Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə29/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   176

 

89 


düzgünlük cənnətə açılan qapılardan biridir: yalan danıĢmaq cəhən-

nəm  qapılarından  biridir;  Ağlına  gələni  danıĢmaq  günaha  yazılır; 

ÇalıĢ insanları  Ģərdən xilas et.  Bu sənin  özünə verdiyin qiymətdir: 

Ġslamda insanların mənəvi qiymətləri sahib olduqları əxlaqa görədir. 

Bir  hədisdə  deyilir:  “Sizin  imanca  ən  gözəliniz,  əxlaqca  ən  gözəl 

olanınızdır”. 

Peyğəmbər  (s)  insanın  bir  Ģəxsiyyət  kimi  formalaĢmasında 

elmi  biliklərin  mənimsənilməsinə  xüsusi  diqqət  yetirirdi.  O  alimi, 

bilikli insanı qiyamət günü parlayacaq bir ulduza bənzədirdi, beĢik- 

dən qəbrədək öyrənməyi, bilik ardınca Çinə belə getməyi məsləhət 

görürdü. O, bilik əldə etməyin ən yaxĢı yolunu sual cavabda, soru-

Ģub, öyrənməkdə görürdü. 

Peyğəmbərimiz  (s)  deyirdi:  “Elm  elə  xəzinədir  ki,  açarları 

sualdır. Sual edin, sualda dörd adamın əcri var: sual edənin, alimin, 

qulaq  asanın  və  onları  sevən  adamın.  Yaramaz  ki,  cahil  bilmədiyi 

halda,  alim  bildiyi  halda  sussun.  Bir  alimin  məclisində  olmaq  min 

rükət  namaz  qılmaqdan,  min  xəstəyə  baĢ  çəkməkdən,  min  cənazə 

müĢaiyət etməkdən yaxĢıdır”. 

SoruĢmuĢlar  ki,  “Ya  Peyğəmbər,  “Quran”  oxumaqdanmı?  O 

demiĢdir:  “Biliksiz  “Quran”  fayda  verərmi?”  Peyğəmbərimiz  hər 

cür elmi öyrənməyi məsləhət görürdü. Elm və biliklərə yiyələnmək 

Allahın  yanında  oruc  tutmaqdan  da,  namaz  qılmaqdan  da,  həccə 

getməkdən də, Ulu Tanrı yolunda cihada qoĢulmaqdan da üstündür. 

Peyğəmbərimiz (s) deyirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hör-

mət  edin,  ona  qarĢı  mehriban  olun.  Kimə  bilik  öyrədirsinizsə,  ona 

qarĢı da mehriban olun”. 



 

 

4.3. İslamda tərbiyə işinin prinsipləri 

 

Ġslam  dini  yarandığı  vaxtdan  insanları  əxlaqa,  mənəviyyata, 

kamilliyə  çağırır.  Ġslam  uzun  illər  boyu  müsəlman  ölkələrində 

nəsillərin təlim və tərbiyəsində mühüm yer tutmuĢdur. 

Ulu  öndərimiz  Heydər  Əliyev  deyirdi:  “Bizdə  dinə,  mənəvi 

dəyərlərimizə  hörmət  var.  Biz  ümumbəĢəri  dəyərləri  öz  xalqımıza 

aĢılamalıyıq, ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılmama-



 

90 


lıyıq”. Ġslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təĢkil 

etmiĢ, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmiĢdir. 

Ġslam tərbiyəsinin məqsədi insanı mükəmməlliyə, aliliyə çat-

dırmaqdır.  Mükəmməl  və  ali  insan  Allaha  yaxın  olan  insan  hesab 

olunur. Ġslam insanı maddə və mənadan, bədən və ruhdan mütəĢək-

kil bir varlıq kimi bütöv görür və insanı bütün təmayül və davranıĢ-

ları ilə birlikdə öyrənir. 

O,  ilk  növbədə,  insanın  davranıĢlarını  idarə  edən  mərkəzləri 

tərbiyə  edir.  Buna  görə  də  qəlb  tərbiyəsinə  islam  birinci  dərəcəli 

əhəmiyyət verir. Çünki davranıĢlar qəlbə bağlıdır. Ġnsanın pis və ya 

yaxĢı, qəddar və ya mərhəmətli olması onun qəlbindən asılıdır. Bu 

cəhətdən  qəlbin  düzgün  tərbiyəsi  və  təhsili  insanın  özünü  tanıma 

yollarını göstərir. 

Ġslamda  tərbiyə  insanın  özünü  tanımasına  kömək  etməlidir. 

Ġslama  görə,  özünü  tanıyan,  dərk  edən  insan  Allahını  tanıyır,  baĢ-

qalarını tanıyır və harada necə hərəkət  edəcəyini  yaxĢı  bilir.  Ġslam 

tərbiyəsi  insanda  islam  əxlaqını,  islami  Ģərtlərə  uyğun  davranıĢ 

normalarını  formalaĢdırmağı  nəzərdə  tutur.  Ġslam  tərbiyəsi  insanın 

həm dini, həm də dünyəvi elmləri dərindən bilməyi, yüksək mənəvi 

keyfiyyətlərə  sahib  olmağı,  tələb  edir.  Ġslam  tərbiyəsi  insanın  əq-

linin, ruhunun, bədəninin bərabər səviyyədə inkiĢafını nəzərdə tutur. 

Ġslam tərbiyəsi görmüĢ Ģəxsin həm bədəni, həm də ruhu sağ-

lamdır.  Bədənin  sağlamlığı  ruha,  ruhun  da  sağlamlığı  bədənə  bağ-

lıdır. Bütün ilahi dinlər insanı ən yaxĢıya, ən gözələ və üstün olma-

ğa  yönəldir.  Demək,  Allahın  insanlardan  istəyi  yaxĢıya,  doğruya, 

gözələ, üstün əxlaqa malik olmaqdır. 

Ġslamda  tərbiyə  məsələsi  sadəcə  olaraq  uĢağa  gözəl  əxlaq  və 

faydalı biliklər vermək deyildir. Tərbiyə məsələsi daha geniĢ anlam-

da baĢa düĢülərək insanın  yaĢadığı  cəmiyyətin inkiĢafına öz töhfə-

lərini  verməsi,  xalqın  adət  və  ənənələrini,  dilini,  dinini  qoruması, 

ona hörmət etməsi,  cəmiyyətin iqtisadiyyatını, mədəniyyətini daim 

yüksəltməyə çalıĢmasıdır. 

Bu məsələ isə bütün  bəĢəri mədəniyyəti, mənəviyyatı, əxlaqı 

əxz etməklə, daim yeni biliklər qazanmaqla və özünü təkmilləĢ- dir-

məklə mümkün ola bilir. “Ġslam dini insanın tərbiyəsi və nümunəvi 

cəmiyyət üçün lazım olan qaydaları və istiqamətləri, bəĢər tarixinin 

min  illər  boyunca  əldə  etdiyi  təcrübə  və  sınaq  məktəblərinin  nə-



 

91 


ticələrinə istinad edərək müəyyənləĢdirir və insanlara təqdim edir”. 

Ġslamda uĢağın tərbiyəsi baxımından onun inkiĢafı iki dövrə ayrdır: 



1) Tədbiri dövr. 

2) Tətbiqi dövr. 

1.

 

Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qədər 

olan  dövrü  əhatə  edir.  Ġslamda  gələcək  nəslin  tərbiyəsi  doğumla 

deyil, hələ kiĢi və qadın evlənməyə qərar verməsi ilə baĢlayır. Belə 

ki, evlənəcək Ģəxslər dini əqidəni nəzərdə tutaraq mömin bir adamla 

evlənməli, evlilik həyatında isə haram Ģeyləri yeyib içməkdən, zina-

karlıqdan  uzaq  olmalıdır  ki,  haram  xromosomlar  vasitəsilə  uĢağın 

genlərinə keçməsin. 

UĢaq ana bətnində olarkən ona olan münasibəti duyur və hiss 

edir. Bu dövrdə uĢağa zərər verə biləcək Ģeylərdən-siqaret çəkmək-

dən, zərərli içki içməkdən qaçılmalıdır. Bu cəhətdən tərbiyə iĢi uĢa-

ğın  ana bətnindən baĢlayıb həyatı boyunca davam  edən və bir çox 

Ģərtlərin  gözlənilməsini  tələb  edən  uzunmüddətli,  mürəkkəb  bir 

prosesdir. 



2.

 

Tətbiqi dövr doğuşdan ölənə qədər olan dövrdür. Tətbiqi 

dövrdə Ģəxsin yaĢına, gücünə, fərdi-psixoloji xüsusiyyətlərinə, fiziki 

durumuna, qabiliyyətinə uyğun olaraq onun Ģüuruna, hisslərinə dav-

ranıĢına təsir  göstərilir.  Bu ciddi təlim-tərbiyə dövrüdür. Tərbiyəvi 

təsirlər  onu  dəyiĢdirir,  formalaĢdırır  və  onu  yaxĢılığa,  gözəlliyə, 

doğruçuluğa, bir sözlə müsbət əxlaqa doğru aparır. 

Tətbiqi  dövrdə  də  yerinə  yetirilməsi  bir  çox  vacib  və  zəruri 

Ģərtlər vardır. Belə ki, uĢaq doğularkən, ilk növbədə, ona gözəl bir 

ad seçib vermək lazımdır ki, o böyüdükcə adına layiq iĢlər görsün 

və  ata-anasının  ona  verdiyi  addan  sonralar  peĢman  olmasın.  UĢaq 

danıĢmağa  baĢlayarkən,  ilk  öncə,  ona  müqəddəs  kəlmələr-ana,  ata 

kimi  sözlər  öyrədilməli,  yanında  gözəl  və  əxlaqi  söhbətlər  aparıl-

malıdır. 

UĢağın  yeməyinə,  geyiminə,  ünsiyyət  və  münasibətinə  ciddi 

diqqət  yetirilməlidir.  Əks  təqdirdə  mənəvi  sərvətlər  çox  çətinliklə 

əldə  olunar.  UĢağın  sağlamlığı  daim  diqqət  mərkəzində  olmalıdır. 

Tərbiyənin əsası sağlamlıqdan baĢlayır. Odur ki, uĢaqların səhhətinə 

ciddi fikir verilməlidir. 

DoğuĢdan sonrakı mərhələni beş əsas dövrə-uşaqlıq, yeniyet- 

məlik,  cavanlıq,  yetkinlik  və  qocalıq  dövrlərinə  bölmək  olar.  Hər 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə