71
deyilirdi, onlar mədrəsələrin meydana gəlməsinin ilkin səbəbkarı
olmuĢlar.
Cənubi Azərbaycanın Həmədan Ģəhərində yaradılmıĢ zəngin
kitabxanalardan birinin sahibi azərbaycanlı Əbül Vəfa olmuĢdur. Bu
kitabxananın Ģöhrəti Ġran və Azərbaycan hüdudlarından da uzaqlara
yayılmıĢdır. Azərbaycana sıx bağlı olan ərəb Ģairi Əbu Təmmam
(796- 843) həmin kitabxananın fəal oxucusu olmuĢdur. O Ġraqa
köçərkən onun tərüb etdiyi kitablar, xüsusilə burada yazdığı məĢhur
“Həmasə” (“Qəhrəmanlıq”) kitabı bu kitabxanada qalmıĢdır. “Hə-
masənin Ģərhi” əsərinin müqəddiməsində Xətib Təbrizi yazır ki,
Əbu Təmmam Xorasandan Ġraqa qayıdarkən Əbül Vəfa onu Həmə-
danda qonaq saxlayır. ġair Həmədandan çıxmaq istəyəndə çoxlu qar
yağdığından yollar tutulur və o bir müddət Həmədanda Əbül Vəfa-
nın yanında qalmalı olur. Əbül Vəfa öz kitabxanasını darıxmamaq
üçün Əbu Təmmamın ixtiyarına verir və o bu kitabxananın kitab-
larından istifadə etməklə “Ə1- Həmasə” adlı məĢhur Ģeirlər məc-
muəsini yazmıĢdır. Bu kitaba Azərbaycan Ģairlərinin Ģeirləri də da-
xil olmuĢdur. Bu da məlumdur ki, Xətib Təbrizi bu kitaba böyük
Ģərh yazmıĢ, onu qiymətli əsər saymıĢ və onu dünyaya yaymıĢdır.
Göründüyü kimi bu kitabın yazıldığı yer də Azərbaycan olmuĢ, ilk
oxucuları da azərbaycanlılar olmuĢ, bu kitaba Ģərh yazan, bütün
dünyaya tanıdan da Azərbaycan alimi olmuĢdur.
Həmədan Ģəhərində tez-tez kitab satıĢ bazarları təĢkil olunur-
du. Belə kitab satıĢ bazarlarından biri də X əsrdə Samanilər dövrün-
də Buxarada olmuĢdur. Burada “Savan əl-hikmə” (“Hikmət xəzi-
nəsi”) adlı zəngin saray kitabxanası olmuĢdur ki, böyük Azərbaycan
alimi Bəhmənyarın müəllimi və dostu Əbu Əli Ġbn Sina bu kitabxa-
nadan öz əsərlərini yazmaq üçün zəngin materiallar toplamıĢdır. Ġbn
Sinanın dünyagörüĢünün inkiĢafında Samanilərin Buxaradakı saray
kitabxanasının çox böyük rolu olmuĢdur. Ġbn Sina əmir II Nuh Ġbn
Mənsuru müalicə etdikdən sonra bu kitabxananın müdiri təyin
olunmuĢdur. Ġbn Sina öz tərcümeyi-halında bu kitabxananı belə
təsvir edir: Məni çoxlu otaqları olan binaya buraxdılar otaqların hər
birində qalaq-qalaq kitablarla dolu sandıqlar var idi. Bir otaqda ərəb
dili və poeziyaya, o birində fiqhə dair kitablar var idi. Beləcə hər
otaqda elmlərdən birinə dair kitablar yığılmıĢdı. Qədim alimlərin
əsərlərinin siyahısı ilə tanıĢ olduqdan sonra mən özümə lazım olanı
72
istədim və çoxlarının adlarını belə eĢitmədikləri, mənimsə nə
qabaqlar, nə də sonralar görmədiyim kitabları gördüm. Böyük loğ-
man Ġbn Sina haqqında bunu da deyirlər ki, o Buxara əmirini müali-
cə etdikdən sonra Əmirin- “cavan oğlan məndən nə mükafat istəyir-
sən” - sualına, o, saray kitabxanasına daxil olmağı istəyirəm. Mən
həmin kitabxanada kitab oxumağı istərdim” - cavabını vermiĢdir.
Tarixi mənbələrdən məlumdur ki, mühüm mədəniyyət
mərkəzlərindən biri qədim zamanlardan Bərdə Ģəhəri olmuĢdur. IX-
X əsrlərdə Bərdə Azərbaycanın ən qabaqcıl Ģəhərlərindən olmuĢdur.
Elə Bərdə yaxınlığında doğulmuĢ “Albaniya tarixi”nin müəllifi
Musa Kalankatlının VII əsrdə “Böyük paytaxt və qala Ģəhəri” kimi
qeydə aldığı bu Ģəhəri X əsr ərəb səyyahı Müqəddəsi “Azərbayca-
nın baĢ Ģəhəri”, “Bu diyarın Bağdadı” adlandırmıĢdı. Bərdənin Ģair
və alimlərinin bir çoxu ġərqin və Orta Asiyanın iri mədəniyyət mər-
kəzlərində - Bağdadda, Qahirədə, DəməĢqdə, NiĢaburda və baĢqa
Ģəhərlərdə yazıb yaradaraq kitab mədəniyyətinə böyük töhfələr
vermiĢ, Bərdədə və digər Ģəhərlərdə kitab evləri və kitabxanalar
yaratmıĢlar. Bu Ģəhərdə 100 min cilddən artıq kitabı olan kitabxana
olmuĢdur. X əsrin ortalarında paytaxt Bərdədən Gəncəyə köçürü-
ləndə kitabxana da Nizami yurduna köçürülmüĢdür. Bərdədən sonra
Gəncə Arranın ikinci böyük Ģəhəri sayılırdı. Bu baxımdan X əsrdə
paytaxt Bərdədən Gəncəyə köçürüləndə yeni paytaxt kitabsız və
kitabxanasız ola bilməzdi. Gəncədə saray da, “Dar əl Kütüb” da
(“Saray kitabxanası”) əvvəlcə yaradılmıĢ, sonra köç baĢlanmıĢdır. X
əsrdə Gəncə maarif və mədəniyyəti inkiĢaf etmiĢ bir Ģəhər halına
gəlmiĢdi. Deməli bu Ģəhərin yazıçıları, alimləri, Ģairləri olmuĢ,
xəttatları və kitab tərcüməçiləri, kitab evləri və kitabxanaları olmuĢ-
dur. Məhz belə bir mühitdə dahi Nizami Gəncəvi, Məhsəti Gəncəvi,
Əbül Üla Gəncəvi və baĢqaları yetiĢmiĢdir.
IX-X əsrlərdə Azərbaycanda və ġərq Ģəhərlərində dəyərli
Ģairlər meydana gəlmiĢdir ki, onların qələmindən xeyli nəsihətamiz
əsərlər çıxmıĢdır. X əsr müəlliflərindən Yəzdiyar Urməvi, Əhməd
Bərdəi, Əbülhəsən Zəncani, Əbu Zürə Ərdəbili, Baba Kuhi Bakuvi
və baĢqaları ədəbi, pedaqoji fikri xeyli zənginləĢdirmiĢlər. Əbül-
həsən Zəncani ensiklopedik biliklər toplusunu yazmıĢ və əhalinin
bilik və dünyagörüĢünün zənginləĢməsinə çalıĢmıĢdır. X əsrdə yaĢa-
mıĢ Fəzl Ġbn Hatim Narizi Təbrizi (?-922)böyük astronom olmuĢ,
73
bir neçə dildə əsərlər yazmıĢ, qədim yunan filosoflarının əsərlərini
tərcümə etmiĢdir. X əsrdə Bağdadda yaĢamıĢ Azərbaycan alimlərin-
dən Əbülhəsən Ərdəbili, Səid Bərdəi, Əhməd Süleyman oğlu, Ģair-
lərdən Baba Kuhi Bakuvi, onun qardaĢı Pir Hüseyn ġirvani öz də-
yərli əsərləri ilə Azərbaycan kitab evini zənginləĢdirmiĢ, insanların
mənəvi tərəqqisinə kömək etmiĢlər. Göründüyü kimi Azərbaycanın
qələm sahibləri heç vaxt durğunluğun əsiri olmamıĢ, onlar mövcud
kəsirləri özlərinin yeni əsərləri ilə aradan qaldırmıĢlar. Görkəmli
alim Y.E Bertels (1890-1957) yazırdı: “IX-XIII əsrlər Avropa
mədəniyyəti tarixində ən dərin tənəzzül dövrü olmuĢdur. Məhz ġərq
(o cümlədən Azərbaycan) filosoflarının əsərləri Avropa xalqlarını
çətin vəziyyətdən çıxarmıĢ və onlara gələcək inkiĢaf yollarını
göstərmiĢdir”.
Azərbaycanı qarıĢ-qarıĢ gəzmiĢ, buradan xeyli kitab almıĢ və
oxumuĢ ərəb səyyahı Yaqut əl-Həməvi (1179-1229) “Mucəm əl-
buldan” əsərində yazmıĢdır ki, Gəncə kitabxanasını açan da, onun
baĢ mühafizi də alim Həddad Ġbn Asim Ġbn Bəkran Əbülfəzl ən-
NəĢəvi olmuĢdur.
891-ci ildə xeyli azərbaycanlı yaĢayan Bağdadda 100-dən
artıq kitab mağazası və yüzlərlə Ģəxsi kitabxana var idi ki, bu kitab-
xanalarda azərbaycanlı alimlərin də əsərləri, bir çox azərbaycanlı
kitabxana sahibləri var idi.
Hələ IX əsrin sonu, X əsrin əvvəllərində Cənubi Azərbayca-
nın Xunəç Ģəhərində ilk kağız fabriki iĢə salınmıĢ və kitabçılıq sahə-
sində ilk uğurlar qazanılmıĢ, həm kitab bolluğu yaradılmıĢ, həm
kitab ucuzluğu yaradılmıĢ, həm də insanların elmə, maarifə geniĢ
Ģəkildə cəlb olunması təmin olunmuĢdur.Kitabçılıq iĢində kağıza
böyük ehtiyac olduğundan Xunəç kağızı ġərq ölkələrinə, Azərbay-
canın digər Ģəhərlərinə hətta, Suriyaya, Ġtaliyaya, Çinə belə ixrac
edilmiĢdir.
Hələ X əsrdə yaradılmıĢ kitabxanalardan biri də Sabir bin
ƏrdəĢirin (Ö.1025) Bağdadda yaratdığı kitab evi olmuĢdur ki, bura
Bağdad alimləri toplaĢar, elmi söhbətlər edər, kitablardan faydala-
nardılar. Bura gələnlər arasında Xətib Təbrizinin müəllimi döv-
rünün böyük Ģair-filosofu Əbül-Əla-əl Məərri (Ö.1057) də var idi.
X-XI əsrlərdə kitab evləri və kitabxanalardan istifadə pulsuz
idi. Sultan, əmir, vəzir və tacirlərin də ən böyük varı-dövləti həmin
Dostları ilə paylaş: |