: Linqvistik, məntiqi-riyazi, musiqi, mə-
kan, kinestetik, Ģəxsiyyətlərarası, Ģəxsiyyətdaxili. Sonralar
H.Qardner təbii, mənəvi, eqzistensial da daxil edilməklə baĢqa
qabiliyyətlərin də mövcud olduğunu bildirmiĢdir. Hər bir kəsdə
bütün əqli qabiliyyətlər olsa da, onlar müxtəlif dərəcədədirlər.
ÇoxĢaxəli qabiliyyətlər yanaĢmasından istifadə edən müəllimlər
fənni Ģagirdlərə bir neçə qabiliyyətlərdən istifadə etməklə,
öyrənməyə imkan verən yollarla təqdim etməyə çalıĢırlar.
Konstruktivizmlə müqayisədə fərqli öyrənmə nəzəriyyəsi hesab
edilsə də, həqiqətdə müəllimlər və məktəblər öyrənmə məq-
sədlərinə və təhsil standartlarına cavab vermək üçün konstruk-
tivizm ilə çoxĢaxəli qabiliyyətlər ideyalarını qarĢılıqlı əlaqədə
səmərəli yollarla həyata keçirirlər.
DavranıĢ – canlı varlıqların ətraf mühitlə qarĢılıqlı əlaqəsindən ibarətdir.
Bu əlaqə orqanizmin daxili (psixi) və xarici (hərəkət) fəallığı
vasitəsi ilə ifadə olunur.
Dostları ilə paylaş: |