77
ları yerinə yetirməsi ilə bağlı həyata keçirilirdi. Mədrəsə siniflərində
tələbələrin sayı 20-dən artıq ola bilməzdi. Bu da dərslərin daha yax-
Ģı mənimsənilməsinə kömək edirdi. Mədrəsələrdə hər gün beĢ saat,
həftədə 4 gün dərs keçilirdi. Dərslər sübh namazından sonra baĢ-
lanır, günortaya qədər davam edirdi. Hansı dərsin nə vaxt öyrədil-
məsini müəllim özü tələbələrlə birlikdə müəyyənləĢdirirdi. Günor-
tadan sonra tələbələr sərbəst idi, sevimli iĢləri ilə məĢğul ola bi-lir-
dilər. Həftənin cümə axĢamı və cümə günləri tələbələrə istirahət
verilirdi.
Orta təhsil verən mədrəsələrə əsasən 11-12, ali təhsil verən
mədrəsələrə isə 16-17 yaĢlarından qəbul edilirdilər. Təhsilin ilk
mərhələsində ərəb dilinin qrammatikası öyrədilirdi. Buna yiyələn-
mək üçün azı 2-3 il vaxt ayrılırdı. Qədim ġərq ənənələrini özünə-
məxsus Ģəkildə davam etdirən mədrəsələrdə humanitar və dəqiq
elmlər öyrədilirdi. Burada tarix, məntiq, dilçilik, ədəbiyyatĢünaslıq,
ədəbiyyat tarixi, ritorika, riyaziyyat, astronomiya kimi dünyəvi
elmlər, daha sonra “Quran”, “Təfsir” (Quranm açıqlanması), “Hə-
dis”, (Peyğəmbərin (s) sözləri və onunla bağlı hekayə və rəvayət-
lər), “Təcvid” (Quranın düzgün oxunması), “Təftil” (Quran mənası-
nın baĢa düĢülməsi), fiqh, ilahiyyat elmləri öyrədilirdi. Mədrəsə-
lərdə dərs kitabı kimi “Quran” və hədis kitablarından baĢqa ən çox
istifadə edilən kitablar Biruninin, Ġbn Sinanın, Ġbn RüĢdün,
Farabinin, Sədi ġirazinin, ġihabəddin Sührəverdinin daha sonralar,
Ruminin “Məsnəvi”si, Füzulinin “Divan”ı,, Nizaminin “Xəmsə”si,
“Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əxlaqi-mənəvi dəyərli əsər-
lər olmuĢdur. Mədrəsələrdə yalnız din və dünyəvi elmlər deyil, həm
də bədən tərbiyəsi, incəsənət dərsləri də keçilirdi. Mədrəsədə üzmə,
güləĢ, qaçıĢ, ox atma, at çapma kimi idman növlərinə fikir verilir və
öyrədilirdi. Bunlardan baĢqa, hüsnxət, xitabət (Gözəl danıĢıq), bədii
estetik fəaliyyətlə bağlı dərslər öyrədilirdi.Tələbələrə imla yazdır-
maq, onların mətni oxuyub Ģərhini və izahını vermək, elmi mübahi-
sə və müzakirələr aparmaq tədrisdə geniĢ yayılmıĢ öyrətmə metod-
ları idi. Tələbələrin biliklərini yoxlamaq üçün imtahanlar keçirilirdi.
Orta əsrlər dövründə ġərqdə və o cümlədən Azərbaycanın
müxtəlif yerlərində ixtisas təmayüllü mədrəsələr də açılmağa
baĢladı.
78
Darül hədis mədrəsələri: Bu, hədisləri öyrənən, toplayan, təd-
qiq edən bir mədrəsə idi. Belə bir mədrəsə Mosulda, daha sonralar
Təbrizdə açılmıĢdır. Buranı bitirənlərə “mühəddis” deyilirdi.
Darül kurra mədrəsəsi. Bu mədrəsədə “Qurani-Kərim”lə
bağlı elmlər öyrədilirdi. Bunlara “Darül hüffaz” da deyilirdi. Buranı
bitirənlər “Hafiz”, “Xətib” “Müəzzin” kimi adlar verilir və məzun-
lar məscid və camilərdə müxtəlif vəzifələrdə çalıĢa bilirdilər.
Darül tibb mədrəsələri. Bu, tibb mədrəsələri idi. Bunlara
Darül-Ģəfa, Darül-sihha, Darül-mərza, Darül-afiyə, Maristan, Bima-
ristan mədrəsələri də deyilmiĢdir. Böyük Azərbaycan Ģairi Xaqa-
ninin əmisi Kafiəddin Omər Ġbn Osmanın rəhbərliyi ilə XII əsrdə
ġamaxı yaxınlığında Məlhəm adlı bir yerdə “Mədreseyi –tibb” adlı
mədrəsə fəaliyyət göstərmiĢdir
***
ġərqdə o cümlədən Azərbaycanda təhsilin, maarif və mə-
dəniyyətin, pedaqoji fikrin inkiĢafında XI əsrdə açılmıĢ
“Nizamiyyə” mədrəsələrinin xüsüsi əhəmiyyəti olmuĢdur.
Bu mədrəsələrin əsası türk sultanı Alp Arslanın və MəlikĢahın
vəziri Nizam əl-Mülk tərəfindən qoyulmuĢdur. Nizamiyyə mədrəsə-
sinin təməli 1064-cü ildə Dəclə çayı sahilndə qoyulmuĢ və iki ilə
tamamlanmıĢdır.
Nizam əl-Mülk (1018-1092) tərəfindən inĢa edilən onun
Ģərəfinə adlandırılan Nizamiyyə mədrəsələri islam ölkələrində təlim
birliyi, mənəvi və mədəni bütünlüyü, ölkəni idarə etmək üçün ağıllı,
bilikli, tədbirli dövlət adamlarının, din baĢçılarının, təfəkkür adam-
larının yetiĢdirilməsini təmin etmək məqsədi güdürdü. Bu səbəbdən
Nizamiyyə mədrəsələrinə dövlətin ilk rəsmi müəssisəsi kimi bax-
maq lazımdır. Mədrəsənin dövlət müəssisəsi sayılması üçün onun
dövlət tərəfindən təsdiq edilmiĢ müəyyən bir proqramı olmalı idi və
mədrəsəni bitirənlərə isə dövlət tərəfindən vəzifə verilməsi lazım
idi. Bu Ģərtləri daĢımayan mədrəsələr rəsmi dövlət mədrəsəsi sayıla
bilməzdi və sərbəst təlimlə məĢğul olan mədrəsə sayılırdı. Nizamiy-
yə mədrəsələri isə məhz yuxarıda deyilən Ģərtlərə cavab verir və
dövlət səviyyəsində olan ali təhsil müəssisəsi və ya universitet
sayılırdı.
79
Mədrəsədə təlim metodu əsasən dialoqlar, sual-cavab, Ģərh,
izah, mühazirə, elmi müzakirə və mübahisələr, əzbərləmə idi.
Müəyyən bir kitabın oxunub bitirilməsi vacib idi. Bu da müəllim və
tələbənin bilik və qabiliyyətlərinə əsasən dəyiĢilirdi. Müdərrislər
dövrün ən bilikli və əxlaqlı adamlarından xüsusi imtahanla qəbul
edilir və ölüncəyə qədər bu vəzifədə iĢləyə bilərdilər. Müdərrislər
təlim metodu seçməkdə, dərsini qurmaqda sərbəst idiliər. Bir çox
müəllimlər, o cümlədən burada 40 il dərs deyən və buranın zəngin
kitabxanasının müdiri Xətib Təbrizi tələbələrinə keçdiyi mövzuya
dair əlavə kitablar və öz əlyazmasını verirdi. Bu əlyazmaların üzü
tələbələr tərəfindən gözəl xətlə köçürülürdü. Müdərrislərin mədrə-
sədəki akademik fəaliyyətləri çox ciddi idi. Nə səbəb olursa olsun
dərsin boĢ keçilməsinə izn verilməz, hətta fasilə zamanları belə cə-
nazə mərasimlərinə qatılmaq uyğun görülməzdi. Müdərrislərin elmi
və əxlaqi keyfiyyətləri haqqında bəzi mənbələrdə onların-bilikli,
dindar, əxlaqlı, ağır təbiətli, evli, fəzilətli və müdrik olması əsas
hesab olunmuĢdur. Müdərrislərin “Muid” deyilən bir köməkçiləri də
var idi. Onlar tələbələrə dərslərini öyrənməkdə tapĢırıqları yerinə
yetirməkdə tələbələrə köməklik göstərirdilər. Müid vəzifəsinə
çatmaq üçün məzunun “Təməssük” adlı sənədi olmalı idi (“Təməs-
sük”-“Qiymət cədvəli”) ki, bu sənəddə onun müəyyən olunmuĢ
fənləri keçdiyi və müvəffəq qiymət alması göstərilirdi.
Nizamiyyəyə əsasən yaĢı iyirmiyə qədər olan gəncləri imta-
han - müsahibə yolu ilə qəbul edirdilər. Təhsil müddəti əsasən dörd,
beĢ il idi. Lakin tələbələr istədikdə bu müddət qurtarandan sonra da
dinləyici kimi mühazirələrdə iĢtirak edə bilərdi. Mədrəsəyə tutduğu
ictimai mövqedən asılı olmayaraq hər kəs qəbul edilə bilərdi. Lakin
bu müəyyən edilmiĢ normanı keçməməli idi.
Nizamiyyə mədrəsəsində təhsil alan tələbələr məccani oxuyur,
onlara təhsil məqamlarına görə xüsusi adlar verilirdi. Mədrəsəni
tələbələr o zaman bitirirdilər ki, onlar keçilən fənlərin hamısını
yaxĢı mənimsəyir və müəllimlər onların biliklərini “Kafi” (Kifayət)
hesab edirdilər. Tələbələr mədrəsədən müəyyən edilmiĢ imtahanları
müvəffəqiyyətlə verdikdən və bir dini kitab yazdıqdan sonra “Alim”
rütbəsi qazanaraq məzun olur və məzunlara “Ġcazətnamə” adlı sənəd
verirdilər. Bu sənəddə tələbənin keçdiyi fənlər, qiymətləri və
müəllimlərinin adları yazılırdı. Nizamiyyə mədrəsəsində tələbələrə
Dostları ilə paylaş: |