Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə28/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   176

 

86 


dirmək, tərəqqi etdirmək idi. Özü deyirdi: “Rəbbim məni təhsillən-

dirdi (əddəbə) və mənim təhsilimi (tədib) ən mükəmməl qıldı, mən 

bir  müəllim  olaraq  göndərildim.  Mən  gözəl  əxlaqı  tamamlamaq 

üçün gəldim”. 

Məhəmməd  Peyğəmbər  təhsillənmə  sözünü  “ədəb”,  “əxlaq” 

kəlməsində iĢlətmiĢdir. Ədəb zehnin və ruhun tərbiyəsidir. Quranda 

Peyğəmbərimizin vəzifəsinin öyrədici, tərbiyəedici olduğu göstəril-

məkdədir: “Ey Rəbbimiz! Onlara öz içlərindən özlərinə sənin  ayə-

lərini oxuyacaq, onlara kitab və hikməti öyrədəcək bir elçi göndər”. 

Ġslam  təlim  və  tərbiyəsinin  əsas  məqsədi  kamil  bir  insan 

yetiĢdirməkdir. Elə bir insan ki, təkcə vətənində deyil, dünyanın 

harasında olursa olsun, yüksək insani keyfiyyətlərə malik olsun. 

Ġslam  insanı  maddə  və  mənadan,  bədən  və  ruhdan  mütəĢəkkil  bir 

varlıq kimi, bütov Ģəkildə görür və insanı bütün təmayül və davra-

nıĢları ilə birlikdə öyrənir. Ġslam təlim və tərbiyəsinin əsas vəzifəsi 

insanı mükəmməlliyə, aliliyə, ən yaxĢıya, ən gözələ çatdırmaqdır. 

Ġslamda  təlim  və  tərbiyə  sahəsində  ilk  əməli  iĢi  baĢladan  elə 

Məhəmməd Peyğəmbərin (s) özü olmuĢdur. O, yeni dinin təbliğat-

çısı,  insanlara  mənəviyyatı,  əxlaqı  yayan  bir  müəllim,  eləcə  də  el-

min, biliyin müdafiəçisi olmuĢdur. 

Məhəmməd  Peyğəmbər  (s)  elm  və  biliyi,  mənəviyyatı  geniĢ 

Ģəkildə yayır, əhalinin savadlanmasına çalıĢırdı. O, Bədr savaĢında 

əsir  alınan  QüreyĢlərdən  bir  qisminin  həyatlarını  pul  qarĢılığında 

bağıĢlamıĢ,  pulu  olmayanları,  amma  yazıb  oxumağı  bilənlərin  hər 

birindən biliklərini digər müsəlmanlara öyrətməsini istəmiĢdir. Bu-

na görə hər əsir həyatı qarĢılığında on müsəlmana yazıb oxumaq öy-

rədirdi. 

Göründüyü  kimi,  Allahın  Rəsulu  peyğəmbərliyinin  hər  anını 

insanlara öyrətməklə dəyərləndirmiĢdir; həm özü öyrətmiĢ, həm də 

bilənlərin  bilməyənlərə  öyrətməsini  əmr  etmiĢdir.  Buna  görə  də, 

Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”-sözüylə də elm 



öyrənməyə insanları təşviq etmiş, insanların gözünü açmışdır”. 

Azərbaycan  Qaraqoyunlu  dövlətinin  baĢçısı,  maarifpərvər 

hökmdar, “Həqiqi” təxəllüsü ilə dəyərli qəzəllər, rübailər, tuyuqlar 

yazıb,  böyük  “Divan”  yaradan  Mirzə  Cahan  ġah  Həqiqi  öz  “Di-

van”ında  Məhəmməd  Peyğəmbərin  (s)  maarifpərvərliyini,  tərəqqi-

pərvərliyini, biliksevərliyini belə misralarla tərif etmiĢdir: 




 

87 


Ey aləmlərin Ģahı, ey xətəməl-ənbiya

Ey övliyalar sirrin bilən, ey Məhəmməd əl-Mustafa 

Sənin ləli-gövhər kəlamların həqiqəti qıldı bəyan, 

Camalının Ģəm"i yolumuzu iĢıqlatdı, oldun bizə rahnüma 

EĢq günəĢi camalının iĢığından aldı ziya 

Ey gözlərə nur bəxĢ edən, ey PadiĢahi-ənbiya. 

Həzrət  Peyğəmbər  (s)  bir  tərəfdən  bilikləri  yayır,  insanlara 

“Nur bəxĢ edib” onları cəhalətdən qurtarır, digər tərəfdən də bilən-

lərin bildiklərini baĢqalarına öyrətməsini əmr edir, ehtiyac duyulan 

bölgələrə müəllim göndərmə vəzifəsini yerinə yetirirdi. Peyğəmbə-

rin təĢviqiylə elm adamları hər yerdə rəğbətlə qarĢlanırdı. 

Peyğəmbərimiz (s) hər zaman zülmə, ana-ataya üsyan edənlə-

rə,  rüĢvətə,  lovğalıq  və  təcəssüsə  (baĢqalarında  ayıb  axtarma,  qey-

bət), təfriqəyə qarĢı mübarizə aparmıĢ, bunların əksinə olaraq millət 

içərisində düzlük və doğruçuluğu əliaçıqlığı, mərhəməti, qonĢu haq-

larına piayət etməyi, düzgün dost seçməyi, cihad etməyi, xoĢ rəftarlı 

olmağı, gözəl əxlaq sahibi olmağı təbliğ etmiĢdir. 

Peyğəmbərimiz (s) özü də əxlaqca insanlara nümunə idi. Mü-

qəddəs kitabımızda peyğəmbərimizə xitabən deyilir: “Doğrudan da, 

sən böyük əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!)” Peyğəm-

bərimiz  (s)  buyurmuĢdur:  “Sizin  ən  xeyirliniz  əxlaqca  ən  gözəl 



olanıdır”. 

Peyğəmbərimiz  (s)  ona  vəhy  edilənləri  yaymıĢ,  katiblərinə 

yazdırmıĢ, təhsili, tərbiyəni, mənəvi, əxlaqi məsələləri xalq arasında 

təbliğ  etmiĢ,  Allahın  kəlamlarını  kütlələrə  yaymıĢ,  onları  yazdır- 

mıĢdır. 

Bütün  bunların  nəticəsində  Quran  adlı  müqəddəs  bir  kitabın 

meydana gəlməsinə səbəb olmuĢdur. “Quran” (نارق( özü də “Qər'ə” 

(هعرق(  sözünün  kökündən  əmələ  gələrək,  “Oxumaq”,  “Tələffüz 

etmək” mənasını verir. 

BaĢqa  sözlə,  Quran  həm  filoloji,  həm  pedaqoji  cəhətdən 

“Oxumaq”, “Qiraət” deməkdir. Çünki Quran özü bir təlim, tərbiyə 

vasitəsidir.  Quran  “Ümmül-Kitab”  (Kitabların  anası),  “KəĢfül-Hə-

qayiq”  (Həqiqətlərin  kəĢfi),  “Məcmueyi-Xeyrül  Kəlam”  (Xeyirli 

sözlər, kəlamlar toplusu) kimi gözəl sözlərlə adlandırılmıĢdır. 

Elmin  dəyəri  və  önəmi  haqqında  Peyğəmbərimizin  (s)  çoxlu 

hədisləri vardır. O belə deyirdi: “BeĢikdən qəbrədək öyrən”, “Elmi-




 

88 


mi  artıraraq  Allaha  yaxın  olmadığın  günün  Ģəfəqi  lənətlənsin”. 

“Elmi aramayan ölür”, “Alimləri eĢidin, çünki onlar dünyanın çıra-

ğı,  axirətin  nurudurlar”,  “Elm  öyrənmək  üçün  yola  çıxan  kimsə 

evinə dönüncəyə qədər Allah yolundadır”, “Elm arayanları mələklər 

qanadlarıyla  qoruyur”,  “Elmi  əldə  edin,  Allah  yolunda  onu  əldə 

edən xeyir iĢləmiĢ olur, ondan bəhs edən, Rəbbini öymüĢ olur, sədə-

qə vermiĢ olur; onu haq edən, kimsələrə verən, yaxĢılıq etmiĢ olur”. 

“Elm Çində də olsa get dalınca öyrən”. 

Məhəmməd  Peyğəmbərin  (s)  Ģəxsi  nümunəsi  və  hədislər, 

peyğəmbərimizin  səhabələri  Ġslamda  ən  gözəl  tərbiyə  vasitəsidir. 

Ġslam dininin banisi Məhəmməd Peyğəmbər (ə.s) bacarıqlı bir siya- 

sətçi,  qanunĢünas,  bəlağətli  natiq,  gözəl  əxlaq  müəllimi,  safürəkli 

dindar,  ləyaqətli  baĢçı,  mehriban  rəhbər,  böyük  islahatçı,  cəsur 

sərkərdə, mahir cəngavər olmuĢ və həmiĢə qalibiyyət onun tərəfində 

olmuĢdur. Peyğəmbərimizin (s) əxlaqi keyfiyyətləri haqqında danıĢ-

saq, deyə bilərik ki, o bir əxlaqilik, mənəviyyat timsalı kimi tərbiyə 

iĢində gözəl nümunə ola bilər. 

“Qurani-Kərim”də Peyğəmbərimizə (s) xitabən-“Sən böyük 

əxlaq  üzərindəsən”-buyurulur.  Peyğəmbərimiz  müsəlman  ümməti 

üçün “Usuvəti-həsənə” (“Gözəl nümunə”) hesab edilir. Ġslam tərbi-

yəsinin  ən  gözəl  nümunəsi  Ģübhəsiz  Məhəmməd  Peyğəmbərin  (s) 

həyatı,  fəaliyyəti,  daha  sonra  bir  sıra  din  böyüklərinin,  elm-idrak 

sahiblərinin və görkəmli Ģəxsiyyətlərin həyat tərzi, yaĢantısı, nümu-

nəsidir.  Peyğəmbər  (s)  öz  müdrik  kəlamlarında  tərbiyə  məsələsinə 

geniĢ  yer vermiĢdir. O özü hər  yerdə, hər iĢdə nəzakət  qaydalarını 

gözləmiĢ, bəd əməllərdən uzaq olmağı, əmanətə xəyanət etməməyi, 

hamının  hörmətini  qazanmağı  tövsiyə etmiĢdir. Peyğəmbərimiz (s) 

ədəb, əxlaq haqqında deyirdi: “Kiçiklərimizin halına acımayan, bö-

yüklərimizin  Ģərəfini  bilib  haqlarını  təslim  etməyən  bizdən  (əhli 

sünnətdən) deyildir”. 

Ġki adamın barıĢması, onların aralarının düzəlməsi, namaz qıl-

maqdan,  oruc  tutmaqdan  xeyirlidir.  Ġki  cür  adama  Allah  qiyamət 

günü  rəhm  etməz:  yaxın  adamlarının  əhvalını  soruĢmayana  və  pis 

qonĢuya;  Allah  lənət  eləsin  ana  ilə  övladın,  qardaĢ  ilə  qardaĢın 

arasına girib, onları bir-birindən ayıranlara; atanın öz oğluna əvəz-

siz olaraq verdiyi, bağıĢladığı Ģeylərin ən üstünü tərbiyədir; Allaha 

doğru sözdən daha qiymətli bir sədəqə yoxdur; Düzgün olun, çünki 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə