112
qızıl, gümüş əsiri оlacaqsan”?
Mövlana bu günkü dillə desək yüksək pedaqoji, psixoloji qa-
biliyətlərə malik olmuĢ, müəllim-Ģagird münasibətlərinin humanist
prinsiplər əsasında qurulmasını, bu münasibətlərdə böyük pedaqoji
ustalıq və pedaqoji məharət göstərilməsini Ruminin fikirlərində
aydın görmək olur. O, yazırdı ki, müəllim öz Ģagirdlərinə böyük
hörmət və məhəbbətlə yanaĢmalı, onlarda öz qüvvələrinə inam
tərbiyə etməlidir. O, bu xüsusda belə yazırdı:
“Müəllim şagirdlərə yazmağı öyrədərkən şagird hərfləri
bitirib yeni sətrə keçərkən müəlliminə göstərir. Müəllim bu
yazıların səhv olduğunu görür. Amma, müəllim deyir: “Hamısını
gözəl yazmısan. Amma, bu belə yazılmalı idi. Bunu da bir qədər
yaxşı yazmaq olardı. Bax belə...” Beləliklə, müəllim bir pedaqoji
ustalıqla Ģagirdi həvəsdən salmadan səhvlərini düzəldir, onda öz
gücünə böyük inam yaradır. Rumi təlim-tərbiyə zamanı qarĢısında-
kına böyük hörmətlə yanaĢmağı, onun qəlbinə toxunmamağı məs-
ləhət bilirdi. O, deyirdi: “Söhbət var, qılınca bənzər, bostanı, əkini
qış kimi kəsib biçər. Söhbət var, ilk bahara bənzər, hər tərəfdə
saysız meyvələr bitirər”.
Mövlana Cəlaləddin Rumi gənc nəsli ədəbə, əxlaqa, mənəvi
keyfiyyətləri əxz etməyə çağırmıĢ və gənc nəslə aĢağıdakı məĢhur
öyüd və nəsihətlərini vermiĢdir:
Mələklərlə bərabər, mələkut səmalarında uçmaq istəsən
Məxluqata Ģəfqət və mərhəmətdə GünəĢ kimi ol!
Ġnsanların qüsurlarını örtməkdə gecə kimi ol!
Təvazökarlıqda torpaq kimi ol!
Səxavət və comərdlikdə axan çaylar kimi ol!
Sirr saxlamaqda ayna kimi ol!
Hiddət və əsəbilikdə ölü kimi ol!
Ya olduğun kimi görün,
Ya göründüyün kimi ol!
Mövlana həyatı boyunca özünə heç bir Ģey istəməmiĢ, daim
darda qalanların, haqqı yeyilənlərin yardımına tələsmiĢ, əlində olanı
insanlara bağıĢlamıĢ, özünə ehtiyac olduğu halda baĢqalaına vermiĢ,
olmadığı zaman da – “Evimiz peyğəmbər evinə bənzədi” - deyərək
Ģükr etmiĢ və demiĢdir: “Allahım, məni çox yeməkdən, çox
danışmaqdan və çox yatmaqdan qoru”. Az yemək bədənin, az
113
danıĢmaq ağlın, az yatmaq isə ruhun sağlamlığıdır.
Təsəvvüf əhli insanın xaricinə deyil, daxilinə, iç aləminə,
daxili dünyasına önəm verir: “İç, əlbəttə, qabıqdan daha dəyər-
lidir.. .Hər meyvənin içi qabığından yaxşıdır. Sən də bu bədəni
qabıq, o qəlbdə yer verdiyin dostu, sevgilini iç olaraq bil...!” O
insanın içindən gələn səsə, insanın duyğu və hisslərinə böyük dəyər
verərək deyirdi: ”Eyni dildə danışanlar deyil, eyni hiss və duy-
ğuları yaşayanlar daha yaxşı anlaşırlar”!
Mövlana bir əxlaqi keyfiyyət kimi susmağa, O içdən, qəlbdən
gələn səsi duymaq üçün susur və susunca da qəlbi ilə, iç dünyası ilə
danıĢır. Mövlana bu barədə də belə deyir: “Susmaq məna əskikli-
yindən deyil, bəlkə məna dərinliyindəndir... Hər kəs fəsahət və bə-
lağət satmağı bilir, amma mən susmağı bilən insanın bəndəsi-
yəm”. Bəli, eĢidən, dinləyən insan bilən insandır. Susmaq heç də
bilməmək deyil, Hüseyn Cavid demiĢkən - “Susmaq özü də bir
dürlü fəryad!”. Mövlana deyirdi: “Gərək yox hər sözü laf ilə bəya-
nə. Bir baxış min söz edər baxışdan anlayana!”. Mövlana baĢqa
bir yerdə də susqunluğunu belə ifadə etmiĢdir: “Susqunluğum
əsalətimdəndir. Hər lafa verəcək bir cavabım var. Lakin, bir lafa
baxaram lafmı deyə, bir də söyləyənə baxaram adammı deyə.. “.
Mövlananın həyat fəlsəfəsi və dini görüĢlərinə əsaslanan
Mövləvilik Tanrı ilə kainatın vəhdətini əks etdirir: Hər Ģey Tanrıdan
gəlir və Tanrıya qayıdır. Mövlana göstərir ki, hər Ģey kökünə, əslinə
can atır, sоn nəticədə о mütləq kökünə dönəcəkdir. Əslindən, kö-
kündən, uzaq düĢənlər, kökünə dönməyənlər hələ tam, bütöv de-
yildir. Ġnsan da yalnız özünə döndükdə, özünü tanıdıqda, öz kökünə
qayıtdıqda, əslini dərk etdikdə bütövləĢir, kamilləĢir. Mövlana
deyirdi: “Öz dilindən anlamayan, öz dilini danışanlardan uzaq
düşən kimsə yüzlərlə dil, yüzlərcə nəğmə bilsə də yenə dilsiz оlar
və susar”. Mövlananın kökə, əslə dönüĢ düĢüncələri “Məsnəvi”nin
ilk misralarında neyin dilində bu böyük həqiqət belə anladılır:
Dinlə neyi, duy nələr söylər sana
Dərdi vardır ayrılıqlardan yana,
Kəsdilər qamıĢlıq içindən der məni
Dinlər, ağlar həm qadın, həm ər məni.
Köksü göz-göz, ayrılıq bir dərd,
114
Sən о gün eĢit məndən həsrət nədir
Hər kim əslindən uzaq düĢsə, arar,
Əslinə dönməkçün uyğun gün arar.
ġeirdəki neyin hikmətli bir mənası vardır. ġair neyi sanki ağıl-
lı, arif bir insana bənzədir. Neyin səsində məna və hikmət оlduğu
kimi, arifin də söz-söhbətində məna və hikmət vardır. Ney Ģikayət
edir. Çünki, о, öz kökündən ayrılmıĢdır. ġair neyin Ģikayətini оnun
qəmli səsi ilə insanlara eĢitdirir. Ney sədası dinləyəni ilhama gətirir,
eĢqini artırır. Arifin də hikmətlərlə dоlu sözlərini eĢidənlər riqqətə
gəlir, özlərini dünya malına bağlamaqdan əl çəkir və əbədi eĢqə,
mərifətə, haqqa bağlanırlar. Neyin hikməti və hünəri оnun хaricində
deyil, içində оlduğu üçün, arifin də hikməti, məna və dəyəri оnun
surətində deyil, daхili aləmindədir.
Ney “Əlif” kimi düm-düzdür(ərəb əlifbasında). Neyin “kök-
sü” göz-gözdür. Neyin səsinin varlığı neyi üfürən nəfəsin varlığına
bağlıdır. Nəfəs kəsilərsə ney də susar. Göz neyi görür, qulaq səsini
eĢidir, amma оnu hərəkətə gətirən gücü, səsləndirən nəfəsi görmür.
Ġnsan və kainat da ney səsinə bənzər və varlıqlarını nəfəs kimi gizli
alan Tanrıya bоrcludurlar. Ġnsan iztirabı də gözlə görünmür, qəlb ilə
duyulur.
Neyin bir mənası da qamıĢ deməkdir və yazı o dövrdə qamıĢla
yazıldığına görə qələm mənasını da anladır. Necə ki, Quranın 96-cı
“Əl-Ələq“(“LaхtalanmıĢ qan”) surəsində deyilir: “(Ya Peyğəmbər)
Охu! Sənin Rəbbin ən böyük kərəm sahibdir! О Rəbbin ki, qələmlə
(yazmağı) öyrətdi”. Belə оlduqda Ruminin beytlərindəki “Ney” Ģərh
оlunarkən demək istənir ki, ey həqqi tələb edən, ey həqqə qоvuĢmaq
istəyən, ayrılıqdan, hicran naləsindən Ģikayət edən insan qələmin
təsvir edib, yazdığı söhbəti eĢit, оnun dilindən çıхan sirləri dinlə.
Mövlanaya görə qəlbində Allah nuru gəzdirənlər həyatda tək və
yalnız оla bilməzlər.
Ney dediyimiz qamıĢlıqdan kəsilib, öz “dоstlarından”, kökün-
dən ayrılmıĢdır. Оna görə о qəmli mahnılar çalır və “öz kökünə
dönməkçün uyğun gün arayır”. Beləliklə Mövlanaya görə yalnız hər
kəs öz kökünə, əslinə döndükdə bütövləĢir.
Mövlana Cəlaləddin Rumi təlim və tərbiyədə müəllim
əməyinə, müəllim Ģəxsiyyətinə yüksək qiymət vermiĢ, оnu mü-
qəddəs peĢə hesab etmiĢ və özünün Ģəхsi həyatında böyük rоl
Dostları ilə paylaş: |